Lombardların və kasıbların sayı artır

Toğrul Vəliyev

İqtisadiyyat dövrü inkişafa malikdir, ya zəifləmə, ya da artma daim iqtisadiyyatda müşahidə olunur. Bu proseslər bir-birini elə tez-tez əvəz edirlər ki, çox vaxt heç başa düşmək olmur ki, baş verən artımdır ya zəifləmə. Azərbaycanda da indi elə analoji situasiyadır. Əgər əsas göstəriciləri nəzərdən keçirsək, görə bilərik ki, stabillikdir, amma detallara qədər dərinləşsək, o zaman biz bunun əksini görəcəyik.

Bu mənada əsas göstəricilərdən biri lombardların sayıdır. Çünki ən yüksək artım illərində lombardlar elə də lazımlı olmur və onların sayı çox az olur. Amma böhran illərində isə artıq müflislənmiş banklardan kreditlər almaq çətinləşir və artıq lombardlar aktivləşir (baxmayaraq ki, faizləri elə də az deyil və ümumiyyətlə şərtlər istifadəçiyə qarşı qənaətbəxş olmur). Azərbaycanda lombardların artım piki 2008-ci ildə müşahidə olundu. O zaman onların sayı 300-350-ə kimi artdı. Həmçinin, artım 2008-də başlayaraq, ondan sonra dayanmadı və davam etdi.

Eyni zamanda böhranın bitməməsinin əsas dəlillərindən biri bankların zərərlə işləməsidir. Belə ki, 9 bankın zərəri 98 mln. manat təşkil etdi, 35 bankın mənfəəti isə 109 mln. manat[i]. Yəni elə alınır ki, zərər və mənfəət demək olar ki, bərabərdir. Əgər xatırlasaq ki, zərər ilə işləyən banklar – ən böyük banklardır, mənfəət ilə işləyənlər isə kiçik banklardır, o zaman gələcək elə də pozitiv görünmür. Ümumiyyətlə belə templərlə sadəcə zərərin artmasını gözləmək olar.

Lombardlara qayıdarkən, demək lazımdır ki, 2011-ci ilə olan statistikaya görə onların sayı 600-ə çatdı. 2012-ci ildə isə onların sayı artıq 1000[ii] oldu.  Hələ 2012-ci il bitməyib. Deməli tələbat var. Çünki 1000 lombardı saxlamaq üçün imkan lazımdır və elə alınır ki, məhz bu qədər istifadəçi mövcuddur.

Eyni zamanda Mərkəzi Bank elan etdi ki, likvid aktivlərin həcmi 59%-dən 47%-ə qədər azaldı. Likvid aktivlərin ümumi aktivlərə nisbəti minimal səviyyədə (10%) qaldı. Məhz likvid aktivlərin azalması böhranın əlamətlərindən biridir…

Hələ də yerli istehsal xaricdən gələn sərmayələrə inanır. Bunun bir variantı da turizmdir. Bu yaxınlarda elan olunmuş statistikaya görə məlum oldu ki, ilin 1-ci yarımilliyində 1 mln. rəsmi olaraq gələn turistdən çoxu məhz MDB ölkələrinin payına düşüb. Bunların arasında da əksəriyyət əsasən Gürcüstan və Rusiyadan gələnlərdir. Bu ölkələrdə isə böyük miqdarda Azərbaycan diasporası mövcuddur və bu ölkələrdən gələnlərinin əsasını məhz onlar təşkil edir. Bunlar isə Azərbaycana sadəcə ildə bir neçə dəfə gəlirlər ki, qohumlarını görsünlər və bizim istehsalatımıza elə də böyük xeyir vermirlər.

Gürcüstandan isə əsasən buraya pul qoymağa yox, məhz burada pul qazanmağa gəlirlər. Yəni ki, bizim iqtisadiyyatımızın pulları Gürcüstana gedir…

Eyni zamanda elan edilib ki, sosial ünvanlı yardımda ehtiyacı olanların sayı (yəni ki 84 manatdan aşağı olan gəlir ilə) 600 mindən çoxdur[iii]. Rəsmi olaraq onlar 9,99% təşkil edirlər. Eyni zamanda bizdə kasıbların sayı 7% təşkil edir. Bəs 84 manatdan aşağı olan gəlir ilə yaşayanlar, kasıb deyillərmi? Ünvanlı sosial yardıma ehtiyacı alanların sayı ildən-ilə artır və çox yüksək templərlə…

İndilərdə çinlilər Azərbaycanda şəhərləri təmizləmək üçün sanitar texnika alırlar, biz isə şəhərlərimizi çirkləndirməyə davam edirik…


[i] Azərbaycan banklarının gəlirləri 12,9% artıb. Faktxeber.com

[ii]А. Халилов. Количество ломбардов в Азербайджане увеличилось в три раза.

[iii] Адресная социальная помощь в Азербайджане оказывается 9,99% населения. Abc.az

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.