“Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlı İnkişaf İndeksi 2012 – Azərbaycan”

Nərmin İbrahimova

2012-ci ildə Azərbaycanda Vətəndaş Cəmiyyəti müxtəlif sahələr üzrə müzakirə olunan qızğın debatlara qoşuldu. Buraya dövlətin yerli VCT-nin problemlərini həll olunmasından başlamış, VCT-lərə dövlət vəsaitlərinin ayrılması kimi məsələlərin müzakirəsi daxildir. Hökumət “Sosial sifariş haqqında” qanun layihəsi və QHT-lərin Keyfiyyət Standartları və Sertifikatlaşdırılması Modelinin hazırlanması işində iştirak etməyə hazır olduğunu bildirdi.

 2012-ci ilin iyul ayında yüksək rütbəli dövlət rəsmiləri 100-ə yaxın aparıcı VCT nümayəndələri ilə görüşdü. Görüş zamanı VCT-lərin qeydiyyat prosesinin sadələşdirilməsi, qeyri-hökümət sektorunda vergilərin azaldılması və regionlarda VCT-lərin fəaliyyətinin məhdudlaşdırılmasının qarşısını almaq kimi məsələlər müzakirə olunub. Yekun tövsiyyələrin müvafiq dövlət qurumlarına göndərilməsinə baxmayaraq indiyədək hər hansı bir dəyişiklik baş verməyib. Nəticə olaraq, VCT-lər qeydiyyat prosesi, maliyyələşmə və təşkilatçılıq qabiliyyəti ilə bağlı çətinliklərlə qarşılaşmaqda davam edirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi ilə birgə təşkil etdiyi “Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlı İnkişaf İndeksi 2012-Azərbaycan” layihəsinin 13 avqust 2013 tarixində təqdimatını keçirdi. Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlı İnkişaf İndeksi son 16 il ərzində 29 ölkədə vətəndaş cəmiyyəti təşkilatları sektorunda baş verən dəyişiklikləri izləyir. 2012-ci il üçün İndeks Azərbaycan üçün 4.7 balla qiymətləndirilir (1- ən yüksək, 7-ən kiçik inkişaf göstəricisidir).

Layihənin hesabatını təqdim edən Nərmin İbrahimova 2012 VCT-lərin qarşılaşdıqları problemlər və VCT sektoruna edilən dövlət dəstəyindən danışıb. Belə ki, 2012 ildə VCT-lərin rastlaşdıqları problemlərdən – qeydiyyat prosesi, VCT-lərə tətbiq edilən yeni cərimələr,maliyyə imkanlarının kasadlığı, bizneslə vətəndaş cəmiyyəti arasındakı əməkdaşlığın səviyyəsi kimi problemlərdən söz açıb. O cümlədən, 2012 –ci ildə dövlət qurumları ilə VCT-lər arasında müxtəlif görüşlərin keçirilməsi, dövlət qurumlarının müxtəlif layihələrdə VCT-lərə kömək etməsi, onlarla əməkdaşlıq etməsi kimi müsbət addımlardan danışıb.

Hesabatda qeyd edilib ki, VCT-lər regionlar üzrə ciddi fərqlərlə paylanıb. Belə ki, Şabran və Siyəzən kimi rayonlarda bir və ya iki qeydiyyatdan keçmiş VCT, Qusar və Xızı rayonlarında isə ümumiyyətlə qeydiyyatdan keçmiş VCT yoxdur.

Nərmin İbrahimova qeyd edib ki, 2012-ci ildə qeydiyyatdan keçmiş VCT-lər 1054 yerli və xarici qrantlardan 39.5 milyon manat məbləğində vəsait əldə edib. İctimai Təşəbbüslər Mərkəzinin qiymətləndirməsinə əsasən VCT-lərin əldə edilən vəsaitlərin 80%-i xarici donorlar, 15%-i dövlət mənbələri və yalnız 5%-i digər mənbələr, məsələn, üzvlük haqları, xidmərlərin göstərilməsi, fərdi və korporativ ianələrdən daxil olur.

Hesabatda qeyd olundu ki, 2012-ci ilin sonlarına qədər qeydiyyatdan keçmiş VCT-lərin sayı 2850 olub. VCT-lər qanunla nəzərdə tutulmuş şəkildə illik hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Qeydiyyatdan keçmiş VCT-lərin yalnız 1352-si maliyyə hesabatı təqdim edib.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.