“Fil Siyasəti” nədir?!

Nicat Kazımov

Azərbaycanda oxuduğum kitabların birində xalq filə oxşadılırdı. Bu mövzuya ötəri yaxınlaşılıb, üzərindən keçilmişdi. Ancaq “fil” məsələsinə sonralar bir də rast gəldim. İştirak etdiyim hüquq dərsi mühazirələrindən birində “Fil siyasəti” haqqında professor geniş və ətraflı izah vermişdi. Bu siyasətin mahiyyətini başa düşəndə Sovet Rusiyasının dağılmasından sonra yaranan dövlətləri və bu gün ki, ərəb ölkələrinin bəzilərini xatırladım.

Photo by BBC

“Fil Siyasəti”:

Hindistanda 2 yolla filləri əhilləşdirirlər. Birinci yol ondan ibarətdir ki, təzə doğulan fili kiçik bir ağaca bağlayırlar. Fil nə qədər cəhd etsə də, ipdən qurtula bilmir. Kəndirə öyrəşən fil artıq böyüdüyündə cəhd etmir. Hərçənd ki, bir addım atsa, kəndiri və ya ağacı kökündən qoparmaq imkanı vardır. Bunu siyasətə tətbiq etdikdə fil burada “xalqdır”. Yenicə yaranmış bir dövləti də kiçik tədbirlərlə həmin dövlətin başçısı özünə tabe edir. Xalq nə qədər böyüsə də, heç bir dəyişiklik etmək istəmir və öz diktatorundan asılı vəziyyətdə qalır.

“Ərəb baharı” – xalq inqilab etdi və başçılarını devirdi. Yəni, fil ağacı kökündən qopardı.

Ancaq bilmək lazım idi ki, filləri 2 yolla əhilləşdirirlər. Bu dəyişikliyin özü də “FIl siyasətinin” daxilində gedirdi. Bunu başa düşmək üçün, ikinci siyasət formasını izah edirəm:

Azad yaşayan fillər hər gün eyni vaxtda, eyni yolu keçirlər. Bunu dəqiqliklə hesablayan ovçular əvvəlcə filin keçəcəyi yolda böyük bir quyu qazıb, üzərlərini yarpaqla örtürlər. Daha sonra ovçular qara paltar geyinir, filin ordan keçməyini gözləyirlər. Böyük və azad fil quyuya düşür. Qara paltarlı ovçular daşlarla, nizələrlə fili ölümcül hala gətirənə kimi döyür və yaralayırlar. Daha sonra ovçular kənarda qara paltarı ağ paltarla dəyişib, fili oradan çıxarır, ona yemək, su verir, yaralarını sağaldırlar. Fil isə ona kömək edən ağ paltarlılara həyatı boyu sadiq qalır. Hərçənd ki, filin xilaskarı ovçunun immitasiyası idi.

Indi bir siyasətçi təsəvvürümüzə gətirək, xalqı başqalarının əli ilə (qara paltarlı ovçu), inqilablara, daha sonra müharibələrə sürükləyir. Müharibə məqsədyönlü şəkildə məğlub olunur, torpaqlar itirilir. Daha sonra siyasətçi ( ağ paltarlı ovçu) geri dönərək, istifadə etdiyi adamları pisləyir, müharibəni yekunlaşdırıb atəşkəs yaradır. Artıq o, xalqın (filin) qəhrəmandır.

Corc Oriell-in  Heyvanstan əsərindəki Napoleon və ferma səhnəsi yaranır.  Xoşagəlməz bir problem olan kimi xalqın arasından səslər gəlir: “Bundan əvvəlkilər yadınızdan çıxıb?! Sakit durmaq lazımdır. Ondan başqa bizə heç kəs yaxşılıq etməyəcək.” – artıq siyasətçi onların yediyi çörəyi əlindən alsa da, dövlətin təbii sərvətləri mənimsənilsə də, qısaca, hakimiyyətdən sui istifadə edilsə də, xalq susacaq.

“Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz!” M.Ə. Rəsulzadə

“Dövlət böyüdükcə, azadlıq da o nisbətdə kiçilər.” J.J.Russo

“Siyasi orqanizm insan orqanizmi kimi dağılmağa elə qurulduğu vaxtdan başlayır və mövcudluğu dövründə özünün ölüm səbəbini özündə daşıyır.” – J.J. Russo

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.