Türkiyədə nə baş verir?!

Rza Kazımov

Türkiyədə baş verən hadisələrə retrospektiv yanaşmaq lazımdır. Türkiyədə illərlə islamçılar aşağılandı, mənəvi təzyiq altında yaşamaq məcburiyyətində qaldı. İslamçılar “28 Şubat” hadisələrində mağaralarda əzilən qrup idi. Uzun illər məmurlar Cümə Namazlarına gizlin getdilər, ibadətlərini heç kimin bilməyəcəyi şəkildə etmək məcburiyyətində qaldılar. İsmət İnönünün “İslamçıları Əhilləşdirməsi” siyasəti Türkiyə daxilində bir paralel dünya yaratdı. Azanı türkcə verən, karikaturlarda kirli saqallı, çirkli balaqlı mollalar çəkildi. Bir paralel dünya yarandı. Bu paralel qrup, icma və ya partiyalaşan camaat – AK (Ədalət və Qalxınma) partiya artıq 3 ildir ki, Türkiyə də tək İqtidardır. İndi əks proses baş verir, məmurlar Cumə Namazlarına getmək üçün az qala yarışır, gümüş üzüklərini bir-birinə göstərmək üçün bürokratiya dəhlizlərində az qala yarışa giriblər. Necə deyərlər:

Zamanın mağdurları zamanında onlara edilənləri indi onlar edirlər. Öz şəxsi müqtədil və basqıcı sistemini qurdular.

Türkiyə, İstanbul

Türk ədiblərindən birinin belə bir ifadəsi var: “İslam hökumətə yaxınlaşdıqca mühafizəkarlaşır, xalqa yaxınlaşdıqca radikallaşır”. AK Partiyasının 3 illik tam iqtidarı dönəmində biz dəfələrlə hökumətin demokratik mühafizəkar postundan irtica mühafizəkar postuna necə transformasiya olmasını gördük.

Hürrəm Sultanın sinəsini qapadan bir siyasi zehniyyətdən bu gün baş verənləri gözləmək olardı. Yəqin ki, hamınızın yadındadır necə sayın Ərdoğan seriala müdaxilə etmişdi. Və ya Türk Hava Yolları xidmətçilərinin az qala orta əsrləri xatırladacaq uniformaları.

Sayın Ərdoğanın rəhbərlik etdiyi və 15 milyon insanın, ümumi seçicilərin 52% səs verdiyi partiya yerdə qalan vətəndaşları tamam unudub. Xalqa toxunmaq hissini yadırğayıb. Baş döndürücü iqtisadi uğurlar əlbəttə xoşbəxtliyi müəyyən edən yeganə indeks deyil. Söz azadlığı, ifadə azadlığı və digər və sair indekslər məhz birlikdə xoşbəxtliyi müəyyən edir.

Paralel toplumlar arasında bir qütbləşmə baş verdi. Seçim varam və ya yoxam arasında getdi. 1994-cü ildə Tayyib Ərdoğan İstanbul Bələdiyyə Başqanı olan zaman “Üçüncü” körpü cinayətdir dediyi halda indi Osmanlı tarixinin Ələvi kəsimini süngüyə taxan Sultan Səlim Yavuzun adı il üçüncü körpünün inşası təməlini atır.

Mənim üçün Gəzi Parkı timsalında ən simvolik obraz Türk Əsgəri ilə Polisinin qarşıdurması oldu. Üç əsgəri qaz pistolu ilə qorxudan polis artıq yeni rejimin yetirməsidir. AK pariyasında dirəniş göstərən Ordu artıq yoxdur. İndi var Türk xalqı.  Bu mübarizə isə demokratik və anti-demokratik düşərgələr arasıdna gedir.

mm
Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.
Sosial Media da Paylaşaq