Gender və Media

Gender

Rəfiqə Həmzəyeva

KİV-də bir çox hallarda qadınlar az əhəmiyyətli rola malik olur, ya kiminsə anası, həyat yoldaşı ya da bacısı kimi çıxış edirlər. Bununla yanaşı, gender sosiallaşması dörd əsas ünsür hesabına baş verir: ailə, təhsil, həmyaşıd qruplar və KİV.

Ailə: müvafiq gender rollarının uşaqlar tərəfindən mənimsənilməsi ilkin olaraq ailədə başlayır. Belə ki, uşaqlar valideynin evdəki davranışından özləri üçün müəyyən gender rollarının əsasını yaratmış olurlar. Əksər hallarda, oğlanlar evdə kişinin dominantlığını, qızlar qadının itaətkarlıq və uşaqlara bağlılığını ata və analarından öyrənirlər.

Təhsil: qız və oğlanların təhsilə cəlb olunması əhalinin tarixi, kultroloji və adət-ənənədən asılı amillərə görə fərqlilik göstərir. Təhsildə gender nisbəti əksərən qızların əleyhinə olur.

Həmyaşıd qruplar: çox erkən yaşlardan qız və oğlan uşaqları arasında həm sosial, həm də mədəni baxımdan fərqlər özünü biruzə verməyə başlayır. Bu azyaşlı uşaqların oyun şəraitində özünü xüsusi göstərir. Oğlanlar daha geniş qruplar şəklində, valideynlərindən kənar olaraq aktiv oyun fəaliyyəti ilə məşğul olurlarsa (adətən idman oyunları ilə), qızlar əsasən valideynlərinə yaxın yerlərdə, məişətlə əlaqəli oyunlarla məşğul olurlar.

KİV: Televiziya kommersiyaları və digər reklam vasitələri bərabərsizlik və gender stereotiplərini gücləndirir. Buraya adətən musiqi videolarında qadınların qeyri-insani, zorakı formada təsviri aiddir. Bu tipli vizual KİV mesajlarına misal olaraq 50 Cent-in “PİMP” repinin video klipini göstərmək olar. Əksər rep musiqilərinin videoları kimi həmin video klipdə də qadınlar yarıçılpaq, hüquqsuz-ixtiyarsız  yalnız kişilərə xidmət etmək üçün yararlı olan qullar kimi təsvir edilir.

KİV-də yayılan bu tipli məlumatlar əsasən siyasi və ictimasi sektorun müxtəlif məhşur və xarizmatik liderləri tərəfindən deyilən sözlərdən və verilən açıqlamalardan ibarət olur ki, onların da əksəriyyəti qadınların əleyhinə olur. Məsələn, AKP partiyasının nümayəndələri tərəfindən verilən bir çox çıxışları buna misal olaraq göstərmək olar.

İş istəyən qadına AKP nümayəndəsi “evdəki iş yetmir mi” deyə cavab verdi. (http://www.hurriyet.com.tr/gundem/11196061.asp)

AKP nümayəndəsi öz 16 yaşlı qızını döyməklə ittiham edildi. (http://haber.gazetevatan.com/Haber/155835/1/Gundem)

AKP nümayəndələrindən biri qadınları cəhənnəmlik varlıqlar adlandırdı. (http://www.milliyet.com.tr/2006/05/14/siyaset/siy01.html)

Bütün bu tipli gender mesajları KİV vasitəsi ilə əhaliyə yayılaraq onlara mənfi təsir göstərmiş olur, məsələnin ən pis yanı isə əksər bu haqda reportaj hazırlayan jurnalistlərin buna normal yanaşması və bu tipli baxışları dəstəkləməsidir. Məhz bundan irəli gələrək bir çox jurnlasitlər (hətta qadın jurnalistlər) gender məsələlərindəki problemlər, qadınlara qarşı zorakılıq və digər bu qəbildən olan məsələlərə aid heç bir araşdırma aparıb məqalələr yazmırlar. Məhz buna görə də bəzi yerli təşkilatlar bu məsələlər üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqəli olaraq jurnalistlər üçün müxtəlif təlimlər təşkil edir, onları gender bərabərliyi, qadınlara qarşı zorakılıq hallarının ailə və cəmiyyətə vurduğu ziyanlarla bağlı məlumatlandırırlar, bunu minimum həddə salmaq istəyirlər.

Məhz bu tipli tədbirlərdən biri də 3-5 avqust tarixində Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətindən ibarət Koalisiya Counterpart İnternational təşkilatının Qadın İştirakçılığı Proqramı çərçivəsində “CEDAW ƏMƏLDƏ” adlı layihəsi üzrə həyata keçirilən JURNALİSTLƏR ÜÇÜN GENDER VƏ MEDİA adlı 3 günlük təlim kursu idi. Layihə ABŞ-ın İnkişaf Agentliyi və Norveç Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilmiş və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənmişdir. Layihənin əsas məqsədi Azərbaycanda gender bərabərliyi və qadın hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılmasına istiqamətlənən BMT-nin Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyasına (CEDAW) dair İctimai Maarifləndirmə Kampaniyasının keçirilməsi idi. Təlimçilər Zeynal Məmmədli, İlhamiyyə Rza, Mehriban Vəzir, Təranə Mahmudova və Şəhla İsmayıl 3 gün ərzində CEDAW, gender, informasiya əldə etməyin yolları, new-media, jurnalist etikası və digər əlaqəli mövzularla təlim kursunu verdilər. Təlimdə iştirak edən KİV nümayəndələri bu layihə çərçivəsində ərsəyə gələn Məlumat Bazasına düşən KİV-də gender mövzusunda yazan jurnalistlərin bir qismidir. Qeyd olunan təlim mövzulara əlavə olaraq, həmin jurnalistlər təşkilatın növbəti layihələrində iştirakla bağlı ətraflı məlumatla bərabər, ümumilikdə gender QHT-ləri və media arasında əməkdaşlıqla bağlı müəyyən planlar və perspektivlər barədə müzakirələr etdilər. Bu tipli layihələrin Azərbaycan KİV-də gender həssaslığının qorunmasına xüsusi kömək göstərəcəyinə inanıram.

Qaynaqlar:

https://www.boundless.com/

http://www.itusozluk.com/goster.php/akp+nin+kad%FDna+bak%FD%FE%FD

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq