Home » Posts tagged with » insan

İnsan hüquqları və fəlsəfi əsasları

İnsan hüquqları və fəlsəfi əsasları

Aygül Pəncəliyeva İnsan hüquqları şəxsin sırf insan olduğu üçün sahib olduğu hüquqlardır. Yəni, hər kəs insan olduğu üçün zəruri, əvəzsiz, bölünməz hüquqlara sahibdir və bu hüquqlar insanın tutduğu mövqe, şəxsiyyəti, hər hansı səlahiyyətindən asılı deyil. İnsan hüquqlarının tanınması və qorunması demokratik sistemin təməlini təşkil edir. Bu baxımdan o həm də iki əhəmiyyətli funksiyanı yerinə yetirir. […]

Feminizm. Tarixi baxış

Feminizm. Tarixi baxış

Aynur Zərrintac Qadın və qadınlıq Güclünün zəif üzərindəki hakimiyyətini cinslər üzərində açıqlasaq kişilərin qadınlar üzərində qurduğu hegemonluğu da qeyd etməli olacağıq. Qadın sosial varlıq olaraq qadın, bioloji varlıq kimi isə dişi kimi tərif olunur. Sosial normlar və strukturanın nəticəsi olaraq cəmiyyətdə kişidən bir pillə aşağıda duran qadın əslində bərabər haqları paylaşacağı halda təzyiqlərə məruz qalır. […]

Dünyanın fərqi insanın məna yarada bilməsindədir.

İnsanın dünyadan əvvəli və ya sonrası varmı? Və ya insan olmanın əvvəli və sonrası varmı? Bizim yaddaşımızda insan olmadan öncəyə aid daşıdığımız heç bir məlumat yoxdur. Ən azı xatırlamırıq. Bu barədə heç bir elmi bilgimiz də yoxdur. İnsan olmanın sonrasını isə dinlər deyir. İnanırıq və ya inanmırıq. Bu barədə də bir elmi bilgimiz yoxdur. Bircə […]

Pərdə arxasındakı kimliklərimiz

Pərdə arxasındakı kimliklərimiz

Məlahət Gözəl Təsəvvür edin ki, həyatımızın tam ortasında boyük pərdə asılıb. Bizsə, pərdənin arxasında yer almışıq. Yox,  düşünməyin ki, “həyat teatr biz aktyor” kimi şablon yanaşmalara yer vermək fikrindəyəm. Əslində, pərdə arxasında mövcud yerimizdən söhbət açmaq istəyirəm. İstənilən halda, dəyişməyən bir yerə sahibik. Ən pisi isə odur ki, bu öz əlimizdədir. Olduğumuz yerdən heç də […]

Aldatmaca (hekayə)

Aldatmaca (hekayə)

Xəyyam Namazov Bu, buludla örtülmüş bomboz səmanın rəsmiydi. Dalğalanırdı sanki. Gölməçə üzərində yaranmış göy üzünün əksi gah yağış damcısı ilə pozulur, bir anda yox olur, gah da yenidən özünü toparlamağa çalışırdı, ta ki, növbəti damcı suyu dalğalandırıb, rəsmi yox edənə kimi. Bayaqdan bəri davam edən bu oyunu kiçik gölməçəni tapdalayan bir ayaq sonlandırdı. Və arxasınca […]

Texnologiya və Biz

Texnologiya və Biz

Əli Həsənov Bu məqalədə məlumatın çoxluğu ilə onu anlama və zaman arasında olan düz mütənasib əlaqə sonucu artan ardıcıllıqla və dayanmadan əlavə olunan bilik toplusunun qəbulu və analizi zamanı beyində yaranan problemlərdən, loru dilində desək, son 15-20 ildi niyəsə zaman əvvəlkinə görə daha tez keçir, gözüvü açıb-yumursan il qurtarır, metaforundan və başverən hadisənin bu günümüzə […]

İnsan Görərsə

Rəşad Qasımlı (İstanbul Universiteti Hüquq Fakültəsi) Insan üçün heç bir şeyin istiqaməti, trayektoriyası yoxdur. Insan sağa dönsə sağdadır,sola dönsə soldadır. Yüksəlsə göylərdədir, ensə yerdədir. Getdiyi hər yer mərkəzdir. İnsan hara gedirsə getsin, ordadır. İnsan özü hər şeyin mərkəzindədir. Insan həm öz içindədir və həm də hər şeyin fövqündədir. Allah həm bizim içimizdədir həm də bizim fövqümüzdədir. […]