Kordova xilafəti: Əndəlüsdə çiyin-çiyinə

Bizim ispan-müsəlman-yəhudi qızıl illərimiz İspan-Yəhudi mirasına və yəhudi tarixinin bütövlüyünə zənginlik qatmışdır.

“Bizim ispan-müsəlman-yəhudi qızıl illərimiz İspan-Yəhudi mirasına və yəhudi tarixinin bütövlüyünə zənginlik qatmışdır.”

Yuxarıdakı cümlənin müəllifi yəhudi yazıçı Nahmanın timsalında yəhudilərin çox böyük bir qismi İspaniyada yüzillər boyu hökm sürən ərəb hakimiyyəti- Kordova xilafəti nin yarımadanın böyük bir qismini idarə etdikləri tarixi dövrü özlərinin “Altun Çağı” olaraq dəyərləndirirlər.

Müsəlmanlar hər nə qədər bu “qaynayıb-qarışma,birləşmə, birlikdə yaşama” şəklində dəyərləndirilən tarixi dövrü görməzdən gəlsələr də bu period yəhudilər üçün həmişə maraq obyekti olmuşdur. Dönəmin səfərad yəhudiləri Qərbin xristiyanları və Şərqin müsəlman kütləsi arasında körpü rolunu oynamaqda və o dövr ispan-müsəlman mədəniyyətinə, ədəbiyyatına və elminə töhfə verməkdə idi.

Yəhudilərin İspaniyada məskunlaşması

Bu haqda heç də demək olmaz ki, tarixçilər həmfikirdirlər. Yəhudilərin Fələstindən öncəki tarixləri mübahisəlidir. Ancaq hər halda qeyd edə bilərik ki, Yəhudilər də bir çox digər topluluq kimi Arami köç dalğasının içində idilər. Onlar özləri isə etnik köklərini Həzrəti İbrahimə, hansı ki Nuh Peyğəmbərin oğludur, İsaqa və Yaquba bağlayırlar.

Bu cür olsa belə, Fələstində məskunlaşmağı bacarmış yəhudilər e.ə 750-ci illərdən etibarən dövrün hərbi güc mərkəzləri romalılar, aşşurlar, makedoniyalalılar, farslar tərəfindən dəfələrlə sıxışdırılmış, ərəblərlə gəlinən razılıqlara baxmayaraq talehlərinə yazılan sürgünlərdən və qırğınlardan qaça bilməmişlərdir.

Bu sürgün dalğaları onları Afrika, Asiyaya sıxışdırmaqla bərabər eyni zamanda xristiyan torpaqları olan İberiyaya qədər gətirib çıxarmışdır. Vurğulamaqda fayda var ki, yəhudilər iber torpaqlarının yerli əhalisi heç vaxt olmayıblar. Səfarəddin yəhudilərinin Əndəlüsə gəlib çıxması haqqında bir neçə versiya vardır. Bəzi tarixçilər müdafiə edir ki, yəhudilər Əndəlüsə elə ərəblərlə birlikdə, hətta onlardan az bir vaxt sonra gəlib çıxmışdır.

Bir sıra tədqiqatçılar isə, yəhudilərin burada məskunlaşmasını çox qədimə, həttta Kral İşpanın dövrünə bağlayırlar. Hesab olunur ki, Babil kralı Nabukadnesarın dəstəyi ilə kral İşpan Yərusəlimdəki son məbədi də dağıdaraq yüz minə qədər yəhudini özüylə əsir gətirmişdir. Yəhudi mənbələrində rast gəldiyimiz bəzi fikirlər bu faktla üst-üstə düşür. Qeyd olunur ki, Əndəlusun bəzi köklü yəhudi ailələri ulu babalarının buraya əsir olaraq gətirildiyini ifadə edir.

Başqa bir mənbədən isə e.ə 135-ci ildə Roma imperatorluğu ərazisində yəhudi Bar Kohbanın üsyan qaldırdığını və üsyanın yatırılaraq əlli minə qədər yəhudinin İspaniya torpaqlarına sürgün olunduğuna dair məlumat tapa bilərik.

Yəhudi tarixinin Əndəlüsdəki “Qızıl dövrü”

Yəhudi və ərəb topluluqlarının Əndəlüsdə birlikdə yaşadıqları tarixi dövrü iki fərqli dini topluluğun humanist dəyərlərə sadiq qalaraq yaşaması yoxsa bu periodun da yəhudilər üçün digər tarixi kəsiklərdən fərqlənməyərək sıxışdırıldıqlarına dair tarixçilər arasında ortaq bir konsensus yoxdur. Yale Universitetinde iber ədəbiyyatı üzrə mütəxəssisləşmiş Maria Monecal deyir ki, tolerantlıq Əndəlüs cəmiyyətinin təbiətində var idi.

Təbii ki, bu çox normal haldır ki, Əndəlüsün hakim müsəlman cəmiyyəti ilə öz dini əqidələrini qorumağa çalışmış yəhudilər bərabər deyildilər. Yəhudilər cizyə (bir qızıl dinar vergi) verir və dini hürriyətlərini yaşamalarına ərəblər tərəfindən ciddi maneələr törədilmirdi.

Xüsusilə 912-ci ildən sonra Əl-Hakimin hakimiyyəti dövründə yəhudilər tam mənada rifaha varmış və özlərini ipək sənayəsi başda olmaqla ticarətin, elmin inkişafına həsr etmişlərdir. Samuel Ha-Nagid, Musa ibn Ezra, Solomon ibn Gabirol, Judah Halevi ve Musa ibn Meymun dönəmin yəhudi fəlsəfəsinə yön verən önəmlər insanları olmuşdur.

Yəhudi mədəniyyətinin Ərəb hökmranlığı altındakı İber torpaqlarında yaşadıqları “Qızıl dövr” nələr ilə səciyyələnir:

Kilsənin yəhudilər üzərindəki zorakılığı müsəlmanların yəhudilərə tanıdığı imtiyazlar və bir növ muxtariyyət sayəsində sona çatmışdır.

Əndəlüs yəhudiləri yəhudi olmayan torpaqlarda bir güc mərkəzinə çevrilmişdir.

İqtisadi cəhətdən misli görülməmiş bir inkişafa vardılar.

Öz hüquq sistemləri və sosial yardımları var idi.

Təbii ki, vergilərin çoxluğu omları zaman-zaman etiraz yığıncaqları etməyə məcbur etmişdir. İber yarımadasının İslam hakimiyyəti altında olduğu dövrdə isə yəhudilərin gördüyü ilk toplu zülm Qranada qətliamı olmuş, əmirliyin sarayı basılaraq yəhudi vəzir ələ keçirilmiş və çarmıxa çəkilmişdir. Bu hadisı baş verəndə artıq 1066-cı il idi və II Əl-Hakimin ölməsi ilə Əndəlüsün çürümə prosesi başlamışdı.

Ərəblərin Əndəlüsdəki hökmranlığa son qoyulduqdan sonra isə yəhudilər sürgünə məruz qalmışdır. Onlar 1492-ci ildə İspaniyadan, 1497-ci ildə isə Portuqaliyadan toplu şəkildə köçməyə məcbur edilmişlərdir.

Nəticə

Tarix elmini önəmli edən bir şey var, o da, tarixi düzgün öyrənməyimizin müasir hadisələrə baxış bucağımızı formalaşdırmasıdır. Bu mövzuda diqqət çəkən və üzərinə önəm yüklənməli olan nöqtə budur ki, bu tarixi dövrün araşdırılması və öyrənilməsi müasir Avropanın və günümüz yəhudilərinin, o cümlədən günümüz ərəblərinin qarşılıqlı münasibətlərinin düzəldilməsində hardasa bir pillə rolunu oynaya bilər.

Mədəniyyətlərarası dialogun qabağının kəsildiyi və ya başqa məcraya axıdıldığı nöqtələri təsbit edib müzakirə obyektinə çevirməkdə fayda var. Bu gün əlcazayirli bir insanın ağzından eşitdiyim ifadə belə idi, yəhudilər və ərəblər əvvəllər çiyin-çiyinə idilər, yenə elədirlər, ancaq indi çiyinləri bir-birlərinə arxadan toxunur.

Asiman İsmayılzadə (Strazburq Universiteti)

mm

İsmayılzadə Asiman bakalavr dərəcəsin Bakı Dövlət Universiteti “Beynəlxalq münasibətlər” ixtisası üzrə alıb. Hal-hazırda Strazburq Universitetində “Aralıq dənizi, şərq və slav təlimləri” üzrə magistr təhsili alır. Magistr müdafiə mözvusu “Azərbaycanın etnik və milli kimliyinin formalaşması, tarixi və etnoqrafik perspektiv”-dır.

Sosial Media da Paylaşaq