Misir İnqilabı 2011- 2013

Kənan Şirəlizadə (Qərb Universiteti)

Bu il Misirdə baş qaldırmış etirazlar dalğası «Ərəb baharı»nın heç bitmədiyinin,əksinə davam etdiyinin göstəriisi olub,onun bir növ korrektəsi də adlandırıla bilər «Ərəb baharı»nın nə demək olduğu və nə zaman başlandığına qısaca şərh verək.Demək,xalqın işsizlik,söz azdlığı,maddi çətinlik(bu amil orta təbəqənin olmaması səbəbindən irəli gəlir və nəticəsi də etirazlar dalğasıdır) bürokratiya kimi mövcud hallardan cana gəlməsi özünün ilkin görüntüsünü Tunisdə 2010 dekabr 17. tarixində tapmış oldu.Tunis inqilabı 218 insanın canını almış olur və  Məhəmməd Buazizinin özünü yandırması kimi amillər mövcud quruluşa qarşı  kütləvi xarakterli etirazların başlanmasına səbəb oldu. «Ərəb baharı»Tunis,Liviya,Misir və Yəməndə hakimiyyət çevrilişı;Mərakeş və Omanda uzun müddətli etirazlar və  hakimiyət çevriışi;Əlcazairdə kütləvi xarakterli etirazlar;Sudan,Mavritaniya,Səəudiyyə Ərəbistanında və ərəb dünyasından kənarda isə nəzərə çarpmayan etirazlara səbəb oldu.

Geosiyasi,geostrateji və iqtisadi baxımdan, ötən və bizim yaşadığımız əsrin önəmli ölkələrindən olan Misir(inqilaba qədər)xaricin diqqətini daim öz üzərində cəmləşdirməyə müvəffəq olmuş,ancaq inqilab Misiri tamamilə dəyişdi.İqtisadi artım göstəricisi  aşağı düşür.Misir pulunun dəyərdən düşməsi,dolların ölkə daxıilində dəyərinin artmasına səbəb oldu.İnsanlar çıxış yolunu əllərindəki pulu dollara(daha davamlı valyutaya)çevirməyə tapdılar.İnflyasiya və defisit ölkə bataqlığa sürüklədi. Hüsnü Mübarək kimi Misir rifahını daima düşünmüş şəxs,ölkə iqtisadiyyatını yüksəltməyə müvəffəq olsa da,onun postda əyləşməsi uzun sürmür.Məhəmməd-əl-Baradei avstriyalı jurnalistlərə müsahibə verir:”Prezident Mübarək xalq istədiyi üçün postu tərk etməlidir”. XX-əsrin 80-ci illərində,inkişaf yolunda Hüsnü Mübarəklə addımlayan Misir,ABŞ-dan milyard dollar  məbləğındə (inqilab gününün başlanmasına qədər)yardım alır.İnqilab anlarında ABŞ-dan etirazçılara 150 milyon dollar məbləğində yardım gəlir və ABŞ yeni mühit,yeni quruluş arzulayan xalqı alqışladığını deyir və məqsəd uğrunda mübarizəni alqışlayır,eləcə İsraili də etirazçılara dəstək olmağa çağırır.

ABŞ və Misir

Misir;fevral ayının ikisi, ”Misir xalqının azad seçim imkanı var və ABŞ vətəndaşların istək və sərbəst seçiminin tərəfdarıdır və. əgər misir  hökuməti vəziyyətin daha da ağır xarakter almasını istəmirsə,o zaman xalqın problemlərinə qulaq verməli, dinləməli, rabitə və interneti xalqa geri verməlidir”-deyə,rəsmi ABŞ öz fikrini ifadə edir.İşsizlik və inflyasiya kimi mövcud amillərdən cana gəlmiş Misir xalqı ölkədə azad  seçkilərin keçirilməsi və demokratik quruluşun formalaşması arzusundadır.Ancaq Misir tərəfi xaricin hər sözünü daxili siyasətə,ölkə daxili ışlərə qarışmaq adı verib,öz işinizlə məşğul olun dedi (ing. make your own business).Bu mübarizədə ön cəbhədə bəs kimlərdir?-Təbii ki,azad və demokratik mühit arzulayan gənclərdir və onların mübarizəsini ABŞ prezidenti dəsdəklədiyini bidirmişdir.Bir sözlə, Misir 2011-ci ildə dəyişiklər dövrünə qədəm qoyur;2013-cü ildə isə Misirdə yenidən baş qaldırmış etirazlar dalğası «Ərəb baharı»nın heç bitmədiyinin,əksinə davam etdiyini və 2013 etirazlarının isə 2011-in korrektəsi olduğunu göstərmiş oldu.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq