Rafiq Tağının ölümündən sonra

Toğrul İsaoğlu (Boğaziçi Universiteti)

 Bizim məhəllədə tanıdığım həm yaşıdım vardı sakit ancaq cüssəli birisi idi. Bir gün öyrəndim ki onu tutublar səbəbidə birisi onun anasına söyüb oda əsəbləşib söyən adamı bıçaqlayıb öldürüb. Əlbəttə ki çox üzüldüm tanıdığım birisinin qatil olmasına və ölən insana. Ancaq düşündüm ki mən olsaydım nə edərdim?

Əlbəttə 21 ci əsrdə “öldürmək” hər nə səbəbdən olsun pislənəcək şeydir ancaq 3 əsir əvvəl bəlkə də bu hadisəyə görə insan təqsirləndirilməzdi necəki müharibə zamanında olduğu kimi. Bizim məmləkətdə bir jurnalist vardı, yazılarını oxumamışam adını da qətlindən sonra eşitdim adı Rafiq Tağıdır. Bu bəy islamla bərabər bütün dinlərə qarşı çıxırmış həmçinin Azərbaycanda cəhalətin səbəbini islam dinində görürmüş və bir gün çıxışında birində islam dininin peyğəmbərinə təhqiramiz sözlər işlədib.

İranın yetişdirdiyi Lənkorani deyə bir zat da deyib ki onun qanı halaldır və o gündən sonra naməlum şəxs Rafiq bəyi bıçaqla öldürməyə  təşəbbüs edib. Xəstəxanada cərrahi əməliyyatdan sağ salamat çıxmasından sonrada müəmmalı şəkildə vəfat edib. Bir neçə gənc lider də başlayıblar ki məgər islam dini bu cinayətin səbəbkarıdı bütün müsəlmanlarda Taliban potansiyalı var.

Bu yazıları oxuduqca anlayıram ki niyə Azərbaycanda müxalifət hələdə yerində sayır çünki biz dindarımızı və aydın insanlarımızı idxal ediyimizdən  birlik bərabərlik yaranmır. Niyə qəribə gəlir sizə şiə müsəlmanları bizdə İranın təsiri altındadırlar, sünni tərəfdə ya Ərəbistan yada Türkiyənin. Gələcəyin aydınlarıda xarici fonların hesabına yetişiblər və bir çoxu Azərbaycandakı əqidədən xəbərsizdilər.

Bir ölkənin əhalisinin 80 faizi müsəlman ola, sən də bu ölkənin aydın gələcəyi üçün mübarizə aparasan və deyəsən ki “müsəlmanlar canidir”. İşiniz çətindir bəylər. Rejim hansı havanı çalır zamanında Müsavat və AXCP onu oynayırdı indidə gənc aydınlarımız  o yoldan gedirlər və əsas məqsəddən uzaqlaşırlar.

 Bir MÜSƏLMAN və Liberal kimi Rafiq Tağını öldürənləri lənətləyirəm. O, şəxs bir canidir və müasir çağda müsəlmanların adına ləkə gətirib terroristlərin gətirdiyi kimi. Ancaq digər tərəfdən bir sualım var bu münaqişə ən çox kimin işinə gəlir? Həm müxalifət içində polemika yaratmırmı?

Gənc aydınlar da bir dini əqidəni günahlandıracaqlarına dövlətdə olan “dini sistemsizlik” probleminə həll yollarını düşünsünlər və bir da Axunzadədən və Məmmədquluzadən başqa Əhməd bəy Ağayevin, Məhəmməd Əmin Rəsulzadə kimi Azərbaycan millətinin əqidəsinə pozitiv yaxınlaşan insanların təcrübəsindən yararlansınlar.

Əgər Azərbaycan öz din adamlarını yetişdirsə və Azərbaycanda dinlə əlaqədar bəlli bir sistem olsa idi indi bu qətlin səbəbkarı olandan və ölüm fitvası verəndən hesab soruşa bilməzmiydik? Bəzi gənc liderlərin dediyi kimi “dövlət dindən ayrı” olmamalıdır əksinə məhz dövlətin kontrolunda olmalıdır ki, belə öz başınalıqlar olmasın. Bəylər aydın gələcək edilən səhvlərin təkrarı ilə olmur bu ölkənin sizə ehtiyacı var dediyiniz sözlərə və emosiyalarınıza diqqət edin. Birisinin anasına söyərkən hər kəsdən çağa uyğun hərəkət gözləməyin və söz azadlığı demək bir dini əqidəni təhqir etmək deyil.

P.S. Öz ana dilinə, etnik kimliyinə, dininə, ölkəsinin tarixi keçmişinə, mədəni irsinə, adət və ənənəsinə (ən azından birinə) sahiblənmirsə o kəsin Azərbaycanla nə bağı ola bilər?! Getsinlər üstün gördükləri ölkədə istədikləri dildə, inacda, mədəniyyətdə yaşasınlar yoxsa biz Azərbaycan üçün mübarizə aparırıq deməyə haqları yoxdur. Əslində onlar öz maraqları üçün mübarizə aparırlar yada yollarını səhv salıblar.