İlqar Məmmədovun namizədliyi haqda

İlqar Məmmədova namizədliyi üçün imza toplamağa mane olmağa çalışmasıdır

Bir neçə il əvvəl çox az insan iddia edə bilərdi ki, Respublikaçı Alternativ (ReAl) Hərəkatı meydana çıxacaq və 2013-cü il prezident seçkilərində hazırki hakim partiyanın ən ciddi rəqibinə çevriləcək.  İlqar Məmmədovu heç o zaman ictimaiyyət bu qədər tanımırdı. Çox qısa bir vaxt ərzində ciddi proqramı, yüksək səviyyəli kadrları və həqiqi demokrat, yüksək təhsilli, təcrübəli və müasir bir lideri – İlqar Məmmədovu olan Respublikaçı Alternativ hərəkatı meydana çıxdı. Bu yüksəlişin səbəbləri bu məqalənin mövzusu olmadığı üçün keçək əsl mətləbə.

Heç şübhəsiz ki, indi hakim partiyanın namizədinin ən böyük rəqibi İlqar Məmmədovdur. Bunu hakimiyyətin son 6 ayda attdığı addımlar göstərir. Təsadüfi deyil ki, hakimiyyət hələ 6 ay əvvəl İlqar Məmmədovu saxta ittihamlarla həbs etdi. Hakimiyyət mövcud vəziyyəti vaxtında və çox yaxşı anlayıb. Məqsəd sadə və aydındır. İlqar Məmmədovun prezident seçkilərində iştirakının qarşısını almaq.

Amma ortada sübut-dəlil olmadığından hələ də istintaq gedir. Həm də, xalqdan və demokratik dünyadan İlqar Məmmədova gələn dəstək əsassız olaraq İlqar Məmmədovun məhkum olunmasına imkan vermədi. Zərdüşt Əlizadə çox doğru qeyd edir: “İlqar bəyin zəkası heç bir müstəntiqə onunla səfeh “istintaq” oyununu aparmağa kiçicik belə macal verə bilməz”. Bir sözlə İlqar Məmmədov yeganə namizəddir ki, həbsdədir, hakimiyyət onu saxta əsaslarla həbs edib. Demək, hakimiyyət özünə ən böyük rəqibi İlqar Məmmədov hesab edir.

Hakim partiyanın namizədinin ən böyük rəqibi İlqar Məmmədov olduğunu sübut edən hakimiyyətin digər bir addımı İlqar Məmmədova namizədliyi üçün imza toplamağa mane olmağa çalışmasıdır. Həbsdə olan namizəddən bu qədər çəkinmək nə anlama gəlir? İlqar Məmmədov həqiqətən də mi həsbdə ola-ola xalqın səsini qazanacaq qədər güclüdür? Hakimiyyətin addımları bu suallara “HƏ” cavabı verir. Bununla, kifayətlənməyib köməkçisini də həbs etdirir.

İddialarımızı sübut edən hakimiyyətin üçüncü addımı ortaya  “ikinci” İlqar Məmmədov çıxartmasıdır. Demək ki, həqiqətən də hakimiyyət İlqar Məmmədovun seçkilərdə xalqın dəstəyini qazanacağına inanır.

Bəs, Milli Şura, Rüstəm İbrahimbəyov niyə hakimiyyətin diqqətini cəlb etmir? Axı, illərin qoca müxalifəti birləşib. İndiyə qədər bəyəm hakimiyyət onlarla uğraşmırdımı? Demək ki, ReAl və İlqar Məmmədov hakim partiya və onun namizədinə Milli Şuradan və Rüstəm İbrahimbəyovdan daha ciddi rəqibdir. Bəs, ReAl bir klubu idi? Bəs, onları xalq tanımırdı?
Ən böyük rəqibin seçkilərdə iştirakına manelər yaradılması, onun digərləri ilə bərabər şəkildə mübarizə aparmasının qarşısının alınması seçkilərin legitimliyini sual altına qoymurmu? Bu sualı sən oxucuya bağışlayıram. Özünlə apar.

mm
Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.
Sosial Media da Paylaşaq