Leo Babuatidən “Az Əslində Çoxdur”

Vəfa NAĞI

Leo Babuati. O, 2005-ci ildə həyatını tamamilə dəyişmək qərarına gəlir. Çox borcu olduğunu üçün çox işləyən, ailəsi ilə vaxt keçirə bilməyən, yanlış qidalandığı üçün – fastfood-dan və qızarmış ətdən həddindən artıq çox istifadə etdiyinə görə çəkisi artan və sağlamlığında problem yaranan Leo Babuati bütün bunlara bir son vermək lazım olduğunu düşünür. İlk əvvəl, siqareti atmaqla başlayır, daha sonra isə dünyada ən çox oxunan 50 blogdan birini yaradır və nəhayət bir neçə kitab yazır.

Bəs onun yazdıqları bizə nə öyrədir? Bu kitabı oxuduqdan sonra, zamanımızı necə boşa xərclədiyimizin şahidi oldum. Bütün həyatımız stresli və ağır keçdiyi üçün hər bir kəs stressiz, rahat və işlərinin qaydasında olduğu bir həyat üçün çalışır. Sosial şəbəkələrdə bol-bol vaxt keçirdiyimiz anda başqa işlərimizin yoğunlaşdığını da şahidi oluruq. Belə bir halda mən həyatımızı ças-pik vaxtında minməyə yer tapa bilmədiyimiz nəqliyyat vasitəsinə bənzədirəm. Facebook, twitter-dən anbaan gələn statuslar, insanların bildirdikləri fikirlər, dayanmaq bilməyən twitlər və bir tərəfdən e-mail-lərimizə gələn məktublar. Texnalogiya əsrində virtual aləmdəki bu qarışıqlıqdan başımızı ayırıb real həyatdakı işlərimizi yoluna qoymağa vaxt tapa bilmirik. Bizə sehirbaz lazımdır ki, zamanımızı geri qaytarsın.

Mən bu sehirbazı tapdım. “Azın gücü”nü oxuyarkən kitabın hər səhifəsini başa vuranda onun qələmlə qaralamadığım sətirini tapa bilmirdim. Çoxlu qeydlər, qeydlər bitdikdə isə bütün kitabı qeyd etdiyimi gördüm. Kitabı mənə çox yaxın birisi israrla məsləhət görmüşdü.

Limit qoyma sənəti. Siz bütün işlərinizə limit qoymaqla vaxtınızı düzgün bölə və eyni zamanda istəmədiyiniz işləri sıradan çıxara bilərsiniz. Vaxtınızı boşa sərf  etdiyiniz, hədəflərinizi və həyatınızda önəmli olan hər nə varsa hamsını bir kağıza yazıb bu hədəflərin sonda nə nəticə verəcəyini beyninizdə canlandırın.

Ən vacib olandan başlayın və seçdiyiniz ilk hədəfinizə fokuslanın. Hədəf müəyyənləşdirmək və ona fokuslanmaq, vaxtı düzgün bölmək çox vacibdir. Həyatınızı dəyişmək üçün bu gündən başlaya bilərsiniz.

Hədəflərinizi seçmək, fokuslanmaq, növbəti hədəfi müəyyənləşdirmək. Hədəfləriniz çoxdursa onun üçün uzun bir siyahı tutub ilk vacib olan hədəfinizdən başlaya bilərsiniz. Gündəlik yaşamınızın planını tutmaq, iş həyatınızdakı məsuliyyətləri aradan qaldırmaq, müvəffəqiyətsizliklərin səbəblərini tapmaq, bunları aradan qaldırmaq üçün planlar qurmaq. Və bu işləri davam etdirə-etdirə eyni zamanda hər məğlubiyyəti aradan qaldıranda özünüzə güvəniniz də artacaq.

Kitabı oxuduqdan sonra, internetə limit qoydum. Gündəlik rasionumu dəyişib daha sağlam qidalanmaq üçün plan tutdum. Hər səhər ilk olaraq on beş dəqiqə qaçmağı planladım. Blog yazmaq üçün ilk addımlar atdım. Hədəflər müəyyənləşdirdim. Hər gün ingilis dilini  öyrənmək üçün bu dildə məqalələr oxuyuram və yeni vərdişlər əldə etmək üçün yola davam edirəm.

Siz də yenidən həyatınızda bir pəncərə açın.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq