Home » Posts tagged with » siyasət

8 Mart – ideoloji boşluq problemimiz

8 Mart – ideoloji boşluq problemimiz

Xəyyam Namazov 1857-ci ildə New-Yorkda 40 minə yaxın işçinin daha yaxşı iş şərtləri tələbi ilə tətilə başlaması, bunun davamlı olaraq əməkçi qadınların polis təzyiqi və təhdidinə məruz qalması, 8 Mart günü qapısı çöldən bağlanılan fabrikdə çıxarılan yanğın və 129 qadın işçinin diri-diri yanaraq can verməsi, 26-27 Avqust 1910-cu ildə Kopenhagendə 2-ci İnternasyonalla bağlı Beynəlxalq Sosialist […]

“Öz yolumuz”çuluq, liberalizm və ideoloji mühafizəkarlıq anlaşılmazlığı

“Öz yolumuz”çuluq, liberalizm və ideoloji mühafizəkarlıq anlaşılmazlığı

Xəyyam Namazov Başlıqda sadaladığım bu üç xətti bir-birindən ayıra bilmək lazımdır. Yoxsa insan çaş-baş qalıb səhv dəyərləndirmələr edə bilər. Belə ki, son zamanlar qarşılaşdığımız debatlar bəzi suallar ortaya çıxarır: “Öz yolumuz”çuluqla ideoloji mühafizəkarlıq eyni şeydirmi? Liberalizm və demokratiyanı ayrılıqda necə anlamalı? Mühafizəkar ideologiya avtoritarizmdirmi, yoxsa demokratiyadan qopmadan yaşaya bilərmi? Məqalədə bu anlayışlara və suallara bir-bir […]

Orta Şərq haqqında

Orta Şərq haqqında

Aynur Zərrintac Orta Şərq anlayışının yaranması və mühüm stratejik mərkəzə çevrilməsi Orta Şərq Yaxın və Uzaq Şərq kimi Qərb dünyasının təsnifləndirdiyi ölkələr qrupuna verilən addır. Orta Şərq anlayışının geniş şəkildə ilkin ifadəsi amerikalı strateq Alfred Thayer Mahan tərəfindən II Dünya Müharibəsindən sonra istifadə olunmuşdur. Alfred bu anlayışı Ərəbistan və Hindistan arasındakı ərazini nəzərdə tutaraq işlətmişdir. […]

Uzaqgörənliyin qələbəsi

Uzaqgörənliyin qələbəsi

Tural Amin Arxada qoyduğumuz son günlərdə dünyanın ən önəmli hadisəsi Cənubi Afrika Respublikasının keçmiş prezidenti, azadlıq savaşçısı  Nelson Mandelanın vəfatı oldu. O Nelson Mandela ki, ömrünün 27 ilni xalqının azadlığı uğrunda dəmir barmaqlıqlar arasında keçirdi. Və həbsdən azad olduqdan sonra  həyatının böyük hissəsini  məşəqqətli bir hala gətirmiş sistəmə, insanlara qarşı bağışlayıcı mövqe göstərərək irqi ayrı […]

“Prezident” və onun divanı

“Prezident” və onun divanı

Toğrul İsaoğlu Milli Məclisdə (əslində Milli məclis deməyə insanın dili gəlmir) müzakirəyə çıxardılmaq istənən mövzulardan biri də yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piketlərdə  maska və digər üz örtüklərindən istifadə qanunvericiliklə qadağan edilmesidir. Bu böyük “ideya” ancaq bizim vəkillərin ağlına gələrdi, kişiləri axtalamaq haqda qanun təklifi verən bir məclisdən başqa nə gözlənir ki? Yəqin indi […]

Feminizm. Tarixi baxış

Feminizm. Tarixi baxış

Aynur Zərrintac Qadın və qadınlıq Güclünün zəif üzərindəki hakimiyyətini cinslər üzərində açıqlasaq kişilərin qadınlar üzərində qurduğu hegemonluğu da qeyd etməli olacağıq. Qadın sosial varlıq olaraq qadın, bioloji varlıq kimi isə dişi kimi tərif olunur. Sosial normlar və strukturanın nəticəsi olaraq cəmiyyətdə kişidən bir pillə aşağıda duran qadın əslində bərabər haqları paylaşacağı halda təzyiqlərə məruz qalır. […]

Livan “baharı”

Livan “baharı”

Fuad Şahbazov Ötən ay Livanın baş naziri Nəcib Mikatinin gözlənilmədən qəfil istefasından sonra Livanda yaşanan qısa müddətli siyasi böhran aprelin 9-da Prezident Mişel Süleymanın və ölkə parlamentinin yeni baş naziri təsdiq etməsi ilə qismən də olsa yatışdı. Yeni vəzifəyə gətirilən Livanın keçmiş mədəniyyət naziri Tammam Salyam dərhal yeni kabinet formalaşdırmaq üçün prezidentlə təkbətək görüş keçirdi. […]

Dövlətin Qədəri

Dövlətin Qədəri

Murad Nəsibbəyli Bu yazı yeni bir anlayışın – dövlətin qədəri anlayışını irəli sürür. Əlbəttə ki, bu iş bir yazının çərçivəsindən böyükdür. Çünki, ortaya çox sayda sual çıxır. Bu yazının məqsədi yalnız anlayışı irəli sürməklə məhdudlaşır. Anlayış yeni olduğu üçün başqa dillərdəki qarşılığını da axtarıb tapmağa ehtiyac duyuldu. Alman dilində “Ausmaß des Staates”, ingilis dilində “The […]

Yeni əməkdaşlıq: Rusiya – Suriya

Yeni əməkdaşlıq: Rusiya – Suriya

Fuad Şahbazov Suriyada vətəndaş müharibəsinin şiddətlə davam etdiyi günlərdə bölgədə milli maraqlarını müdafiə etmək məqsədi güdən İsrail rəsmiləri, “Mossad”-dan aldıqları xəbrədən dərhal sonra Suriya sərhədindəki elmi mərkəzə hücum təşkil etdilər. Hücumdan dərhal sonra  Moskva – Dəməşq etirazları ilə üzləşən İsrail, hücumun müdaifə xarakterli olduğunu bildirsə də əsil məqsəd Suriya-İsrail sərhədində Rusiya tərəfindən yerləşdirildiyi iddia edilən […]

Lous Althusser, İdeologiya və Sistem Analizi

Xəyyam NAMAZOV (Qafqaz Universiteti) Fransız marksist Louis Althusser (Luiz Altusser) ideologiya nəzəriyyəçiləri arasında ən çox tənqid edilənlərdən birisi olmağına baxmayaraq, bir çox alimlər tərəfindən “Althusser’siz ideologiya yoxdur” fikri şərhsiz qəbul edilir.   Özünün ideologiya haqqında fikirlərinə “İdeologiya və Dövlətin İdeoloji Alətləri”, “Marx üçün”, “Kapitalı oxumaq” əsərlərində yer verən Althusser bu haqda düşüncələrini sistemləşdirmiş və tezislər şəklində oxucularına […]