Pərdə arxasındakı kimliklərimiz

Məlahət Gözəl

Təsəvvür edin ki, həyatımızın tam ortasında boyük pərdə asılıb. Bizsə, pərdənin arxasında yer almışıq. Yox,  düşünməyin ki, “həyat teatr biz aktyor” kimi şablon yanaşmalara yer vermək fikrindəyəm. Əslində, pərdə arxasında mövcud yerimizdən söhbət açmaq istəyirəm. İstənilən halda, dəyişməyən bir yerə sahibik. Ən pisi isə odur ki, bu öz əlimizdədir. Olduğumuz yerdən heç də narahat deyilik. Üstəlik pərdənin arxasından boylanan bir kimsəni dərhal axmaq adlandırıb, top atəşinə tutmağa belə usanmırıq. Biz qorxmuruq, çəkinmirik. Axı nəhayətində hər səhvlərimizi, düzlərimizi örtən bir pərdə var. Biz ordan çox şeyi idarə edə, qınaya bilər, nə bilim kifayət qədər ixtiyar sahibiyik. Din, əxlaq, mentalitet, müasirlik və s. bu kimi anlamları əlimizdə alət etmişik, dolanırıq. Hərənin gizləndiyi bir örtük vardır. Düsünürəm ki, bizləri digər cəmiyyətin insanlarından fərqli edən də budur. Çəkinmədən bizim daha təhlükəli olduğumuzu iddia edə bilərəm.

Çox bəsit misalla aydınlıq gətirmək istəyirəm. Yaxşı insan pis insandan daha təhlükəlidir. Nəhayətində, o şəxsi pis olaraq qəbullanmış və ona qarşı tədbirimizi görmüş oluruq amma yaxşı birindən nəyi nə zaman görəcəyimizi bilmirik. Biz burada yaxşı insan qismində çıxış etmiş oluruq. Beləcə “yaxşı örtük” vasitəsiylə mənəvi kimliyimiz gizli qalır. Acınacaqlısı isə o örtüyün tipik olaraq adı çox hallarda Fuer mehr erfahren Spieler ist Casino Shark ein unverzichtliches Werkzeug um Informationen ueber Spielentscheidungen zu sammeln. İslam olur. Niyə məhs İslam? Bəlkə müsəlman doğulmağımızı bizə korkoranə şəkildə tanıtmalarıdı səbəb?!  Bəlkə öz yolumuzu tapmağa, müstəqil qərar vərməyə imkanımızın olamasıdı səbəb? “Sən bu olmalısan dərk etsən də, etməsən də bu daha yaxşıdır” deyilməsidir?!  Biz yaxşı olmağa məcbur deyilik ki, niyə pərdələnək axı? Bu yalnız bizim aldığımız mənəvi sarsıntı və ictimai yoxsulluq deyil, eyni zamanda İslama edilən ağır zərbədir. İnsan bir şeyi necə öyrənər, necə bilərsə elə də anlatar və elə də münasibət görər. Dinindən anlamayan bilməyən cəmiyyətdə yaxşı qarşılanacaq deyə ibadətini gözə önünə gətirən bir kimsə kimə örnək ola bilər, kimə nəyi, necə anlada bilərki?!  Bu islam deyil ki. Yaxşı görüntü xatirinə edilən şərəfsizlikdir sadəcə. İslam doğrunun, sevginin, ədalətin təcəssüm etdiyi bir dindir. Müsəlman olmaq günahı dünyada görmək deyil özündə axarmaq, sevdiyinin güzgüsü, təmsilçisi olmaqdır. Bunlar dərk edilmədiyi təqdirdə müsəlman bir terrorist, hər şeyi öz xeyrinə həll edibdə 4-5 qadınla evlənən azğın molla, bir iki rükət bilibdə görüntü yaradan cahil biri olacaqdır. Ya din sahibi ol ya dinsiz ol. Görüntü xatirinə müsəlman ateist olmaq çıxış yolu deyildir. Çıxış yolu olmasa da bizim seçimimizdir bu. Bir avropalı deyək ki, şəxsi tələbi ya həyat tərzi naminə çılpaqdırsa, bir azərbaycanlı avropalıya rəğmən çılpaqdır. Çılpaqlığı bir yönümlü anlamayaq. Buna baxmayaraq hansı düşüncəylə əxlaqsız avropalı tərzi deyə bilirik anlamıram.

Yuxarıda sadaladıqlarımla örtülmüşük. Din, əxlaq, müasirlik və daha nələr. Bunlar bir insanda mövcud olan gözəl keyfiyyətlərdir amma biz onları yaşamaq və içində olmaq istəmiriksə buna məcbur deyilik. Nə əcəb ki, bizi qonşumuz yaxşı biləcək, tərifləyəcək, mükəmməl görəcək. Əslində bunları dərk etsək bəlkədə bütün bunlar bizim həyat tərzimizə çevrilər yaşamımızın bir hissəsi olardı. O zaman cahil mömin, üzü qərbli içi şərqli bir şəxs nə bilim bığlı bir Koroğlu, itgin düşmüş Nəbi və.s olmağa ehtiyyac olmazdı. Sən mən biz olmaq var ikən.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.