Rusiyanın ÜTT-yə üzv olmasının regiona təsiri

Fuad Şahbazov

Bu yaxınlarda Rusiya Federasiyası qlobal iqtisadi qurumlardan biri o lan ÜTT-yə daxil olmaq üçün ərizə ilə müraciət göndərdi. Elspertlər arasında hələ də mübahisə davam edir. Rusiyanın bu quruma üzv olması mənfi yoxsa müsbət olacaq. Hadisəyə müsabət cəhətdən yanaşsaq belə bir şey aydın olur. ÜTT-yə üzv olan dövlətlər öz daxilində istər istəməz azad rəqabət zonası yaratmış olurlar.

Yəni məsələn, ÜTT-yə üzv olmayan hər hansı bir dövlətdə bank,böyük hotellər zənciri və ya restoranlar zənciri konkret olaraq hansısa bir adamın əlində cəmləşir. Bu da iqtisadiyyatda rəqabətin ölməsinə gətirib çıxarır. İnkişaf demək olar dayanır.

ÜTT üzvü olan dövlətlərə yerli investorlardan əlavə çoxlu qərb investorları da cəlb olunur. Beləliklə azad rəqabət zonası qurulmuş olur. Bu təbii ki,müsabət cəhətlər sayılır.

Rusiya höküməti də ölkədə iqtisadi potensialı qaldırmaq ümidilə ÜTT-yə üzv olmağı düşünür. Bir də bunu mənfi cəhətlərinə baxaq. Rusiyanın ən yaxın müttəfiqlərindən biri olan Belorusiya bu üzvlüyünün gerçəkləşməsinin tam əleyhinədir. Belorusiya təcrid olunmuş siyasət yürüdür.

Yəni Avropa ölkələri ilə heç bir ticarət əlaqəsinə malik deyil.Ən yaxın qonşusu Rusiyanın  ÜTT-yə üzv olması ilə Belorusiya ilə Rusiya sərhədində gömrük tarifləri xeyli dərəcədə yüksələcək. Məlumdur ki ÜTT üzvü olan ölkələr gömrük tariflərini təşkilatın tələb etdiyi həddə saxlamalıdır. Bu da ki Belorusiyaya heç sərf eləmir.

Ukrayna ÜTT üzvü kimi artıq bunun acı nəticələrini yaşamaqdadır. O həddə çatıb ki, Rusiya təsirindən qurtulmaq ümidi ilə ÜTT yə daxil olan ölkədə işsizlərin sayı 250 minə çatıb. Ukrayna höküməti üzvlüklə bərabər ölkədə yeni iş yerlərinin artacağını, xarici investorların cəlb olunacağını və turizmin artacağını düşünsə də bunun tam əksi ilə qarşılaşıb. Artıq Ukrayna təşkilatdakı üzvlüyünün dondurulması haqda fikirlər irəli sürməyə başlayıb.

Ümumilikdə isə Rusiyanın təşkilata üzvlüyü ölkə ərazisində SSRİ süqutundan sonra ilk dəfə nəhəng transmilli şirkətlərinin yerli nümayəndəlikləri yaran bilər. Ixracat məslələrində faiz göstəriciləri artacaq. Sıx əməkdaşlıq olan ölkələrlə viza rejiminin ləğv olunması ehtimalı var. Ölkədə xarici avtomobillərin satışı zamanı qiymət artımı müşahidə edilməyəcək.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq