Şahidi olduğum bir səhnə…(metroda)

Xəyyam NAMAZOV (Qafqaz Universiteti)

Metroda hər kəs oturub. Nə boş yer var nədə ki ayaqda duran. Burda bütün yaş qruplarından hər kəsi tapmaq olar.

 

Uşaqdan yaşlıya qədər hər kəsi. Hərə öz işindədir. Demək olar bir-birinə fikir verən yoxdu. Tam sakitçilikdi. Sadəcə qatarın səsi bu sakitçiliyi pozur.

Budur qapılar açılır və metroya iki xanım daxil olur. Zövqlə geyinmiş iki xanım. Onlardan yaşca böyüyünün 25-30 yaşı olar. Digəri isə maksimum 22 yaş.

Qadınların içəri girməsi ilə, cavan bir oğlan sanki bayaqdan bəri onları gözləyirmiş kimi tez ayağa qalxır. Nisbətən yaşlı xanıma tərəf bir addım atır və durduğu yeri ona görsədərək “buyurun” deyir.

Xanım çox təəccüblü görünür. Sanki ilk dəfədir ki, metroda boş yer görürmüş kimi, məsələni anlamadan: “Nə? Anlamadım”.

Cavan oğlan narahat və nəzakətli bir xitabla: “buyurun otura bilrsiz”.

Deyəsən qadın məsələni anlayıb artıq. Ona oturmaq üçün yer təklif edirlər. Amma anlamadığı bir şey var “niyə?”, “səbəb nədir buna?”

Axı o fiziki olaraq qüsurlu deyil. Tam sağlam birisidir. Necə də utancverici bir haldır. Hər kəsin içində onunla qüsurlu kimi davranmaq. Amma o yenə də bu məsələnin səbəbini anlaya bilmir. Bəlkə o qadındır deyə yer verirlir ona? Yox yox, bu heç də məntiqli görünmür. Qadın olmaq ayaqda dura bilmirsən mənasına gəmir ki?! Yox səbəb yüz faiz bu deyil.

Bəlkə qəsdən edir bunu? Bizləri sevmədiyi üçün. Hər halda bunlar pislik etmək meylindədirlər hər zaman. 2001-də etdiklərini bütün dünya gördü. Ola bilərmi görəsən? Amma mən nə etmişəm ki ona? Anlamıram heçnə…

Bütün bu qarışıq fikirlər içində qadın çox sərt və aqressiv bir səs tonu, aqressiv əl hərəkətləri və qarşıdakını sanki alçatmaq istəyən bir sifət mimikası ilə qarabuğdayı gənc oğlana: “Yoox təşəkkürlər”. “Ayaq üstə durmağı bacarıram”.

New York City, Manhattan, Metroda, İyul 2007.

P.S  Yazıda şəxslərin düşüncələri yazar təxəyyülüdür. 

Xəyyam NAMAZOV (Qafqaz Universiteti)