Vətəndaşın siyasi sosiallaşması və prosesə təsir edən faktorlar

Günel Abdullayeva

Sosiologiya cəmiyyəti öyrənir. Politolgiyanın da tətqiqat obyekti siyasi proses, siyasi reallıqdır.  Siyasi sosiologiya isə  siyasi prosesdə yer alan insanı araşdırır. Yəni  siyasi fəal vətəndaşla sistem arasında olan qarşılıqlı əlaqəni tədqiq edir.

Əvvəlcə “sosiallaşma nədir?” sualına cavab tapaq.

Bu proses insanın cəmiyyətinə adaptasiyası deməkdir. Yəni o artıq cəmiyyətin fəal bir üzvünə çevrilir ki başqa cür tərif versək – sosiallaşma  insanın fəal vətəndaş, bir şəxsiyyət kimi formalaşma prosesidir. (liderlik isə şəxsiyyət kimi formalaşmanın ən yuxarı pilləsidir (super ego – Z.Freyd))  Çünki şəxsiyyət kimi formalaşmada bioloji və psixoloji faktorlarla yanaşı sosial təsir faktoru da mövcuddur. Sosial faktor dedikdə  ictimai-siyasi fəaliyyət nəzərdə tutulur ki  nəticədə bu da fəal vətəndaşı yaradır.

Sosiallaşma üçün aşağıdakı amillər mütləqdir:

  1. Mühit-cəmiyyət
  2. İnsanın buna psixoloji hazırlığı (nəticədə uğurlu və uğursuz sosiallaşmaya səbəb olur)
  3. Və sosiallaşmaya olan ehtiyacı

Bəs siyasi sosiallaşma nədir? Prosesi formalaşdıran faktorlar hansılardır? Bu proses hansı cəmiyyətlərdə realdır?

Siyasi sosiallaşma insanların siyasi münasibət və davranışlarda bulunduğu uzunmüddətli bəzən də ömürlük bir  prosesdir. Prosesin pik nöqtəsi də siyasətdə birbaşa iştirak və ya siyasi qərarlara təsir etmə gücüdür.

Siyasi sosiallaşma üçün vacib ilk amil “siyasi dil”dir. Yəni ümumən siyasəti anlamaq,  maraqlanmaq, fikir yürütmək və məsələlərə münasibət bildirmək. Məhz siyasi sosiallaşmanı iki mərələyə ayırsaq birinci mərhələnin, vətəndaşın ictimai-siyasi proseslərə marağının olması və onlarla yaxından maraqlanması, mərhələsi olduğunu qeyd etməliyik. Çünki cəmiyyətdən kənarda bir sistem mövcuddur ki, birbaşa və dolayısı yolla cəmiyyətə təsir gücünə malikdir. Əslində isə həmin sistem ümumi mühitin bir hissəsidir. Və hər bir vətəndaş həmin mühitin, cəmiyyətin və sistemin tam hüquqlu bir üzvüdür. Təbii olaraq da onun müəyyən sosial və siyasi funksiyaları, öhtəlikləri vardır. Cəmiyyətin siyasi həyatı da məhz insanlar arasındakı siyasi əlaqələrin təcəssümü və cəmidir.

Prosesdə ikinci mərhələ ya da başqa cür desək prosesin formalaşmasında vacib rol oynayan “sosial siyasi agentliklər”dir. Hansıdır bu agentliklər?

  1. ailə
  2. məktəb/universitet
  3. sosial qruplar, siyasi təssisatlar  (bunlara siyasətin sosial əsasları da demək olar)
  4. media

Yəni ailədən siyasi sosiallaşmaya maraq başlayır, sonra bu maraq təhsil dövrünü əhatələyir, daha sonra həmfikir mühit ya sosial qruplarda möhkəmlənir ki bu da nəticədə vətəndaşı siyasi proseslərdə real iştirakçıya çevirir. Beləliklə proses vətəndaşda siyasi fikri, vətəndaşların cəmində isə ictimai-siyasi rəyi formalaşdırır. Medianın prosesdəki rolu olduqca əhəmiyyətlidir. Hətta jurnalistləri siyasi sosiallaşmanın  aktiv iştirakçıları da adlandırmaq olar. KİV hakimiyyətin IV qoludur. Yəni KİV həmçinin siyasi təsisatdır.

Siyasi sosiallaşma üçün siyasi etika və siyasi etibarlılıq da mühüm və təsiredici faktorlardır. Siyasi etika siyasi sistemin siması kimi çıxış edərək vətəndaşın siyasətdə iştirak normalarını formalaşdırır, siyasi etibarlılıq isə vətəndaşın siyasi proseslərdə gedəcəyi yolu, “döyəcəyi qapını” müəyyənləşdirir.

Digər bir məsələ, vətəndaşın sistemə olan təbii cavab reaksiyası onun siyasi fəal və ya qeyri-fəal vətəndaş olduğundan asılıdır ki bu da insanların qarşısına “hər kəs siyası fəal vətəndaş olmalıdır” kimi bir məcburiyyət qoymur. Lakin insanların təbii olaraq öz hüquq və öhtəliklərini bilməsi, özünü cəmiyyətin və sistemin tamhüquqlu bir üzvü kimi hiss etməsi, lazım gəldikdə vətəndaş mövqeyini ortaya qoya bilməsi birmənalı şəkildə dəstəklənəndir. Vətəndaş bilməlidir ki o azad, intelektual fiziki şəxsdir və onun hər hansı bir sistemdən  asılılığı yoxdur, heç nəyə tabe deyil sadəcə tamın bir hissəsidir. Və təbii olaraq da məsələlərdə öz fikrini ortaya qoya bilmə, tələb etmə hüququ vardır. Vətəndaş hüquq və vəzifələrini bilməlidir – anlayışı tələb və təklif prosesinin obyektivliyini təmin edir. Bu vətəndaşın cəmiyyət və sistem qarşısında məsuliyyətini və məlumatlılığını artırır ki hər bir vətəndaş da zatən ən azından yaşadığı cəmiyyəti tanımalıdır. Həmçinin dövlətin məsuliyyəti artır. Aydındır ki bəzi dövlətlərə öz hüquqlarından bixəbər vətəndaşlarını idarə etmək daha asandır. Ona görə də bu məsələdə, maariflənmədə ilk növbədə fərd və cəmiyyət maraqlı olmalıdır. Bir növ vətəndaş öz müqəddəratını özü həll etməlidir və sistem də bu yolda kömək-vasitəçi rolunu oynamaqdadır.

Siyasi sosiallaşma prosesi cəmiyyətə və sistemlərə görə fərqlənir. Totalitar və avtoritar cəmiyyətlərdə siyasi sosiallaşmadan söz gedə bilməz. Çünki şəsxiyyətin azadlığı məhdudlaşdırılır. Demokratik cəmiyyət isə bütün həlləri yuxarılar ilə aşağıların konsesusunda görür. Və bu tip cəmiyyətlər fərdin şəxsiyyət-vətəndaş kimi formalaşmasında maraqlıdır. Digər bir tərəfdən prosesə olan mikro və makro mühitin təsiri də danılmazdır. Çünki mikro mühitdə, plüralizmin olmadığı yerdə sən olmasan belə siyasət özü səninlə məşğul olur. Müxtəlifliyin olduğu yerdə isə situasiya fərqlidir.

Sosiallaşma ilə siyasi sosiallaşmanın fərqi nədir? İnsan ilk növbədə sosiallaşma prsosesini seçir. Ikinci mərhələ artıq vətəndaş kimi siyasi sosiallaşma prosesinə qoşulmaqdır ki bu da onun siyasi fəal vətəndaş olub-olmamasından, bunu istəyib-istəməməsindən asılıdır.

Azərbaycanı təhlil etsək fikrimcə cəmiyyətimizdə ictimai həyatın və siyasi proseslərin ən aktiv iştirakçıları gənclər və onların yaratmış olduğu sosial qruplardır. Bu gün Azərbaycanda əksər insanların siyasi sosiallaşma prosesinə qoşulması məhz yeniyetməlik və gənclik yaşlarına təsadüf edir. Çox nadir hallarda ailələr övladlarının siyasi-ictimai proseslərdə aktiv olmasına marağlı olurlar. Ona görə də azərbaycanlı gəncin bu proseslərdə sərbəst mövqeyi ya onun tələbəlik illərinə ya da ictimai fəallıq dövrünə təsadüf edir. Çünki gənclərin sosial-siyasi proseslərə qoşulması onlara bir növ ictimai-siyasi dəyərlərin təlqini ya da özləri tərəfindən özləri üçün yeni ideologiya, dəyərlər sistemini yaratması deməkdir. Media və sosial qrupların, üzvü olduğumuz təşkilat və ya müxtəlif adda qurumların prosesdəki rolu danılmazdır, effektivdir və bu prosesin davamlı olmasını sığortalayır. Gənclərin fəal sosial siyasi vətəndaş mövqeyi  ən azı nəsil dəyişməsi (generation replacement) yanaşmasından ölkədə  50 il bundan sonrakı vətəndaş cəmiyyətinin fərqli olacağından  xəbər verir. Bu cəmiyyətin nə dərəcədə demokratik, hüquqi, əxlaqi dəyərlərə sahib olub-olmayacağı başqa mövzunun predmetidir lakin optimist olmaq qəbahət sayılmamalıdır.

http://gun.az/politics/49782

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

12 Responses to Vətəndaşın siyasi sosiallaşması və prosesə təsir edən faktorlar

  1. Pingback: asthma inhalers for sale online

  2. Pingback: vagragenericaar.org

  3. Pingback: www.viagra.com

  4. Pingback: naltrzone online

  5. Pingback: hydroxychloroquine virus

  6. Pingback: cheap viagra overnight

  7. Pingback: cialis 20mg

  8. Pingback: faq about viagra

  9. Pingback: generic bimatoprost ophthalmic solution

  10. Pingback: cialis 20mg price

  11. Pingback: viagra 32

  12. Pingback: us discount viagra overnight delivery