Tələbələr necə yaşayırlar?

Toğrul Vəliyev

Tələbə həyatı artıq bir aydır ki, fəaldır. Şəhər tələbələrlə dolub, universitetlər normal həyat tərzlərinə qayıdıblar.

Amma tələbələrin universitetlərə qayıtmasından əvvəl, artıq tələbə həyatı üçün vacib əhəmiyyəti olan xəbərlər yayılmağa başladı. Məlum oldu ki, sentyabrın əvvəlindən, mənzillərin icarə haqqı 8% artdı. Bunun səbəbi isə tələbələr idi…

Ümumiyyətlə tələbələr necə yaşayır? Xərcləri və gəlirləri necədir və hardandır?

Tələbələrin əsas xərc maddəsi – təhsil haqqıdır. Azərbaycanda hər ildən bəri pullu oxuyan tələbələrin sayı artır. Məsələn, əgər 4 il bundan əvvəl, pullu oxuyan və dövlət hesabına oxuyan tələbələrin nisbəti 55-45 idi isə, indi bu nisbət ən yaxşı halda 60-ın 40a, çox hallarda isə 80-in 20-yə olur.

Orta illik təhsil haqqı universitetlərə görə müxtəlifdir. Bu qiymətlər 500-700-dən 4-5 min manata kimi çatır. Amma bütövlüklə götürsək, o zaman orta təhsil haqqını 1500 manat kimi qeyd edə bilərik. Eyni zamanda demək lazımdır ki, hər ildən bəri təhsil haqqı artır, 3 il bundan əvvəl məsələn BDU üzrə təhsil haqqı 40-60% az idi. Nəticədə, pullu sistem ilə oxuyan tələbənin 4 il ərzində təhsilə xərcləri 6 min manat təşkil edir.

Xərclərin ikinci maddəsi isə – Bakıda yaşayış xərcləridir. Statistikaya görə hər il qəbul olunan 25 min tələbədən, 3-4 mini rayondan gələn tələbələrdir və orta hesabla Bakıda bir mənzili icarəyə almaq üçün 200-300 manat lazım olur. Adətən bu məbləğ 3-4 tələbə arasında bölünür. Eyni zamanda qeyd etmək lazımdır ki, axır vaxtlar qiymətlər artır və demək olar ki, hər yerdə 300 manata çatıb.

Üçüncü və əsas maddələrdən biri isə – qidalanmadır. Universitet bufetində normal tərzdə nahar etmək üçün hər gün 3-4 manat xərcləmək lazımdır. Tələbələrin çoxu müxtəlif  kafe və dönərxanalarda nahar edirlər, orada adi dönərin qiyməti 1.40-dan 3 manata kimi çatır, şaurmanın isə 2.10 və s. Yəni ki, əgər qənaətçil tələbədirsə, o zaman ay ərzində 100-150 manat sadəcə qidaya xərcləyəcək.

Deməli bizim hesablamalırımıza görə pullu sistem ilə oxuyan tələbə il ərzində 3,3 min manat (minimal götürsək) xərcləyir (eyni zamanda buraya biz internet, dərslik, dəftər, siqaret və s. xərcləri əlavə etməmişik). Dövlət hesabına oxuyan tələbə isə, ildə 2 min manat xərcləyir.

Bəs bu pulları tələbələr haradan tapa bilərlər? Dövlət ödənişi ilə oxuyan tələbələr təqaüdləri var, amma təqaüdlərin həcmi maksimum qida ilə bağlı xərcləri ödəməyə çata bilər. Pullu sistem ilə oxuyan tələbələrə isə yeganə gəlir mənbəyi – iş ola bilər. Amma biz Azərbaycanın ən böyük iş ilə bağlı internet portallarına baxıb gördük ki, axırıncı 60 vakansiyadan, 39-da iş təcrübəsi tələb olunur, 47-də bütöv iş günü, və ya 200 manata kimi əmək haqqı (14-də). Beləliklə, tələbə belə halda ya oxumağı, ya da işləməyi seçməlidir. İkisini birgə seçmək isə çox çətin olacaq…

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.