O səs Türkiyədən, Elgün Quliyev

Məlahət Gözəl

Hər zaman düşünmüşəm ki, Azərbaycan milləti üçün sənətçi yetişdirmək çətin deyil.  Əslində səbəbini özüm belə bilmirəm amma  dünya səhnələrinin pasını silməyə qadir insanlar yetişib və hələdə yetişir.  Baxamayaraq ki, hər sahədə olduğu kimi burada da sosial, siyasi, maddi faktlar önə keçir amma yenə də hər şeyə xüsusiylədə bütün çətinliklərə rəğmən “Mən Varam” deyib özünü təsdiq edən insanlarımız var.

O insanlardan biri də Elgün Quliyevdir.  Bizi Türkiyə səhnələrini diqqətlə izləməyə vadar edən sənətçi.. Bizim sənətçimiz. Öz vətənimizin insanı . Belə demək üçün hər kəsin bildiyi və məni yazmağa sövq eləyən əsaslı səbəb var. Mənim kimi inanıram ki sənətçimiz haqqında bilmədiklərimizi bilmək istəyən insanlar az deyil.

Elgün Quliyev 10.08.1979-cu ildə Bakı şəhərində anadan olmuş,  1993– 1997– ci illərdə Özəl Sumqayıt Kollecini bitimişdir. İlk sənət təhsilinə Bakı etika ve estetika tərbiyəsi üzrə sənət məktəbində başlamışdır.  Azərbaycan, türk, ingilis, ərəb, rus dillərini bilən səntçimiz 1997– 2004-cü illərdə Ankara Universiteti  Pedagoji fakültə – Rəhbərlik və Psixoloji Müşavirlik bölümü, 2004– 2005-ci illərdə isə Ankara Universitetində Pedagoji kafedrası Sənət Psixalogiyasi fakültəsi üzrə magistr pilləsində “Özel Öğrenci”
olaraq təhsil almışdır. Daha sonra 2005– 2006-ci illərdə İstanbul  Universitetində Sosiyalogiya Kafedrası Psixologiya bölümündə Sosial Psixologiya üzrə magistr pillesi, 2006– 2010 –cu ildə Mərmər Universitetində Rəhbərlik ve Psixaloji Müşavirlik kafedrası magistr pilləsində təhsilini davam etdirmişdir. 2006– 2008- ci illərdə İstanbul Universiteti Dövlət Konsevatoriyasında Opera kafedrasında Xor ifaçılığı bölümünün məzunu olmuşdur. Əslində çox yaxşı bilirik ki, öz vətənindən kənarda olan bir insan üçün yaşam o qədər də asand deyil. Xüsusiylədə əgər sən tələbəsənsə, təhsil alırsansa çətinliklərin birə beş artır. Bu kimi sosial, maddi çətinliklərlə illər boyu üzbəüz olan sənətkarımız  özünün yaşadığı çətinlikləri digər tələbələr yaşamasın deyə 1999– 2004-cü illərdə Ankara Universitetində “ Pedaqoji fakültədə xarici tələbələrin rəhbəri olmuşdur. Aldığı ilk vəzifəsinə görə kifayyət qədər təqdir edici bir insan olmağı gözdən yayınmır. Xüsusəndə dövrümüzdə insanların dərdləri, sosial çətinkiləriylə maraqlanan kimsələrin azalmasını gördüyümüz halda təqdir etməmək mümkünsüzdür. Hal-hazırda dəyərli sənətçimiz Mərmərə Universitetində təhsilini davam etdirir.

İncəsənətdə uğurlu addımlamaqla yanaşı təhislində də kifayət qədər ixtisaslaşmiş bir insan olması göz önündədir.

Aşağıda sadalananlar sənətçinin müxtəlif illərdə aldıqları mükafatlar və təşəkkürlərdir.

2009 Azərbaycanlıların Mədəniyyət və Birlik Mərkəzi Teşekkür lövhəsi.
2008 Azərbaycan Mədəniyyət Mərkəzi Təşəkkür Sənədi
2001 – 2002 Türk Respublikaları Səhnə və Sənət Yarışması ikinciliyi (Bursa)
2001 Azərbaycan Dostluq və Qardaşlıq Dərnəyi Təşəkkür Sənədi
2001 Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Nümayəndəliyi Təşəkkür Sənədi
2001 Ankara Universiteti Təhsil Elmləri Fakültəsi Dekanlığı Təşəkkür Sənədi
2000 Ankara Universiteti Mətbuat, İctimaiyyətlə Əlaqələr və Xarici əlaqələr koordinatorluğu Təşəkkür Sənədi
2000 Ankara Universiteti 3. Milli Uşaq Mədəniyyət Konqresi Təşəkkür Sənədi
1998 ODTÜ Avrasiya Birliyi Təşəkkür Sənədi
1993 Beynəlxalq Şəkil Yarışması Birinciliyi
1993 Estetik tərbiyəsi Üzərinə Respublika Təhsil Mərkəzi Teşekkür Sənədi
1990 Orta Məktəblər Arası Şəkil Yarışması Birinciliyi.

1990-ci ildən sənətə başlayaraq Bakı, Təbriz, Gürcüstan, Moskva, New York, Ankara, İstanbul, Antalya və.s yerlərdə müxtəlif vaxtlarda konsertlər vermiş və hələdə davam edir.  Türkiyədə tasavvuf (dini musiqi) sənətçisi kimi tanınan Elgün Quliyev 2007-ci ildə “Həsrət” adlı albomla insanların sevgisini qazanmışdır

http://www.youtube.com/watch?v=R7Tlzm9k4Wg

Sənətçimiz 2009-cu ildən etibarən TRT AVAZ şirkətində işləməyə başlamış.  şirkətində müxtəlif illərdə  “Türk Osmanli Şerbeti”, “Sınır Tanımayan Aşklar” kimi proqramlarda aparıcı olaraq çalışmışdır.  2010-cu ildə Azərbaycanda da çox sevilən “Yahşi Cazibə”  serialında oyunçu eyni zamanda rejissor olmuşdur.  STV, AZTV, Antalya TRT radiosu, TV8, Ankara TRT, İstanbul TRT, Anatoliya News Mədəniyyət sənət yaşam jurnalı, Zaman qəzeti, İnternews, Kanal A və.s adınlarını saymadığım bu kimi yerlərdə indiyə qədər çox saylı reportajlar hazırlayıb, eyni zamanda verlişlərə dəvət almış və almaqda da davam edir.  Müxtələif dillərdə özünəməxsus səsiylə ifa edən sənətçimiz nəyinki Azərbaycan, Türkiyədə digər ölkələrdə də sevilir və dinlənilməkdədir.

http://www.youtube.com/watch?v=D6qYdHLDdGo

http://www.youtube.com/watch?v=IB_RetsZKZk

Dünya səviyyəsində səsə malik sənətçimizə bizdən davamlı uğurlar və sağlamlıq arzulamaq düşür.

İzləyin və zövq alın.

http://www.youtube.com/watch?v=Ld3-lu9FVX8
mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq