Orta Şərq haqqında

Orta Şərq

Aynur Zərrintac

Orta Şərq anlayışının yaranması və mühüm stratejik mərkəzə çevrilməsi

Orta Şərq Yaxın və Uzaq Şərq kimi Qərb dünyasının təsnifləndirdiyi ölkələr qrupuna verilən addır. Orta Şərq anlayışının geniş şəkildə ilkin ifadəsi amerikalı strateq Alfred Thayer Mahan tərəfindən II Dünya Müharibəsindən sonra istifadə olunmuşdur. Alfred bu anlayışı Ərəbistan və Hindistan arasındakı ərazini nəzərdə tutaraq işlətmişdir. Qərb strategiyasına əsasən, Avropa dünyanın mərkəzi kimi qəbul edildiyindən ona ərazicə məsafə fərqlərinə görə digər ölkələr “yaxın”, “uzaq”, “orta” kimi təsnifləndirilmişlər.

Avropa Roma imperiyası dövründən başlayaraq, “şərq” deyə adlandırdıqları dünya üç hissəyə ayrılırdı: Balkanlar və Osmanlı dövlətini ifadə edən “Yaxın şərq”, Hindistan, Bəsrə körfəzini ifadə edən Orta Şərq, Çin və Yaponiyanı ifadə edən Uzaq Şərq.

I Dünya Müharibəsi ərəfəsində Osmanlı imperiyasının Balkan ərazilərindəki torpaqlarını itirməsi və ərəb ölkələrindəki ingilis və fransız bir sıra idarələrin qurulması Orta Şərqin ərazi göstəricilərinin genişlənməsinə səbəb oldu. Nəticə etibarilə, Orta Şərq adlandırdığımız ərazi zamanla Asiya, Avropa və Afrikanın bir-birilərinə yaxın ərazilərini əhatə edən böyük bir bölgəyə çevrildi. Hazırda Orta Şərq ölkələrinə Suriya, İraq, Pakistan, Əfqanıstan, Qətər, İran, İordaniya, İsrail, Fələstin, Misir, Yəmən, Liviya, Livan, Tunis, Sudan, Cəzair, Fas, Kıbrız, BƏƏ, Bəhreyn, Küveyt, Omman, Səudiyyə Ərəbistanı daxildir.

Orta Şərq (Middle East) tərkib olaraq belə də açıqlanır: Türkiyə, İran, Mesopotamiya, Ərəb Yarımadası, Körfəz ölkələri və Misirin əhatə etdiyi bölgə. Qafqaz ərazisi ilə Orta Asiya da bu tərkibin içərisinə aid edilir.

Strateji, mədəni, iqtisadi, siyasi və digər əhəmiyyəti baxımından Orta Şərq tarix boyu maraqların mərkəzləşdiyi bölgə olmuşdur. Üç səmavi dinin mərkəzi, fərqli mədəniyyətlərin yarandığı, müxtəlif inanc və ənənələrin formalaşdığı, tiracət əlaqələri nəticəsində şərqlə qərb arasında körpü rolu oynayan Orta Şərq sənaye inqilabı nəticəsində öz nüfuzunu itirsə də, sonradan neftin kəşfi bölgənin yenidən mühüm strateji rolunu geri qaytarmasına səbəb oldu. Bu səbəbdən dövrün Əməvilər, Abbasilər, Səlcuqlar, Osmanlı, II Dünya müharibəsindən əvvəl İngiltərə və Fransa, daha sonra Sovetlər İttifaqı və ABŞ – bütün güc dövlətlərinin diqqəti Orta Şərqin üzərində cəmləşmişdir.

Orta Şərqin Demoqrafik forması. Əhalinin nüfus dairəsi

Orta Şərq əhalinin nüfus dairəsinə görə çox qarışıq bir bölgədir. Bu qarışıqlıq həm etnik, həm mədəni, həm dini səbəblərdən qaynaqlanır. Əhalinin nüfus göstəricisi 3 əsas etnik qrup – sami, hind-avropa və turan üzərində aparılır.

Sami etnik qrupu Orta Şərqin ən böyük etnik qrupudur ki, bu da iki – ərəblər və ibranilərə bölünür. Bura həmçinin suryanilər, akkadlar, asurilər, babillilər də daxildir. Bu qrup içərisində ərəblər həm nüfus baxımından, həm də daha çox əraziyə yayılmaları baxımından üstünlük təşkil edirlər. Dini göstəriciyə gəldikdə isə, əksəriyyəti müsəlman olan bu etnik qrupun ərəblərin özləridə məzhəb fərqliliyinə görə ayrılırlar. Baxmayaraq ki, regionda süni məzhəbinin nümayəndələri üstünlük təşkil edir, şiə mənsubları olan bölgələr də öz varlığını göstərir.

Sami etnik qrupun digər nümayəndələri də ibranilərdir. Nüfus göstəricisinə əsasən, onların çoxu İsraildə yaşayır. Ümumiyyətlə, ibranilər yaşadıqları ərazilərə görə müxtəlif adlar danışıyırlar. Edot adlanan etnik yəhudilər dil və məişət cəhətcə fərqlənmişlər:

  • Bavli (MesopotamiyaCənubi Qafqaz) — V—XI əsrlər;
  • Sefardlar (Pireney yarımadası) — b.ə.əvvəli — 1492;
  • Aşkenazlar (Mərkəzi Almaniya, Şərqi Avropa) — X əsr-XX əsrin ortası.

Orta Şərqin ikinci böyük etnik qrupunu Hind-Avropa qrupuna daxil olan iranlılar, ermənilər, kürdlər, rumlar və bəzi kiçik qruplar təşkil edir. Türklər isə üçüncü etnik qrupun – Turanlıların nümayəndələridir ki, İran, İraq və Suriya ərazilərində azlıqlar kimi qeydə alınmışlar.

Əraziyə görə əhalinin paylanmasına baxdıqda, əksəriyyəti səhralardan və çöllərdən ibarət olan Ərəb ölkələrində əhalinin daha çox vahələrdə, suya yaxın ərazilərdə yerləşdiyi görülür. Suriya və Livan xaric olmaqla, demək olar ki, ərəb ölkələrinin əksəriyyəti səhralardan xali deyildir. Əhalinin daha çox su hövzələrinə, vahələrə meylli olması da burada sənayeləşmədən çox, kənd təsərrüfatının və əkinçiliyin inkişaf etməsinə səbəb olur.

Orta Şərqin iqtisadi quruluşu

Tarixə nəzərən Orta Şərq keçmişdə ticarət yollarının kəsişməsi nöqtəsi olaraq, əsas mərkəz kimi götürülürdüsə, bu gün o zəngin enerji mənbəyi kimi diqqət mərkəzindədir.  Orta Şərq ölkələrinin iqtisadi durumları sahib olduqları sərvətlərə və imkanlara görə kəskin şəkildə bir-birindən fərqlənir. İsrail xaric, digər ölkələrin iqtisadi vəziyyəti ikişaf etməkdə olan qrupa görə dəyərləndirilir. Səudiyyə Ərəbistanı, İran, İraq və Körfəz ölkələri sahib olduqları neft ehtiyatlarına görə Orta Şərqin zəngin ölkələri sayılırlar.

Ümumiyyətlə, Orta Şərq ölkələrinin iqtisadi durumundakı kəskin fərqlər bu ölkələr arasında qütbləşmə yaratmışdır. Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Kuveyt adambaşına düşən 20 min dollar hesabıyla regionun ən zəngin dövlətləri olduqları halda, Fələstin və Yəmən adambaşına düşən 500 dollara görə həm regionun, həm dünyanın kasıb ölkələri sırasındadırlar.

Lüğət:

  1. Strategiya – (yun. “strategia” – qoşun və “ago” – aparıram) geniş miqyasda hərbi əməliyyat, müharibə hazırlama və aparma sənəti.
  2. Demoqrafiya –  (yun. “Demos” xalq, “grapho”yazıram) əhali artımının qanunauyğunluqları, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhali sıxlığını və onun paylanmasını öyrənən elm.
mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq