Proqnozlar və yenə də proqnozlar

Toğrul Vəliyev

Dövlətin iqtisadi inkişafı hər bir ölkənin əsas məqsədlərindən biridir. Ölkələrin çoxu hətta iqtisadi inkişaf ilə məşğul olan nazirliklər də təşkil edirlər. Belə bir orqanların fəaliyyətinin nəticəsi hansısa rəqəmlərdə yox, məhz əhalinin rifahındadır.

Belə ki, bizim İqtisadi İnkişaf Nazirliyi bu həftə maraqlı bir bəyanat ilə çıxış edib. Bu nazirlik 2013-cü ildə Azərbaycanın ÜDM-in artımını proqnozlaşdırmışdı. Onların proqnozlarına görə 2013-cü ildə neftin istehsalı artsa, o zaman ÜDM-in artımı 5% təşkil edəcək. Amma burada bir neçə sual yaranır.

Birinci sual odur ki, 2013-cü ildə neftin istehsalı nəyə görə artmalıdır? Əgər 2011 və 2012-ci illərdə 10% azalma ilə “inkişaf” edirdirsə, o zaman 2013-cü ildə nəyə görə artsın? Və ya bizim nazirlik öz proqnozlarını neft şirkətlərin vədlərinəmi əsaslandırır? Bu vədlər özlərinə görə çox şübhəlidir. Ümumiyyətlə nəyə görə 2013-cü ildə dünya bazarına neftin ixracatı artmalıdır? Axı bunun üçün nə obyektiv, nə də subyektiv səbəblər yoxdur. Eyni zamanda dünya bazarı həddindən artıq doydurulub. İkinci sual isə, nəyə görə neft ixracatı 2011-ci ilin səviyyəsində stabilləşməlidir?

Belə bir halda onların proqnozları yalnız neft qiymətinin artması vasitəsilə xilas edilə bilər. Bu isə yuxarıda göstərilmiş faktlardan daha da şübhəlidir. Hətta nazirlik özü də buna inanmayaraq, qiyməti 80 dollar təklif edib. Bilinməyən səbəblərə görə, nazirlik qeyri-neft sektoruna heç bir önəm verməyib. Baxmayaraq ki, nazir və dövlət xadimləri daima qeyri-neft sektorunun “inkişafı” haqqında ağız dolusu danışırlar.

Eyni zamanda hökumət tərəfindən kənd təsərrüfatı haqqında maraqlı məlumat verilib. Aşkarlanıb ki, indiki zamanda kənd təsərrüfatının ekstensiv inkişaf vasitələri tükənib. Sadə dillə desək, artıq boş torpaq qalmayıb. Bu fakt hökumət üçün təəccüblü görünsə də, çoxları üçün heç də təəccüblü deyil, çünki torpaqların belə sürətlə sıradan çıxmasını nəzərə alsaq, bu fakta qəribəliklə baxmaq qeyri-mümkündür.

Buna görə də kənd təsərrüfatının imperativi kimi kənd təsərrüfatının məhsuldarlığını və səmərəliliyini artırmaq təsdiq edilib. Burada maraqlı bir fakt aşkarlanır, bəs bundan qabaq kənd təsərrüfatın imperativi nə idi? Yaramayan torpaqların artması idimi? Çünki bildiyimizə görə, ekstensiv inkişafa yalnız inkişaf edən ölkələr malikdilər, inkişaf etmiş ölkələr isə intensiv inkişafa malikdirlər. Azərbaycanda isə…

Belə suallar çoxlu yarana bilər, amma bizdə isə hələ özəl kanalizasiya sistemi yaratmaq istəyirlər. Hər şey aşağıdan başlayır…

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.