Vətən yoxsa xəyalqırıqlığı?
Vətən nədir?!
Məlahət Gözəl
Bu gün səkkiz yaşımda yazdığım şeiri köhnə dəftərlərin arasından tapdım. Şeir vətən haqqında idi və hansısa mətbu orqanda yayımlanmışdı. Onu ilk oxuyanda, insanların reaksiyasını indiyə qədər xatırlayıram. Çox bəyəndiklərini, bu uşaq necə hislərə sahibdi və.s bu kimi ifadələr işlətmişdilər.
Bu gün isə o şeir mənə çox soyuq gəldi. O sətirlərin, ifadələrin hardan gəldiyini anlaya bilmirdim. 5 bəndlik şeiri dəfələrlə oxudum. Demək olar ki, yazarkən hansı hisslər keçirdiyimi, niyə, nə səbəbdən yazdığımı anlamaq üçün mübarizə aparırdım. Bəlkə bu şeiri ilk oxuduğum adamlar uşağam deyə mənə yalan danışıb?! Bəlkə… nə bilim axır ki, mən bu hisləri nəyə əsasən keçirmişəm, nəyə əsasən vətən, şəhid, torpaq, ölkəm, dövlətim deyib özümünküləşdirmişəm?! Bəlkə əzbərlədiyim şeirlərin təsiri olub?!
Bir neçə gün ərzində gəldiyim qənaət, sadaladığım bəlkələrin heç biri deyildi. O səbəbi tapdığım üçün ürəyim rahatlamışdı amma rahatlıq bir o qədər incidirdi. Qənayətimə çatmamışdan öncə ağlıma gələn “Vətən nədir?!” sualı oldu. Dərhal Vətən anadır, torpaqdır, müqəddəs anlam, suyunu içdiyim, çörəyini yediyim böyüdüyüm yerdir vətən. Nə qədər gözəl səslənir elə deyilmi?! İnanılmaz bir pafos və ağız alışqanlığı… başqa bir şey deyil.
Mənim yazdığım misralar deyilməliymiş və bütün bu hislərin mənbəyi rahat yeyib, yatıb, nəyin hardan, necə, hansı çətinliklərə gəldiyindən, çox uzağa getməyək ən azından küçənin başında soyuğun altında bir tikə çörək üçün duranlardan xəbərsiz olmağımmış. Alçadılanların, əzilənlərin, bir tikə çörək uğrunda bir-birinin canını ala biləcək insanların gözlərində vətənin necə göründüyündən xəbərsizəmmiş. Ən acınacaqlısı odur ki, bizlərə yaxınlaşıb bir kimsə soruşsa “Mən, saydığın məhvumları sevirəm” deyərik. Niyə sevirik, niyə sevməliyik?! Təbii ki, bu bir yalandır. İnsan sevməyə məcbur edilir və şüur altı bir sevgiyə sahib olur.
Vətənimizi bizə yaşanılmayacaq hala gətirib sevməyə məcbur edən bir qurluşa sahibik. İnsan haqqları tapdanılmayan, ictimai sosial həyatı sıfırlanmayan, maddi və mənəvi tələbatları sivil şəkildə ödənilən, ən önəmlisi sevdikləri və doğmalarıyla əhatə olunduğu təqdirdə bir insan mövcud olduğu yeri niyə soyuq bilsinki?! Vətən yalnız ac mənəviyyatla deyil, tox maddiyatla da sevilir.
Xülasə….. Mənim vətənim ədalətin olduğu yerdir. Mənim vətənim sevməyə məcub edilənlərin, boyun əyməyə məhkum olunanların, bütün gücü bir əldə cəmləşdirib, hakimiyyət aclığı çəkənlərin, bir tikə çörəyi oğurluq, ölüm və zülum gücünə qazanmağa vadar edən bir quruluşun hökm sürdüyü yer deyil. Dinclik və əsl azadlığın hökm sürdüyü yerdir. Bəs sənin vətənin haradır?

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.
Pingback: viagra without a doctor prescription
Pingback: viagra 100mg
Pingback: chloroquine phosphate
Pingback: best cialis site
Pingback: albuterol inhaler
Pingback: generic cialis 2020
Pingback: lowest price generic viagra 100mg
Pingback: naltrexone order
Pingback: can i buy chloroquine over the counter
Pingback: hydroxychloroquin
Pingback: for mens generic viagra judpharmacy
Pingback: buy viagra internet
Pingback: substitute for lumigan eye drops
Pingback: how long does cialis last
Pingback: viagra mail order usa
Pingback: viagra 100mg 100 tabs $100
Pingback: buy chloroquine phosphate
Pingback: where can i buy an essay online
Pingback: help with thesis writing
Pingback: help with writing essays at university
Pingback: dissertation coaching
Pingback: custome essay
Pingback: who can write my paper
Pingback: need to buy a research paper
Pingback: thesis topics in education
Pingback: cialis 20 mg
Pingback: pills like viagra over the counter
Pingback: best canadian prescription prices
Pingback: cialis pricing
Pingback: cialis daily vs 36 hour