Hədəfdə Suriya

Fuad Şahbazov

Bəşər Əsəd rejiminə qarşı təzyiqlər davam edir. Hula kəndindəki 100 silahsız vətəndaşın qətli dünya ictimaiyyətini “haqlı” təzyiqlər etməyə sövq edir. İslam fundamentalistlərinin də müxalif qüvvələrinin tərəfinə keçməsi Əsəd rejiminin işini daha da çətinləşdirir.

Bəzi məlumatlara əsasən islamçıların Suriyada elə də nüfuzunun qalmaması Əsəd rejimini qorxudan əsas məsələ deyil. İlk əvvəl BMT və Ərəb Liqasının xüsusui elçisi Kofi Annanın xüsusi olaraq hazırladığı sülh layihəsinin fiaskoya uğraması, sosial şəbəkələrdə insanların imdad çağırışları, bütün bunlar Qatar şeyxini belə ölkəyə hərbi müdaxilə haqda düşünməyə vadar etdi. Lakin, müşahidə üçün nəzər salsaq Qatarın sırf amerikan meylli xarici siyasəti olduğunu və ərazisində ABŞ hərbi hava qüvvələri bazası saxladığını demək lazımdır.

Beynəlxalq müşahidəçilərin yanında BƏƏS rejimini ən çox tənqid edən ölkə Səudiyyə Ərəbistanıdır. Əsas səbəb Qərblə hesablaşıb öz ərazisində qərb yönümlü inqilaba yol verməməkdir. İranın taleyi məlumdur.

Bu gün Suriyaya yeni təzyiq növü tapmaq üçün müəyyən və çox gülünc səbəblər gətirilir.

– Dövlətin daxilində silahlı münaqişələrdə insanların öldürülməsi.

Səddam Hüseynin Amerika müttəfiqi olduğu dövrdə daxildə – Mosulda və Süleymaniyyədə kürdlərin və silahsız camaatın qırılması Qərb tərəfindən “Bu daxili məsələdir” statusu alması ilə indiki Suriyanın daxili məsələsi arasında elə bir fərq yoxdur.

Lakin bu gün Suriyanın daxili məsələsi “dünya ictimaiyyətini narahat edən və bütün regionu təhlükəyə atan məsələdir”

Son olaraq əsas amil Türkiyəyə məxsus təyyarənin vurulması oldu. Təyyarə məsələsi çox mürəkkəb amma maraqlı məsələdir. Əsas sual burdan doğur. Təyyarə Ankaranın təxribatı yoxsa Dəməşqin ən kobud səhvidir?

Hadisədən sonra türk diplomatları təyyarənin beynəlxalq sularda vurulduğunu iddia edib, xəritələri hamının gözü önünə sərməsinə baxmayaraq təyyarənin qalıqları nədənsə Suriyanın daxili sularındadır. NATO-da müzakirəyə çıxarılan bu məsələ yaxşı bəhanə ola bilərdi. Lakin qalıqların daxili sularda olması NATO nizamnaməsinin 5-ci bəndinin əsassız edir. Çünki burda Türkiyə artıq hərbi aqressor kimi göstərilir.

Təyyarə barəsində danışıqlar hələ də davam edir. Türkiyə isə haqlı olduğunu ya da hərbi gücünü göstərmək üçün sərhəddə canlı və hərbi texnika cəmləşdirməyə davam edir.

Rusiyanın mövcud rejimə dəstəyi.

Rusiyaya gəldikdə, təyyarənin vurulması məsələsinə birmənalı yanaşmadı. Rusiya Əsəd rejiminə dəstək olmaq baxımından həmin dəqiqə “təyyarənin hava sərhədini pozduğunu” iddiasına başladı.

Mətbuat konfransında Sergey Lavrov, Türkiyənin təxribat meyillərinin olduğunu və məsələnin böyüdülməsinə ehtiyac olmadığını vurğuladı.

Halbuki, Ankara öz təyyarəsinin və taleyi naməlum pilotunun Suriya tərəfindən qəsdən vurulduğu haqda bar bar bağırmağa davam edir. Suriya artıq rəsmi şəkildə üzr istəsə də gərginlik davam edir.

Rusiyanın bu məsələni şişirtmək istəməməsinin əsas səbəbi bu problemin NATO gündəliyində aktual olmasından qorxmasıdır. Düzdür, Rusiya və Çin qəti şəkildə hərbi müdaxiləyə imkan verməyəcək və lazım gəlsə hərbi yardımını əsirgəməyəcək. Lakin məsələ artıq çox həssas olduğundan tərəflər bir birini qıcıqlandırmaqdan çəkinir.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq