Öyrənmək Nədir?!

Murad Nəsibbəyli

Öyrənmək nədir?! Təhsil sistemimiz necə öyrədir?! Yeni Təhsil Təşəbbüsü qrupunun bu gündən başlayaraq hər həftə təşkil edəcəyi diskusiyyanın birinci mövzusudur.  Bir neçə saat sonra nahar edib, uşaqlarla görüşmək üzərə evdən çıxacağam. Elə bu cümlələri yazırdım ki, başqa biri zəng etdi və bu gün dostlarla öncədən danışdığımız səhər yeməyinə getmədiyim üçün məni bir xeyli qınadı. Dostlar da öz aralarında kimə zəng etdirəcəklərini – kimin məni yaxşıca qınaya biləcəyini, mənim isə ona bir söz deyə bilməyib, susub qalacağımı yaxşı bilirlər. Amma haqqlıdılar da. Nə isə bu söhbəti bağlayım.

YTT-nin müzakirəsinə gedənə qədər evdə oturub, kofem içə-içə bir iki yazı oxuyacağımı düşünürdüm. Amma indi plan dəyişdi – müzakirədən əvvəl Mançesterdə oxuyan dostlarla görüşməli oldum. Saat üçdə isə müzakirə üçün İçərişəhərdəki Cafe Caramel-də olmalıyam. Saat 5-ə qədər müzakirəni bitirib, AFU-da (Azad Fikir Universiteti) hansısa səhnələşdirilmiş oyunu izləməyə gedəcəyik. Dostlar belə razılaşıb. İnsanlar əziyyət çəkib, iş görüblər. Həm baxıb öyrənmək, həm də  çəkilən əziyyəti qiymətləndirmək lazımıdır. İndi yadıma düşdü, mən 7-ci sinifdə oxuyanda “Xeyir və Şər”i səhnəyə qoymağa hazırlaşırdıq. O zaman Azersunun hansısa binasında yerləşən Şuşa Teatırından birisi gəlmişdi və bizim oyunu səhnələşdirməyimizə kömək edirdi. Saat 7-yə qədər məşq etmişdik. Çox yorulmuşduq həmin günü. Məktəb dağlı məhəlləsində (11 xrebtoviyə yaxin – 38 nömrəli Bakı məktəbinin nəzdindəki 1 saylı Şuşa şəhər məktəbi) yerləşirdi və biz oradan Yeni Yasamala 2 kmdən çox yolu hər gün piyada gedib-gəlirdik. İndi ağır məşqdən sonra gözümüzə durmuşdu o yolu getmək. O zaman Şuşa teatrından gələn həmin akytor bizə demişdi ki, sizi çox yüksək qiymətləndirirəm, sizin yaşıdlarınız nələrlə məşğuldur, siz isə bu köhnə məktəbdə tozlu səhnədə nə isə etməyə çalışırsınız.

Ola bilsin, AFU-nun səhnəsi bizim məktəbin səhnəsi kimi tozlu deyil. Amma o insanlar əziyyət çəkib iş görürlər. Söhbət haradan hara gəldi. Axşam 8-də AFU-da oyun bitsə də, yəqin ki oyundan sonra söhbət uzun olacaq. Bəlkə yenə Araz kafedə pivə içib, Əli və Məhəmmədin söhbətinə qulaq asacağıq. Əli yenə totalitar ağılın məhsuluna oxşayan fikirlərindən danışacaq. Nə isə. Arxasınca çox danışmayım.

Axşam neçədə evə qayıdacağım naməlum olaraq qalır. Yəqin ki, evə dönüncə Öyrənmək nədir mövzusunda bir yazı yazacağam. O yazını əslində indi yazmaq istəyirdim. Amma fikrimi dəyişdim və bunu yazası oldum. Müzakirədə daha yeni fikirlər yarana bilər, yazımı onlardan məhrum etməməyi düşündüm. Bəlkə gecəyarısı da işimlə bağlı – urbanizasiya haqqında yazılmış bir iki elmi məqalə oxudum. Vaxtım qalsa, Economist və Guardian-a da baxacam. Avropa İttifaqının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktində iştirakı ilə bağlı Təbibin məqaləsi olmalı idi, oxumağa da çalışacam. Nə vaxtsa bu məqaləni oxumuşam, indi bu mövzuda bir məqalə yazmaq istəyirəm, ona görə bu mövzudakı məqalələri yenidən gözdən keçirmək qərarına gəlmişəm. Bunları etməyi bacarsam, gecə saat üç filan olacaq. Səhər işə gecikməmək üçün 7.30-da da qalxmalıyam. İşdəki yeni qız da əsəbilərimi pozub lap. Yediyin qabı yu, işə gecikmə, işə gəlib gedəndə qol çək – belə söhbətlər edir. Başa sala bilmirəm ki, məni tərzim deyil, məni “bozar”.

Gecikirəm görüşə artıq. İki həftədir qırxmadığım üzümü gedib qırxım indi. www.cemiyyet.org saytı üçün Murad Nəsibov (Lap Aytəkin Alxaslı yazmaq gəldi içimdən)

Bu gün adi bir gündür. Elçibəyin doğum günüdür. Doğum günün qutlu olsun bəy.

Sosial Media da Paylaşaq