Yeni əməkdaşlıq: Rusiya – Suriya

Fuad Şahbazov

Suriyada vətəndaş müharibəsinin şiddətlə davam etdiyi günlərdə bölgədə milli maraqlarını müdafiə etmək məqsədi güdən İsrail rəsmiləri, “Mossad”-dan aldıqları xəbrədən dərhal sonra Suriya sərhədindəki elmi mərkəzə hücum təşkil etdilər. Hücumdan dərhal sonra  Moskva – Dəməşq etirazları ilə üzləşən İsrail, hücumun müdaifə xarakterli olduğunu bildirsə də əsil məqsəd Suriya-İsrail sərhədində Rusiya tərəfindən yerləşdirildiyi iddia edilən “Dəmir Qübbə” raket əleyhinə müdafiə sisteminin məhv edilməsi idi.

Hücumdan bir neçə həftə əvvəl KİV-ə açıqlama verən Baş Nazirin I müavini Silvan Şalom “İsrailin Suriya qarşı hava hücumu həyata keçirmə ehtimalının çox yüksək olduğunu” bildirmişdi. Daha sonra mətbuata açıqlama verən İsrail Hərbi Hava Qüvvələrinin baş komandanı  General Əmir Aşel, 29 yanvar tarixində təşkil etdiyi mətbuat konfransında “Suriya daxildən çökməyə davam edir. Sabah müharibə sona çata bilər, amma bizi nəyin gözlədiyini bilmək çox çətindir. Bu səbəbdən özümüzü müdafiə etməyə hazır olmalıyıq.”

Anonim bir mənbəyə əsasən Suriyada mövcud olan Rusiya istehsalı yeni nəsil silahlar və hava hücumundan müdafiə sistemləri digər Orta Şərq ölkələrinin heç birində mövcud deyil ki, bu da İsrailin çox böyük narahatçılığına səbəb olur. Moskvanın durmadan Suriyaya yeni növ silahlar göndərməsi və sərhəd ərazilərdə gündən-günə güclənməsi ABŞ – İsrail ittifaqının nəzərindən qaçmır. Bu silahların Suriya üzərindən “Hizbullah” təşkilatının döyüşçülərinə göndərilməsi isə İsrailin milli maraqlarını birbaşa təhdid edən amillərdən biridir.

İsrail Prezidentinin keçmiş müşaviri olmuş Uzi Arad, bəşir Əsədin 1000 tondan çox kimyəvi maddəyə sahib olduğunu və bir neçə ay ərzində Kütləvi Qırğın Silahını əldə edəcəyini irəli sürür.

Bir çox ekspertin və dövlət xadiminin əsas qorxusu 30 yanvar tarixində baş verdi. Suriya hava sərhədini pozan İsrail qırıcı təyyarələri yüksək sürətlə Dəməşq istiqamətində uçaraq elmi mərkəzə raket zərbələri endirdilər. Hadisədə 5 insanın həlak olduğu bildirildi. Dəməşqin rəsmi açıqlamasında bu hücum “İsrailin hava müdafiə sistemlərini ələ keçirmək uğrunda bir cəhd olaraq qiymətləndirdi”.

Hücumdan bir həftə əvvəl Baş Nazir Netanyahu “Suriyadakı böhranın ən yüksək həddə çatdığını və bölgəni təhdid etdiyini” bildirmiş, bundan dərhal sonra hava hücumu baş vermişdi. Yenə anonim bir mənbəyə görə bu hücum elmi mərkəzə yox, ağır silah və raket yüklü bir yük maşınına təşkil edilmişdi. Ssenariyə görə Bəəs rejimi bu silahları Livanla sərhəddə yerləşən “Hizbullah”-ın hərbi məntəqəsinə təslim etmək məqsədi güdürdü. Bu hava hücumu ilə də İsrail Suriyaya bir mesaj göndərmiş oldu.  Rəsmi olaraq Dəməşq bu versiyanı inkar edir.

Associated Press yazır: “Suriyanın əsas məqsədi bölgədəki güc balansının İsrailin əleyhinə çevirmək bununla da vətəndaş müharibəsinin istiqamətini dəyişməkdir. Suriya rus istehsalı Buk – M1 – 2 strateji məqsədli raketlərin Hizbullaha göndərməklə hadisələrin gedişatını öz xeyrinə həll etmək niyyətindədir.”

Hadisədən sonra, İsrail höküməti Moskvaya xüsusi elçi Yakov Amidroru göndərərək Moskvanın terroristləri dəstəkləməsinə bir son vermək istəyir. Moskvada S.Lavrov ilə görüşən elçi, Dəməşqin ən son müasir silahlarla təchiz edilməsindən dolayı narahatlıqlarını bildirdi.

mm
Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.
Sosial Media da Paylaşaq