Səfirliklərimizin yerləşməsi – effektivdirmi?

Toğrul Vəliyev

Həftə arası İnternet şəbəkəsində maraqlı bir xəbər elan edilmişdi: Böyük Britaniya və Kanada xarici ölkələrdə yerləşən səfirliklərini birləşdirmək istəyirdilər[i]. Bu məsələ ilə bağlı saziş bu yaxınlarda imzalanacaq. Əvvəlcə bu məsələ yalnız bu iki ölkənin birinin səfirliyi olduğu ölkələrə aid ediləcək, bundan sonra isə qalan ölkələr üzrə də bu məsələyə baxılacaq. Gələcəkdə bu sazişə Avstraliya, həmçinin Yeni Zelandiya da qoşulmaq istəyirlər. Əsas etibarı ilə bu çox rahatdır, çünki onsuzda formal olaraq bu ölkələr Britaniya kraliçasının idarəsi altındadır və bu ölkələrin maraqları bir-birindən elə də çox fərqlənmir. Eyni zamanda böhran zamanı səfirlikləri təmin etmək üçün bu boyda vəsait xərcləmək elə də məqsədəuyğun deyil. Çünki çox vaxt bu ənənədir, və lazımı effektivliyi vermir.

Belə bir xəbər bizi də maraqlandırdı. Ümumiyyətlə, Azərbaycanın səfirlikləri ilə işlər necədir? Axır vaxtlar, bizim hökumətimiz bir sıra ölkələrdə səfirliklər açır və artıq Braziliyada, Vyetnamda, İraqda və Avstraliyada səfirliklərin açılması ilə bağlı sərəncam da verilib.

Səfirliklərin təminatı üçün xərclər 2012-ci ilin büdcəsində 46,5 mln. manat təşkil edib. Azərbaycanın xaricdəki səfirliklərinin sayı 54-dür (bundan əlavə müxtəlif beynəlxalq təşkilatlarda 4 nümayəndəlik və 8 baş konsulluq da var)[ii].

Vəsaitlərin xərclənməsi miqdarı çox maraqlıdır. Belə ki, ən çox xərcləyən, Azərbaycanın Rusiyadaki səfirliyidir – 2,1 mln. dollar. İkinci yerdə ABŞ-da yerləşən səfirlikdir – 1,5 mln. dollar (eyni zamanda 1,5 mln. dollara yaxın BMT-də olan nümayəndəlimyimiz xərcləyir və 1 mln. yaxın Los-Ancelesdə yerləşən baş konsulluq). Onlardan sonra İsveçrədə – 1,4 mln., Avstriyada – 1 mln. avro və s. Ən az xərcləyən səfirliklər isə Litvada, Tacikistanda və Özbəkistanda yerləşir – ümumi xərcləri 400 min dollardan bir az çoxdur.

Səfirliklərin fəaliyyətinə xərclənən vəsaitlər əlbəttə ki, vacib məsələdir. Burada bir onların fəaliyyəti haqqında heç nə deməyəcəyik, amma hər bir səfirliyə orta hesabla 705 min manat xərclənir.

Xərclərin bölünməsi qeyri-bərabərdir. Belə ki, Azərbaycanın Səudiyyə Ərəbistanda, Qatarda, BƏƏ-də və Kuveytdə yerləşən səfirlikləri 800 mindən 1 mln. manata qədər vəsait xərcləyirlər. Eyni zamanda bütün bu səfirliklər qonşu olan ölkələrdə yerləşirlər. Bu ölkələrdə səfirliklərin olması çox vaxt elə də vacib deyil.

Məsələn, BƏƏ-də (Azərbaycan alverçilərinin və turistlərinin çox sayda olduğu yer) və Səudiyyə Ərəbistanda (Həcc ilə bağlı məsələlərə görə) səfirliklər lazımdır. Bəs Qatarda və Küveytdə bizim hansı maraqlarımız var? Məsələn, Qatar və Azərbaycan arasında hava əlaqəsi yalnız bu yaxınlarda açılıb, Küveyt ilə isə ümumiyyətlə iqtisadi münasibətlər demək olar ki, yoxdur.

Eyni üsul ilə Malayziyada və İndoneziyada yerləşən səfirlikləri birləşdirmək olar. Çünki bu iki ölkələr yaxındılar və hər ikisində səfirliyin yerləşməsi vacib deyil.

Maraqlı faktlardan biri isə odur ki, bizim Mərakeşdə, Liviyada və Misirdə səfirliklərimiz var. Misir ilə bizim münasibətlərimiz çoxdan var, amma Mərakeş və Liviya ilə? Məsələn, Liviyada indi ümumiyyətlə hər hansı səfirliyin fəaliyyət göstərməsi çətinləşib.

Eyni təklifi Braziliyada və Argentinada yerləşən səfirliklərə də aid etmək olar. Argentina ilə ticarət əlaqələrimiz zəifdir, amma Braziliya ilə müəyyən müddət ərzində biz ticarətlə məşğul oluruq. Ümumiyyətlə, səfirlikləri buna ehtiyac olunan ölkələrdə açmaq lazımdır. Məsələn, Belçika və Niderlandda yerləşən səfirlikləri Benilüks kimi birləşdirmək, ya da İsraildə səfirlik açmaq olar (orada 20 minə yaxın azərbaycanlı və bir neçə min Azərbaycan vətəndaşı yaşayır). İsraildə səfirliyimiz yoxdur, amma İordaniyada – münasibətlərimiz demək olar ki, olmayan ölkədə var.

Effektiv yerləşməni təmin etmək üçün sadəcə Azərbaycan vətəndaşlarının yerləşdiyi ölkələri müəyyənləşdirmək lazımdır, çünki bununla biz həm effektivliyi artıra bilərik, həm də eyni zamanda miqyası da artırmış olarıq.


[i] Великобритания и Канада объединят свои посольства http://lenta.ru/news/2012/09/24/jointmissions/

[ii] 2012-ci ildə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılmasına ayrılan vəsaitlər http://www.budget.az/budget/main?content=1089

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.