“Müsəlmanların Günahsızlığı” filmi

Fuad Şahbazov

Bu yaxınlarda Şərqi bir birinə vuran “Müsəlmanların günahsızlığı” filmi haqqında çeşidli fərziyyələr gəzməkdə davam edir. Liviyada islamçı-sələflərin səfirliyə hücum edərək Amerika diplomatını qətlə yetirməsi Vaşinqtonda seçki yarışına təsir etdiyi qədər, Şərqdəki proseslərə də təsirsiz ötüşmədi.

Amerika dövlət katibi Hillari Klintonun isə mətbuata heç nə olmamış kimi “Bu sadəcə filmdir, şişirtməyə dəyməz” açıqlaması da qalmaqalı öz arxasınca gətirdi. Dərhal Səudiyyə Ərəbistan rəsmiləri filmi ölkə səviyyəsində qınaq obyektinə çevirdi. Bu da artıq ən yaxın müttəfiq ölkələrdən olan Ərəbistanın ABŞ-a qarşı artan mənfi münasibətindən xəbər verir. Kral Abdullah Əbdül Əziz Əl Səudun ən yaxın çevrəsi belə Kralı Amerika ilə yaxınlığa məsafə qoyması haqda tələblər irəli sürməyə başladı.

Liviyada Amerikan səfirinin öldürülməsi, olduqca faciəvi bir hadisədir. Bu, regional təhlükəsizliyin inkişafında ciddi maneələrin hələ də mövcud olmasının bariz nümunəsidir.

“Bütün bu hadisələr onu göstərir ki, Amerika regionda elə də etibarlı və ciddi dayaqlara malik deyil” – bu sözləri tanınmış rus politoloq Fyodor Lukyanov msahibəsində xüsusi qeyd etmişdir.

Digər tərəfdən bu həmlələr Amerika seçicilərinin fikrini dəyişmək və anti Obama oyununun bir hissəsi də ola bilər. Yeni Prezident seçildikdən sonra (Romni və ya Obama) hökümət xalqın “Bizim Şərqdə nə işimiz var?” sualına cavab verməsi çox çətin olacaq. Çünki inqilabın ilk mərhələsindən ərəbləri şirnikləndirən “Amerika liberal demokratiya xəyalları idi”. Bu gün, inqilabdan sonra isə bu ideologiya özünü elə də doğrultmur.

Bu hadisələr Obamanın reytinqinin xeyli azalmasına səbəb oldu. Bu da seçki günü öz təsirini mütləq göstərəcəkdir. Ekspert rəylərinə əsasən Amerikan siyasəti parodksal xarakter daşıyır. Bir tərəfdən onlar “Radikal islamçılıqla mübarizə” şüarı altında mübarizə aparır, digər tərəfdən onların hakimiyyətə gəlməsi üçün müxtəlif tədbirlər görürlər.

Əgər bütün bunlara diqqətlə baxsaq, regionda sülh və sabitliyin yaxın gələcəkdə də bərpa olmayacağını demək olar.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq