Facebook bizi kədərli edir

Mənbə: Knack jurnalı

Holland dilindən tərcümə etdi: Tural AMİN

Əgər siz Facebookda The Guardiandan bir məqalə  paylaşdınızsa, getdiyiniz restorandan bir foto yerləşdirdinizsə və ya Cənubi Asiyaya bir aylıq  səfər edəcəyinizi hər kəsə bəyan etdinizsə, bir şeyi unutmamalısınız. Bütün bunlarla siz öz dostlarınızı az da olsun məyus edə bilərsiniz. Bütün bunları Kun Damhos (Koen Damhuis) özünün ilk kitabı “Virtual Güzgü”də iddia edir. Bu əsər 25 yaşlı Hollandiyalı sosioloqun diplom idir . Ona görə bu güzgü bizləri, əldə edə bilmədiklərimizlə qarşı-qarşıya qoyur.

Təxminən on il bundan əvvəl filosof Alen de Botton  ilk dəfə  “Status qorxusu”  qavrayışını eyni adlı kitabında təqdim etdi. Ona görə bu fikir bizim qəbul etdiyimiz naliyyətlərimizə  və uğursuzluqlarımıza görə ödədiyimiz dəyərdir. Bu həm də ortaq şanslar və imkanlardan istifadə etməməyə görə qəbul edilməyəcək üzrlərin olmadığı zəngin Qərbdə xoşbəxt olmamağı açıqlaya biləcək səbəbdir. “Status qorxusu” sosial iyerarxiyadan aşağıya itələnmək qorxusudur. Daima olaraq bizi düşündürən bu ehtiyatlanma nəticədə bizi çox kədərli edir.

Başlıca olan ideya hansı ki, De Botton bunun üzərindən ötüb keçmişdi, status qorxusu  və status yenilənmələri arasında olan bağlantıdır. Bu da bir başa olaraq gənc nəsil ilə bağlantılıdır. Bunu isə Kun Damhos ilk kitabında əsaslandırmağa çalışıb. Sosial mediyanın təsir edici gücü onu De Bottonun kitabı ilə Facebook nəsli arasındakı bağı təsvir etməyə ilham verdi. Belə ki, Damhos status güncəlləmələrinin status qorxsunun yaranmasında rolu olduğunu isbat etdi. O, 2009-cu ildə Parisə oxumağa gedərkən dostları ilə əlaqə saxlamaq üçün özünə Fecebook hesabı açdı. Amma o tezliklə dostlarının yeni diplomlar almasının, yeni təcrübə proqramları keçmələrini və ya öz iş mühitləri haqqında fikirləri bölüşəndə, onda belə bir hiss yarandı: “Orada mən də ola bilərəm”. Bu fikir ona “de Volkskrant” qəzetində “Facebook bizə əldə edə bilmədiklərimizi göstərir” məqaləsini derc edir. Sonrasında isə “Virtual Güzgü” kitabı ərsəyə gəlir. Bu zaman isə xüsusi bir başlıq diqqətləri dərhal öz üzərinə çəkir.

Nə üçün Facebook bizi kədərli edir?

Damhos Keçən ilə Amerikanın Utah Valley Universitetinin iki mütəxəssisi 425 tələbə arasında digərlərini necə gördükləri barəsində bir sorğu apardılar. Sorğudan çıxan nəticə bu oldu ki, bir çox Facebook istifadəçisi belə qənaətə gəlmişdilər ki, digər insanlar onlardan daha xoşbəxtdirlər. Bundan sonra daha üç araşdırma da eyni nəticəni aşkara çıxardı. Bunun açıqlaması isə sadədir: Biz  başqalarından daha xoşbəxt olduğumuzu fərz etdiyimiz zaman daha çox xoşbəxt oluruq. Və bu zaman Facebook bizdə  belə təəssürat  yaradır ki, başqalarının daha maraqlı və rəngarəng həyatı var.

Biz səhifəni hər dəfə yenilədikdə bir növ başqalarının xoşbəxtlik propaqandası yarışını görürük. Amma bizim görmədiyimiz şey isə  bir löhvənin boş yansımasıdır. Big Brother  proqramının da hər gün sadəcə yarım saatlıq bölümü yayınlanırdı. Əks təqdirdə proqram boş bir məhvuma çevriləcəkdi. Facebook da belədir. 30 dəqiqə bəs edir ki, hər şeyi biləsiniz və ya paylaşasınız. Xarici ölkədə keçməkdə olduğunuz təcrübə proqramı, günəşin batışında çəkilən şəkil və başqaları…

Biz Facebookda kim olmaq istədiyimizi göstəririk. Heç kimin çirkin profil rəsmi yoxdur. Hamı çalışır ki, özünün gözəl rəfini nümayiş etdirsin.

Damhos: Tamamilə doğrudur. Nə vaxt ki mən Facebooka bir az vaxt sərf edirəm, bunun doğru olduğunun fərqinə varıram. Mənim bir musiqiçi dostum var. O yalnız çıxış etdiyi musiqi zalları və birlikdə çalışdığı böyük musiqiçilər haqqında statuslar paylaşır. Digər bir dostum isə üç həftə öncə sevgilisindən ayrılmasına baxmayaraq, partilərdən əyləncəli şəkillər paylaşır və o profil rəsmlərində  hər zaman şəndir. Amma bununla belə hələ də munasibət (relationship) statusunda dəyişiklik etməyib. Çünki onlar sevgilisi ilə bir müddət belə saxlamağa qərar veriblər. (gülür) Bu əslində yaxşı niyyətdir. Bununla belə bu həm də başqalarına öz kədərli tərəflərini göstərməməklə əlaqədardır. Amma heç kim yazmır: “Mənim həyatım poxun içindədir”. Facebook ekran arxasında bizə dayanmadan xoş təəssürat yaratmaq imkanı verir.

“Virtual Güzgü”də sən özmüzü gözəl təqdim etməyin başqa bir səbəbini də vurğulayırsan. Biz hamımımız “Qapalı Şirkət Mən” olmuşuq.

Damhos: Bizim nəsil çox güclü neo-liberal düşüncə tərzi ilə yetişdirilib. Biz elə bir dünyada doğulmuşuq ki, hamımız markalaşmanın çox əhəmiyyətli olduğuna inanmışıq. Biz özümüzü bir marka kimi xarakterizə edirik. Və Facebook şəxsi brendinq üçün ideal məkandır. Biz özümüzü ən mükəmməl, ideal və uğurlu şəkildə satırıq.

Mən ötənlərdə qatarda bir hava yolu şirkətinin reklam löhvəsini gördüm. Billur kimi çimərlikdə palma ağaclarının altında iki stul yerləşdirilib və altında isə yazılıb: “Burda siz ola bilərsiniz”. Bu əslində reklamın işləyiş şəklidir. O ilk öncə  içində olduğunu qatmaqarışıq situasiyada sizə kədərləndirir və sonradan isə sizdə fikir aşılayır ki, bu məhsulu almaqla bütün problemlərinizi həll edə bilərsiniz. Facebook da bu mentalitetlə işləyir. Tək fərq isə budur ki, biz özümüzü reklam edirik. Tıkla, tıkla və bəyən. Budur mentalitet.

Facebook bizim gizliliyimizə zərər vurur, vaxtımızı aparır, narsistlər ordusu yaradır və indi isə bizi kədərli edir. Tək pozitif cəhəti budur ki, gənclərin inqilablarına meydan verir.

Damhos: Mən sonuncunu həddindən artıq şişirildiyini düşünürəm. Ərəb Baharı zamanı Twitter və Facebook bütün diqqətləri ora yönəldi, çünki, ondan daha maraqlı hekayə yox idi. Çox dərin güc və siyasi dəyişikliklərdən bizim heç bir məlumatımız olmadı.

Sizin vurğuladığınız məsələyə gəlincə, mən bildirmək istəyirəm ki, mən qətiyyən teknofob deyiləm. Mən düşünürəm ki, sosial şəbəkə “burada dayanmaq” deməkdir.  Sosial mediya nəticəsində bizim dostluq münasibətlərimiz daha həssas olub. Bunun nəticəsində də həyatımız daha çox horizontal bir şəbəkəyə çevrilib. Əvvəlcə müqayisə etdiyizmisdə bu vertikal strukturdan ibarət kiçik bir kəndə bənzəyirdi.

“Virtual Güzgü” əslində Facebook əleyhinə olan bir manifest deyil. Əslində kitabın da alt başlığında olduğu kimi, Facebook bizi kədərli etmir, Facebook vasitəsi ilə biz öz özümüzü kədərləndiririk.

De Botton “məğlub” (loser) kəliməsi ilə təəccüb yaratmışdı. Amma 16-cı əsrdə bunu  “bədbəxt” liməsi əvəz edirdi. İndi isə məğlublar...

Damhos:  Şanssızlık daha mövcud deyil. Əgər sən yıxılırsansa buna görə məsuliyyəti sən özün daşıyırsan. Sən  sistemin səhvində məğlub olmursan, öz səhvin ucbatından məğlub olursan. Hər hansı bir bəhanənin arxasına sığınmaq da gərək deyil. Əgər zamanında Bill Qeyts öz mütərəqqi valideynləri tərəfindən bahalı məktəbə göndərilməsəydi, o orada dövrünün ən güclü kompyuterləri ilə tanış olmayacaqdı. Və yəqin ki, bu baş verməsəydi Microsoft da meydana gəlməyəcəkdi. Əgər “de Volkskrant” təsadüfən  mənim məqaləmi dərc etməsəydi, bu kitabı yazmaq üçün məndə stimul olmayacaqdı.

Görünən budur ki, bizim nəsil çıxarcı məqsədlərə köklənməyə təşviq edilir. “Sən hər şeyi edə bilərsən. Hər şey sənin öz əlindədir. “Əgər bacarmayacaqsansa sən məğlub, uğursuz adlandırılacaqsan. İndiki zamanda biz formalaşan cəmiyyətə yox,  formalaşan fərdə inanırıq. Biz bütün diqqətimizi tamamilə fərdə yönəltmişik. Və bu fərdi də Facebookda formalaşdırırıq.

Sənin 25 yaşın var. Səni öz nəslinin tipik nümayəndəsi adlandırmaq olarmı?

Damhos:  Mən ilk başda Utrextde musiqişunaslıq və Fransız dili təhsili aldım. Ardından da Parisdə sosialogiya üzrə təhsilimi davam etdirdim və daha sonra yenidən Utrextdə menecement oxudum. Amma mən hələ də bu qədər biliklərlə əslində nə edəcəyim  fikrinə gələ bilməmişəm. Mən bunu digər dostlarımda da müşahidə edirəm. Biz elə bir mühitdə böyümüşük ki, bütün imkan və vasitələrdən istifadə etmək səlahiyyətinə malikik. Bizim seçim etmək imkanlarımız həddən artıq genişdir və bu bəzən seçim etmək problemli də olur. Və bu imkan və vasitələr bizim üzərimizdə əlavə basqı yaradır. Bununla belə Facebook həm də özümüzü rahatlandırmaq üçün bir vasitədir.

Hansı baxımdan rahatlandırma?

Sıradanlığı, təkrarçılığı üstələmək, gizləmək üçün. Bir dostum şahidi olduğu bir hadisə haqqında danışmışdı. Bir ata öz üç yaşlı qızı ilə ibtidai məktəbə gəlib müəlliməyə tapşırır ki, onun qızına xüsusi diqqət ayırsınlar. Bizim də həyata yanaşmamız belədir. Biz özümüzü mükəmməl və unikal şəkildə təqdim etməyə çalışırıq. Və bəzən bu böyük xəyal qırıqlığı ilə sonlana bilir.

Bizim hələ öz sıradanlığımızı qəbul etməklə bağlı problemlərimiz var. Əgər biz öz sıradanlığımızı maskalayırıqsa bu qəbullanma daha da çətinləşir. Belə olduğu halda biz həyatı olduğu kimi qəbullanmalıyıq. Bizim cəmiyyət yalnız loteriya qaliblərindən ibarət ola bilməz. “Döyüş Klubu” filmində Taylor Durden söylədiyi kimi: “Televiziya bizi elə tərbiyyə edib ki, biz hamımız milyonçu, televiziya ikonu və ya rock ulduzu olacayıq. Amma biz bu olmayacayıq”. Böyük gözləntilər, böyük xəyal qırıqlıqlarını bərabərində gətirə bilər.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq