Referendumla Plebisitin Fərqi

 Rəşad Qasımlı (İstanbul Universiteti Hüquq Fakültəsi)

Referendum kəliməsi birçox hallarda plebisit kəliməsi ilə birlikdə səslənir.”plebs” qədim Romada xüsusiyyətləri olan “patricii”lərdən fərqli olan sadə xalq təbəqəsinə verilən addır. Plebisit ümumiyyətlə qanunverici orqan tərəfindən xalqın səsinə təqdim olunan bir sualdır .Bir növ inam səsverməsini ehtiva etdiyi üçün günümüzdə az rastlanır.

Günümüzdə isə “plebisit” bir torpaq parçasının və ya bir bölgənin hansı dövlətə tabe olacağının və orada yaşayan əhalinin gələcəyinin nə olacağını təyin etməsilə bağlı səsvermə şəklində ifadə edilməsidir. Tərkibini bir az dəyişmiş olmasına baxmayaraq,  günümüzdə də keçərli olan bir qavramdır. Beynəlxalq politika literaturasında və diplomatik çevrələrdə tez-tez müxtəlif anlaşmazlıq mövzusu olan bölgələrdə yaşayan insanların öz müqəddəratlarını həll etmə (Self-determination) haqqlarından söz edilməkdədir. Bunun ən bilinən misalı, illərdir İsrail tərəfindən işğal edilmiş Ərəb torpaqlarında yaşayan fələstinlilərin vəziyyətidir.

Bir başqa mənada plebisit birdən çox siyasi partiya yerinə tək bir partiyanın iqtidara “talib” olduğu sistemlər ilə “hakim tək partiya” sistemi qurmaq məqsədli bir termindir.

Bu növ partiyaların hakim olduğu dövlətlərdə təşkil olunan referendumlar məqsədi nə olursa olsun, plebisit olma ehtimalı hər zaman yüksəkdir. Bu seçimlərdə ya xalqın öz istəklərini bəlli etməklə səs verə biləcəkləri yetərincə alternativ yoxdur, yada son dərəcə təsirli olan təxribat vasitələri iqtidarı təmsil edən hakim partiya leyhinə istifadə olunmasıdır. Belə vəziyyətdə səsvermədə xalqın tələbindən çox tək partiyanın səs qazanması əsas alınır ki, bu da demokratik dəyərlərə son dərəcə ziddir.

Plebisit ilk dəfə Fransız İnqilabında qalib Fransız Cümhuriyyəti tərəfindən; daha sonra isə  I. Napoleon tərəfindən gerçəkləşdirilən qondarma torpaq ilhaqlarına qanunilik qazandırmaq məqsədilə keçirilmişdir. (İlhaq edilən bölgənin sakinlərinin haqqlarının avtomatik olaraq ilhaq edən dövlət tərəfindən qazanıldığı varsayılır).

Bu tarixdən sonra plebisit III.Napoleon tərəfindən gerçəkləşdirdiyi işğalları qorumaq məqsədilə istifadə olunmuşdur. Bu məqsədlə keçirilən plebisitlər “Bonapartist Plebisit” olaraq qələmə verilir.

Bir çox hallarda plebisit iqtidarı əllərində saxlayan şəxslər tərəfindən hazırlanan qanun layihəsini təzyiq və qorxu atmosferi altında və bu haqda heç bir müzakirə mühitinin yaranmasına yol verməyərək, blok halında “bəli” yada “xeyr” şəklində lokanik bir nəticə doğura bilən bir xalq səsverməsi keçirməkdir. Geniş mənada plebisit  diktatör rejimlər tərəfindən hakimiyyətlərini səsverməyə “sökəyərək”, qanuniləştirmək məqsədilə keçirilən keçirilir. Bu yola əksər hallarda öz məhdudsuz iqtidarlarına qanunilik qazandırmaq istəyən diktatorların başvurduqları görülməkdədir. Diktator liderlər fəaliyyətləri mövzusunda “bəli” vəya “xeyr” cavabları istədikləri üçün qətiyyən referendum olaraq qələmə verilə bilməz. Referendum ilə plebisiti bir-birindən diqqətlə ayırmaq lazımdır.Referendum adil və demokratik bir üsuldur.Plebisit isə anti-demokratik bir üsuldur. Praktikada plebisitlərdən hər zaman qutudan “bəli” nəticəsinin çıxdığı görülmüşdür.Üstəlik bu “bəli” seçmənlərin 90faizini keçən bir çoxluğu əks etdirir.

Referendumla plebisit arasındaki digər fərq isə, demokratiklik baxımından ortaya çıxmaqdadır. Yuxarıda qeyd etdiyim kimi demokratik üsul olan referendumda bir obyek, bir faktör var ki, o da xalqdır;qərarın başında,ortasında və sonunda təşəbbüs göstərir. Plebisit isə anti-demokratik olduğundan dolayı xalq passivdir, qərar alma mərhələsinin sadəcə sonunda iştirak edir.

Referendum keçirilməsini xalqın özü və ya seçdiyi təmsilçilər (millətvəkilləri)dir. Səsverməyə qoyulan şey  isə təmsilçilərin hazırladığı mətndir. Ancaq plebisiti seçənlər şəxsi iqtidarlar sahibləri və ya felən ölkəni idarə edən insanlardır. Səsverməyə çıxarılan şey isə,xalqın iştirakı olmadan hazırlanan mətnlərdir.

Plebisit  qeyri-leqal yollarla və  çevriliş və ya xaos mühitində hakimiyyətə gələnlərin etdikləri bu fəaliyyətlərinə qanuni çərçivə hazırlamaq üçün əl atdıqları yollardan biridir.

Nəticə etibarilə plebisit özünə qarşı çıxabiləcək heç bir müxalif olmadan,rəqiblərinə propaqanda özgürlüyü tanımadan, öz iqtidarını xaqla zorla təsdiq etdirməsidir; müxalifətsiz seçim, rəqibsiz yarışdır.

Rəşad Qasımlı (İstanbul Universiteti Hüquq Fakültəsi)

İstinad: Prof. Dr. Kemal Gözler – Anayasa Hukukunun Genel Esasları, 2008

 

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq

Leave a Reply

Your email address will not be published.