Etnik konfliktlər və siyasi seperatizm

Məmmədli Mehdi (Qərb Universiteti Siyasi Elmlər fakultəsi)

Konfliktin geniş yayımış təriflərindən biri belədir: konflikt müəyyən dəyərlər, sosial status, hakimiyyət və məhdud maddi, mənəvi ideyalar uğrunda aparılan mübarizədir.

Müasir dövrdə müxtəlif ölkələrdə o cümlədən postsovet ərazisində milli-etnik konfliktlər xarakterikdir. Etnik konflikt ümumi sosial ziddiyətlərin konkret, spesifik ifadə formasıdır. Etnik konflikt dedikdə milli mənafələrin müdafiəsi üçün yaradılmış və bir-birilə rəqabətdə olan ictimai hərəkatlar arasındakı münaqişə başa düşülür.

Etnik konfliktlər siyasi konfliktlərin bir növü kimi çıxış edir. Etnik konfliktlərin gedişində bəzi ümumi tendensiyalar mövcuddur. Belə ki, istənilən etnik konfliktin gedişində 3 mərhələni ayırd edirlər

1.      Konfliktqabağı mərhələ -bu mərhələdə konflikt tərəflərinin öz imkan və resurslarını müəyyənləşdirməsi  xarakterikdir Eyni zamanda bu mərhələdə konflikt tərəfləri bir-birinə qarşı düşmən obrazı yaradırlar

2.       Birbaşa konflikt mərhələsi-bu mərhələ bəzi elmi ədəbiyyatlarda aktiv (açıq) konflikt mərhələsi kimi də qeyd olunur.Açıq konflikt mərhələsində tərəflərin bir-birinə qarşı fəaliyyət formaları açıq və gizli hərəkət formasında aparılır.Tərəflər müxtəlif vasitələrdən o cümlədən iqtisadi və hərbi sanksiyalardan istifadə edirlər. Bütün bu təsir vasitələrində aqressivlik və düşmənçilik nümayiş etdirilir. Bu mərhələdə aparılan mübarizə formaları gizli üsullarla da həyata keçirilir. Bunların sırasında qarşı tərəfin məqsəd və strategiyasının, maddi və maliyyə imkanları haqqında informasiya əldə edilməsi, sənaye hərbi, elmi-texniki casusluğu, ünvanlı və ünvansız terror aktlarının təşkilini, qarşı tərəfin daxilində pozğunluq, pərakəndəlilik yaratmaq məqsədilə həyat keçirilən tədbirləri aid etmək olar.

3.      Konfliktin həlli mərhələsi-bu mərhələ elmi ədəbiyyatlarda dondurulmuş konflikt mərhələsi adlandırılır. Mərhələnin adında da, qeyd olunduğu kimi bu mərhələ tərəflərin münaqişəyə son qoyması, konfliktin birbaşa həlli mərhələsidir.

Etnik konfliktlərin inkişafında milli dil problemi əhəmiyyətli rol oynayır. Əvvəlcə mənəvi mədəniyyət tələbləri ilə sonra isə tərəflər  siyasi ərazi iddiaları iddiaları tələb edirlər. Etnik konfliktlərdə tərəflərin arxeoloji materiallardan istifadəsi xarakterikdir.

Etnik konfliktləri baş vermə səbəblərinə görə  aşağıdakı növlərə ayırd edirlər:

1.      Mədəniyyətlə bağlı konfliktlər-doğma dil və mədəni muxtariyyətlə bağlı tələblər irəli sürülür

2.      Ərazi statusu problemi-2 formada özünü nümayiş etdirə bilər.

a)     Etnik qrupların birləşmə cəhdləri

b)     Etnik qrupların öz müqəddəratını təyin etməsi hüququnun reallaşdırılması

Konfliktologiyada etnik konfliktlərin həll edilməsi istiqamətində aşağıdakı vasitə və metodları ayırd edirlər:

Konsensus- latın mənşəli söz olun razılıq mənasını ifadə edir. Mübahisəli problemlərin birlikdə həllini nəzərdə tutur. Qeyd etmək lazımdır ki, siyasi mədəniyyətin və demokratik ənənələrin aşağı olduğu şəraitdə konsensusa nail olmaq mümkün olmur. Etnik mənafelərin tənzinlənməsi istiqamətində əsas vasitələrdən olan konsensus etnik yaxınlaşmanı şərtləndirən əsas amildir.

Kompromis– konflikt tərəflərinin qarşılıqlı güzəştə getməsi yolu ilə  arzuedilməz münaqişələrin aradan qaldırılması istiqamətində əsas vasitələrdəndir. Etnik konfliktlər bəzən elə ziddiyətli həddə çatır ki, bu zaman kompromis metodunun tətbiqi vacib hal alaır. Etnik tərəflər münaqişənin həlli zamanı mənasız və lazımi güzəştləri ayırd etməyi bacarmalıdırlar. Mənasız güzəştlər prinsipsiz sazişlərə gətirib çıxarır. Bu zaman bütün tərəflərin  deyil yalnız bir bir tərəfin üstün mənafeyi nəzərə alınır.

Etnik konfliktlərin aradan qaldırılması metodları ilə bağlı olaraq tədqiqatçılar müxtəlif tövsiyələr verirlər. Alman filosofu Kant münaqişələrin həllində praqmatik bir metod  qarşılıqlı iqtisadi əməkdaşlıq metodunu ayırd edir.

Darendorf konfliktlərin prosedurasını ayırd edir. Məs: barışma, vasitəçilik və arbitraj (konfliktin həllində yerli və beynəlxalq hüquq normaları əsas götürülür). Ümumiyyətlə, konfliktin həlli metodları sırasında konfliktdən qaçma metodu, prioritet güzəştlər metodu, təxirə salma metodu (tərəflər özü üçün ağır nəticələr verə bildiklərinə əmin olduqları halda onu müəyyən müddətə dondururlar) və s. ayırd edirlər.

Seperatizm dedikdə bir-birinə qarşı əməli fəaliyyət tətbiq edən və düşmən mövqeyində dayanan etnoslar, ictimai hərəkatlar, insitutlar və qurumların hərəkəti başa düşülür. Ümumiyyətlə, hər hansı bir millətin başqa dövlətin ərazisində öz dövlətini yaratmaq cəhdləri seperatçı xarakter daşıyır.

Müasir beynəlxalq münasibətlər üçün bəzi seperatist mövqelər xaraketerikdir. Hər hansı bir dövlətin ərazisində etnos müxtəlif mədəni müxtariyyət və ərazi iddiaları ilə çıxış edirlər. Müasir dövrdə seperatist mövqelərin güclənməsi naminə atılan addımlardan biri də, məhz, “xalqların öz müqəddəratını təyin etməsi” ideyasının irəli sürülməsidir. Bəzən isə seperatçı qüvvələrin super dövlətlər tərəfindən siyasi, maliyyə və hərbi aspektdən dəstəklənməsi həmin ərazidə seperatizmin daha da güclənməsinə gətirib çıxarır.

Bugün dünyada 180 suveren dövlət vardır. Onlardan bəzilərində monoetniklik və bəzilərində isə polietniklik hökmrandır. Monoetnik dövlətlər elə dövlətlərdir, bu dövlətdə hakim  etnosdan əlavə etnosun ümumi say göstəricisi 4%-dən azdır (Ermənistan, Portuqaliya).

 Bugün dünyada 8000-ə yaxın etnos mövcuddur. Təsəvvür edək ki, bu etnosların hər biri siyasi müstəqillik tələbi ilə çıxış edirlər. Bu halda dünyanın bir siyasi münaqişə ocağına çevrilməsi qaçınılmaz hal alar.

Bugün dünyada Avropa  (Böyük Britaniya, İspaniya) və Afrika ərazisində seperatizm meylləri daha çox müşahidə olunur. İngiltərədə irlandlarla, İspaniyada isə basklarla olan milli problemlər seperatizmə gətirib çıxarır. Afrikada isə seperatist mövqelərin kəskin xarakter alması müşahidə olunur.

Müasir beynəlxalq münasibətlərdə Avropada seperatist mövqelərin azaldılması istiqamətində  bask, irland, fin və s. variantlar qeyd olunur. Afrikada isə seperatist mövqelərin azaldılması üçün başqa etnosların etnik assimiliasiyası tədbirlərindən istifadə edirlər.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq