Kapitalın çıxarılması və böhran…

Toğrul Vəliyev

Azərbaycan daima dünya arenasında nə iləsə öndə getmək istəyir. Bu tendensiyanı indi də görmək mümkündür. Baxmayaraq ki, dünya xəbər lentlərində valyuta məzənnələrin aşağı düşməsi, işsizliyin artması, iqtisadiyyatda böhranlar haqqında xəbərlər gedir, amma Azərbaycanda sadəcə sakitçilikdir. Elə təsəvvür yaranır ki, dünya ayrıdır, biz isə ayrı.

Əgər bütün faktlara diqqətlə nəzər yetirsək, görərik bu heç də belə deyil. İqtisadiyyatda mövcud olan böhranın göstəriciləri elə də az sayda deyil. Gəlin hər şeyi detallara görə araşdıraq. Bu həftədə kapitalın ölkələrdən çıxarılması ilə bağlı bir maraqlı araşdırma dərc olunmuşdu. Bu araşdırmada dünyanın bir çox ölkəsi yer tuturdu. Nəticədə, dünya üzrə 21 trln. dollar 17 il ərzində ölkələrdən offşorlara çıxarılmışdır. Araşdırmada Azərbaycan və digər MDB ölkələrinə də yer ayrılıb.

Azərbaycan üzrə məlumatlar çox maraqlı idi. Aşkar olundu ki, Azərbaycandan offşorlara kapitalın çıxarılması 48 mrld. dollar təşkil edir. Digər ölkələrlə, xüsusən də bizim əməkdaşlıq etdiyimiz Argentina ilə müqayisədə demək olar ki, bu heçnədir, lakin Azərbaycan üçün bu rəqəmlər çox böyükdür. Belə ki, bizim qonşularımızda – Ermənistanda 2,2 mrld. Dollar və Gürcüstanda isə 4,1 mrld. dollar təşkil edib. Ölkələrin ÜDM-də fərq ilə bunu səbəbləndirmək mümkün deyil. Rəsmi statistikaya görə 2011-ci ildə Azərbaycanın ÜDM-i 50 mrld. dollar təşkil edib, Ermənistanda isə 10 mlrd. dollar. Beləliklə, 17 il ərzində (1993-2010) Ermənistandan kapitalın çıxarılması bir illik ÜDM-in 22% və xarici borcun 36% (6,1 mlrd. dollar), bizdə isə bir illik ÜDM-in 96%-ni və xarici borcdan 10 dəfə çox (5 mlrd. dollar) təşkil edib. Digər ölkələrlə müqayisə bundan daha da pis nəticəyə gətirir. Kapitalın belə çıxarılması nə ilə bağlıdır?

Əlbəttə ki, kapitalın çıxarılmasının ilk səbəbi – gəlirlərin gizlənilməsidir? amma başqa ölkələrdə də eyni vəziyyətdir, amma bu göstərici ÜDM ilə müqayisədə elə də böyük rəqəm göstərmir  (maksimum 50%, adətən ondan da azdır). Güman edirik ki, bu böyük təhlükələrlə bağlıdır və sadəcə kapitalın təhlükə altında olması ilə deyil. Belə ki, belə böyük kapitalların sahibləri bizim ölkədə adətən sıravi biznesmenlər və ya kiçik müəssisələrin sahibləri olmur. Bizim fikrimizcə burada sadəcə iqtisadi təhlükələr mövcuddur. Azərbaycanda pulun saxlanılmasına az insan inanır və adətən başqa ölkələrdə ümumi kapital ilə müqayisədə elə də böyük faizin çıxarılmasına gətirmir. Amma bizim ölkəmizdə bu etinasızlıq elə dərəcəyə çatıb ki, hər hansı yaranan kapitalı dərhal xaricə çıxarırlar (ÜDM-in 22%-in 96% ilə müqayisə edin). Bu ondan xəbər verir ki, hətta hər şey ilə təmin olunan və demək olar ki, nədənsə qorxmağa əsası belə olmayanlar da Azərbaycan iqtisadiyyatının qeyri-sabitliyindən qorxurlar. Bu isə aydındır. Çünki bizim ölkəmizdə normal formalaşmış iqtisadiyyat mövcud deyil və ümumiyyətlə neft olmasa, gələcəkdə necə həyat sürəcəyini heç kim bilmir.

Sistem daxili böhranın başqa göstəricisi isə korporasiyalara aid olan qanunvericiliyin “təkmilləşdirilməsi”dir. Bu hadisəni reallıqda “təkmilləşdirmək” adlandırmaq çətindir, amma rəsmi xronikada bu məhz belə adlanır. Belə ki, Azərbaycanda minoritar səhmdarlar anlayışı demək olar ki, itmək üzrədir. Bu “təkmilləşdirilmə” “Kapital-bank” və “Bakelektroqaynaq” kimi bir neçə müəssisələrdə baş verən hadisələrdən sonra başladı. Orada qanuna dəyişikliklər olmadan, bütün minoritar səhmdarları, axırıncılarına heç xəbər vermədən, çıxarmaq qərarına gəldilər. Bəs bu nə ilə bağlıdır?

Belə baxsaq, Kapital-bank Azərbaycanda ən böyük banklardan biridir və demək olar ki, Azərbaycan hökumətinin bir neçə mühüm maliyyə əməliyyatlarında (təqaüd, Əmanət bankında olan əmanətlərin qaytarılması) monopol hüquqa malikdir. Deməli, bütün işlər hamıdan yaxşı getməlidir. Eyni zamanda bank sisteminin göstəriciləri tamamilə başqa şeydən danışır – xərclərin və zərərin artırılmasından və bizim hökumət tərəfindən maliyyə bazarın “liberallaşması” və “birjanın inkişafı” ilə bağlı yaradılan minoritar sistemin mövcudluğu zamanı isə daxili sistemin böhranını gözlətmək çətin olacaq.

Əgər, sadəcə bir sahibkar olsa, o zaman gizlətmək elə də böyük problem olmaz. Eyni situasiya daima böhranda olan Baku Steel Company-yə də aiddir. Axır vaxtlar bu müəssisədə baş verən hadisələrə elə də böyük diqqət yetirilmir və əlbət hakimiyyətin bütün səyləri məhz buna yönəlib…

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.