Elgün Quliyevlə müsahibə: 33 illik həyat yolculuğum

Söhbətləşdi: Məlahət Gözəl

Tanrı insanı gözəl yaradıb, sevərək  yaradıb. Hər cizgizi hər izi xüsusidir. Eybəcərliyin içində belə gözəl naxışlar var. Məhz bizi fərqli edən bunlardır, bizə bəxş olunanlardır. Nə qədər şükür etsək belə azdır.

Musiqiçilər, yazarlar, şairlər, bəstəkarlar onlar xüsusi bir özəlliyə sahibdirlər. Fərqli yaradılışın nümunəsidirlər. Onların gözüylə həyat tam başqadır. Onların sevinci, sevgisi də başqadır. Hər zaman söylədiyim kimi əziyyət çəkməkdən zövq alanlar çətinliklərdən doğan hisslərin hesabına bacarıqlarını büruzə edirlər. Öz yaratdıqlarında qismən də olsa tamamlanar, qarşıdakının sevgisiylə doyarlar. Yenə də onlar hər zaman mənəvi acdırlar və daxildə tamamlanmamış boş yerlər vardır. Çox uzatmadan o insanlardan biri olan çox dəyərli dostumuz Elgün Quliyevlə söhbətimizi sizə çatdırmaq çox xoş olardı.

Elgün Quliyəv nəcə birisidir?

Bu sualı vərdiyiniz üçün təşəkkür ədirəm. Əslində hər insan özünə sual vərməlidir. Mən kiməm, hardan gəlmişəm, hara gedirəm. Əslində mən bu sualı hər il avqustun 10-da özüm özümə vərirəm. Hər ilin həsabatını özüm-özümə verdiyim zaman özümü bir az daha yaxından tanıyıram. Əslində başqa insanlardan soruşmaq lazımdır məni.

Həyatıma nəzər salanda dünyaya saf gözlə baxan, hələ də nağıllara inanan, hər kəsə kömək edən, öz işlərini yarım qoyub başqalarının işlərinə qaçan, məqsəd qoydusa ən gözəl şəkildə yərinə yetirən birisidir Elgün. Güvənilir, sədaqətli, çox duyğusaldır. Elgün çox təbəssüm edən birisidir. Ətrafına durmadan istilik və sevinc bəxş edən birisi. Bunun səbəbi də, insan hərkəsi özü kimi bildiyi üçün özü nəyə ehtiyac duyursa insanlara da onu bəxş edir. Sanıram ki, bir psixoloq olduğum üçün belə açıq yazıram 🙂 .

Biraz da əsəbidir, amma xüsusilə haqsızlıqlara qarşı. Bir şeyi iki dəfə deməyi xoşlamır və ümumiyyətlə çox az danışandır. Onunla söhbət edə bilmək üçün sual verməli olurlar dostları, çünkü hər saniyə ürəyində ya mahnı oxuyur, ya nəsə layihə fikirləşir və ya təbiətlə, ətrafdakı canlılarla maraqlanır…

O, Azərbaycandan kənarda nəcə yaşayır?

Ailəmdən ayrıldığım zaman 14 yaşım var idi. Geriyə baxdığım zaman görürəm ki, indiyə kimi olan ömrümün yarısından çoxunu tək yaşamışam. Təbii ki, ailəmin bir əli başımın üstündə olub amma o istiliyə ehtiyac hiss etdiyimdə tapa bilmirdim. Uzaqdan xəyal edərək isinmək çox çətin olurdu. Bəlkə də çox danışmamağımın səbəbi də budur. Yaşadığım gözəl və üzücü şeyləri, ailəm yanımda olmayarkən ürəyimdə yaşadığım üçün hələ də hər şəyi ürəyimlə bölüşürəm.

Dostlarımla bərabər olduğum zamanlarda ürəyimlə danışıram dostlarımla yox. Ailəmin yanında olanda da yenə ürəyimlə danışıram. Ürəyimin dili olsa kim bilir nələr danışardı sizlərə. Mən də ürəyimdə yaşadıqlarımı, üst- üstə yığılan duyğularımı ailəmdən kənarda da olsam, sadəcə mahnı oxuyaraq ifadə edə bilirəm. Bununla da rahatlanıram.

Vətəndən kənarda həmişə ailə və vətən həsrətiylə yaşamışam və yaşıyıram. Gördüyüm gözəl şeylərin ailəmin də görməsini istəyərək yaşayıram. Vətənimdə də bu gözəlliklərin olmasını arzulayaraq, orada yaşayan həmvətənlərimin də gördüyüm gözəllikləri görmələrini arzulayaraq yaşayıram.

Həm universitətdə oxuyur, dərs sonrası işləyərək keçimimi təmin edirəm. Təbii ki, ailəmin dəsdəyi də olurdu amma əlimdən gəldiyi qədər onlara yük olamamağa çalışırdım və onlara hər şeyin gözəl olduğunu deyirdim. Bəzən ac qalsam da, üşüsəm də həyatda öz yolumu özüm tapmağa çalışırdım və çalışıram…

1990-ci ildə Dünya Rəsm yarışmasının birincisi olmusunuz. Hələ də bu sənətlə məşğul olursuzmu?

Bəli, mən ümumiyyətlə sənətin bütün növlərinə heyranam və bu işlə məşğul olan insanlara böyük sevgi bəsləyirəm. Hər Bakıya gəldiyimdə əlimdən gəldiyi qədər sənət adamlarını görməyə can atıram, onlardan az da olsa nəsə öyrənməyə çalışıram. Ümumiyətlə hər insandan nəsə öyrənmək olar. Pis adamdan da o pis hərəkətləri etməməyi öyrənə bilər insan. Həyata baxışım budur.  Hərkəsdən nəsə öyrənmək və davranışlarımla insanlara pis örnək olmamaq.

Rəssamlıq sənəti ilə fəal olaraq məşgul olmuram. Hərdən özüm üçün rəsim çizirəm. Ankara Universitetində oxuduğum zaman sinifdə sıxıldığım anlarda dərs boyu rəsim çəkərdim sonra o dərsin müəlliminə hədiyyə edərdim J. Deyərdim ki, bu rəsmi saxlayın. Bir gün mən çox məşhur adam olacam. O zaman bu rəsimə baxıb bu günləri xatırlayarsız.

Ümumiyyətlə uşaqlıqdan rəsimlə məşgul olduğum üçün məndə xəstəlik kimi bir şey əmələ gəlib. Getdiyim hər yerin, danışdığım insanların, binaların rəsimlərini gözlərimlə beynimdə çəkməyə başlayıram. Bu məndə təbii hal alıb. Ona görə bir dəfə getdiyim yeri bir daha yaddan çıxartmıram.

Musiqidən başqa nələrlə məşğul olursuz?

Musiqidən başqa kitab oxumağı çox sevirəm. Balıq tutmağı, tennis oynamağı, üzməyi, şahmat oynamağı, rəsimlər çəkib xalçaya toxumağı çox sevirəm. Boş zamanlarımda duyğularımı musiqiyə yansıdaraq, mahnı bəsdələməyi sevirəm. Orta məkdəb oxuyarkən Nizami Gəncəvinin əsərlərini xalçaya toxuyurdum. İnşaallah uşaqlarım olanda bunların hamısını onlara öyrədəcəm. Bərabər heykəl, rəsim, xalça toxuyacayıq.

Əslində bu saydıqlarım insanın sağ beynini inkişaf etdirir. Günümüzdə sənətdən uzaq olan insanlar xüsusilə siyasətçilər, iqtisadiyyatçılar, mühəndislər və s. sol beyinlərini daha çox istifadə ettikləri üçün çox vaxt özlərini xoşbəxt hiss etmirlər. Həyat olara rəngsiz gəlməyə başlıyır. Ona görə hər insan beyninin sağ bölgəsinidən istifadə etməlidir. Bu insanı rahatladır və dünyanı daha sağlıqlı anlamasına kömək edir. Adicə balıq tutmaq sağ beyini inkişaf etdirir. İnsan balıq tutanda heçnə fikirləşmir və diqqəti  balıqda olur.

Biz Elgünü Azərbaycanda gözləyəkmi? Yəni, burada fəaliyyət, yaşamaq kimi planlarınız var?

Elgün həmişə Azərbaycanı sevib və sevir. Gözləmək mi?! Elgün Azərbaycanla yatıb Azərbaycanla qalxır. Atdığı hər addımda Azərbaycanı təmsil etdiyini bilir. İnsan əlindəki dəyərdən uzaq olanda onun qiymətini bilir. Məni vətənimdən ayrı kəçirdiyim hər an vətənimə daha çox bağlayır. Sevə – sevə vətənimdə fəaliyyət göstərmək istəyərəm. Həm konsərtlər vərmək, həm psixoloji məsləhətçi olaraq tələbələr yetişdirmək. Mənim hələ gördüklərim, yaşadıqlarım ürəyimdədir. Onları heç kimlə bölüşməmişəm. Onları vətənimdəki insanlarla bölüşmək istərdim.

Sənət sevərliyinizin qaynağı nədir, ailənizdirmi?

Sənət sevərliyimin qaynağı bəli, ailəmdir. Gözümü açandan anamı pianino ifa edərkən görmüşəm. Atamı səhnələrdə izləmişəm. Eyni şəkildə qardaşımı da səhnələrdə izləmişəm.

Ən başında mənə elə gəlir ki, sənət mənim qanımdadır. Mən nə qədər sənətdən uzaq dursam da bir şəkildə özümü sənətin içində tapıram. Məhz bu səbəbdəndir ki, mən psixologiya fakultəsini bitirdikdən sonra İstanbul Dövlət Konservatoriyası vakal bölümünə daxil oldum və Azərbaycanımı dünyanın bir çox yerində əlimdən gəldiyi qədəriylə təmsil elədim və edirəm də. (Türkiyə, Moskva, Çeçenistan, Amerika)

Sənət adamları duyğusal olur. Bəs siz sənətdən kənar nəcə insansız?

Mən sənətdə də, sənətdən kənarda da çox duyğusal və romantikəm. Düzdü pis cəhətlərim də var (təz hirslənmək, hər kəsə inanmaq, həç kəsə yox deyə bilməmək kimi) hər insan kimi amma əlimdən gəldiyi qədər bu pis cəhətlərimi düzəltməyə çalışıram.

Dediyinizə görə həyvanlara, quşlara  qarşı böyük sevginiz var. Xüsusiylə də, ördəkləri çox sevirsiz. Bəslədiyiniz heyvan varmı?

İnsana bu sevgi ailəsindən gəlir. Sevmək insanın təbiətində var. Hər insan sevir. Kimi pulu sevir, kimi dəmiri, kimi daşı, kimi təbiəti, kimi canlıları. Bu sevgiyə yön verən ailədir. Mən ailəmdən çox razıyam. Məni casino və qardaşımı, bacımı insanlara, heyvanlara, təbiətə, sənətə, ailəyə, vətənə qarşı çox böyük sevgiylə böyüdüblər. Hər insan eyni duyğuları yaşayır amma hər kəs fərqli ölçüdə və fərqli yönlərdə fərqli zamanlarda, amma mütləq ki yaşayır.

Əslində insan tanımadığı bilmədiyi şeyi sevə bilməz. Mənim uşaqlıqdan heyvanlarım olub. Uşaqlıdan balığım, məhəbbət quşum, dovşanım, göyərçinim olub 🙂 . Hətta bir dəfə yaralı qarğa tapıb onu sağaldıb böyütmüşdüm. Hal-hazırda da evimdə, İstanbulda balıqlarım və məhəbbət quşum var. O məşhur ördəyim də dostumun bağında, digər ördəklərlə yaşayır 🙂 .

Tələbələriniz varmı?

Hal-hazırda aktiv tələbələrim yoxdur, ancaq keçən ilə kimi tələbələrim var idi. Onları kanservatoriyaya hazırlaşdırırdım. Şükürlər olsun, hamısı imtahanları qazandı və oxuyurlar. Onun xaricində davranış çatışmamazlığı olan uşaqlarla da işləmişəm və onları cəmiyyətə qazandırmağa çalışmışam. Hal-hazırda onlar da universitetdə oxuyurlar.

Mr. Tenorə kimdi?

Mr.Tenore dostlarımın mənə verdiyi addır. Dostlarım məni bu adla çağırırlar. Çünki tələbə vaxtında ətrafımdakı hər kəs ya rok,  pop,  türkü və ya türk sənət musiqisi ilə məşğul olarkən mənim yolum Ankara Opera Balet Teatırındakı xora düşdü və onlarla oxumağa başladım. Eyni zamanda dörd fərqli xorda oxumağa başladım. Bu xordaki musiqi janrı şərq stilində olduğu üçün bizi səslərimizə görə qruplaşdırmışdılar. Orada mən birinci Tenor idim. Odur budur dostlarım arasında adım Tenor qaldı.

Elə bir mahnı varmı bütün günü onu oxuyasız? O mahnısız özünüzü təsəvvür etməyəsiniz?

Əslində  tək bir mahnı yoxdur. Amma diqqət eləmişəm heç nəşəli mahnı oxumuram öz özümə. Nə vaxt oxusam qüssəli və kədərli mahnılar oxuyuram. İnsan orqanizması insana əslində nəyin ehtiyac olduğunu söyləyir. Yemək yediyimiz zaman da, vücudumuza qulaq assaq diqqətlə, əslində nə yəmək istədiyini bizə deyir. Biz isə alışdığımız kimi ac olsaq da olmasaq da, az və ya çox fərqi yoxdur qırmızı, ağ ətləri bərabər yeyirik.

Mahnı da elədir. Mənəvi qidamız olduğu üçün nəyə ehtiyacımız olduğunu bizə deyir. Biz də o yöndə nəsə mızıldana bilirik. Mən hələ indiyə kimi nəşəli mahnı oxuduğumu xatırlamıram. Bu da, məncə yaşadığım tənhalıq, həyat yolundakı qarşılaşdığım çətinliklər, haqsızlıqlardan irəli gəlir.

Ola bilərmi bir gün gəlsin bu gün sahib olduğunuz sadəlik və səmimiyyətinizi itirmiş olasınız?

İnsan oğlu çox fərqli bir canlıdır. Ola bilər amma inşaallah olmasın. Həyat təcrübəmdən böyük – böyük danışmamağı öyrənmişəm. İnsan “yox ola bilməz” deyir amma həyat onun qarşısına ayna kimi gətirib çıxardır dədiklərini. Biz inanclı insanlarıq hardan gəlib hara getdiyimizi bildiyimiz müddətcə inşaallah səmimiyətimizi itirmərik. Fikirləşəndə ki, necə dəyərli insanlar gəldi getdi bu dünyadan. Firaonlar, sultanlar kim nə apara bildiki? Bu dünyada qonaq olduğumuzu unutmasaq və qarşılaşdığımız insanlara da qonaq kimi baxsaq qəlb qırmağın, səmimi olmamağın nə qədər mənasız olduğunu dərk edəcəyik.

Sənət adamların həyatlarında hər zaman bir yer boş qalır. Ən azı bələ dəyirlər. Sizdə nəcə?

Mən həyatıma nəzər salanda, həyatımda bir yer yox, bəlkə də yüzlərlə yer boşdur. Bunları niyə yazıram özümdə bilmirəm. Əslində bu yazdıqlarımın özüdə bir psixoloji müalicədir. Bəlkə də bu yazdıqlarım mənim boş yerlərimi dolduracaq.

Əslində bu boşluqlar 14 yaşında ailəmdən ayrılıb başqa şəhərə kollec oxumağa gedərkən başladı. Özüm də bunun fərqində deyildim. İndi dönüb arxaya baxdığımda, imtahanlardan keçdiyim zaman və ya hazırlaşdığım zaman isti ailə şəraiti həsrəti, universitetdən məzun olduğumda başqa ölkədə olduğum üçün ailəmin yanımda olmaması həsrəti, verdiyim hər konsertdə və ya konsertə getdiyim hər yerdə, gördüyüm hər şəhərdə, həm kənddə, hər ölkədə sevdiklərimin yanımda ola bilməməsi, sevdiklərimin mənə ehtiyacı olduğu vaxtda onların yanında ola bilməməyim. Sevgiyə ehtiyac duyduğumda özümlə baş – başa qalmağım, qohumlarımın şər-xeyir günlərində yanlarında ola bilməməyim, həyatımda mənə nümunə olacaq çox şeyin olmaması. Daha çox saymaq olar amma bu da mənim qədərimdir, yaşam yolumdur. Bundan şikayətçi dəyiləm, çünki bunlar məni mən edib. Bunları yaşamasaydım bəlkə də mən indi başqa bir insan kimi qarşınıza çıxardım. İnsan keçmişindən dərs alıb, gününü əlverişli keçirib gələcəyə baxmağı bacarmalıdır.

Bizimlə daha nələri bölüşmək istərdiniz?

Mənə elə gəlir ki, mən sizlərlə indiyə qədər özümlə də bölüşmədiyim şeyləri bölüşdüm. Hər bir insan bir əlində sağlam on qarpız daşıya bilməz. İnsan bəzi şeylərdən fədakarlıq etməlidir. Mən də, yaşam yolculuğumda ailəmdən, ana, ata, bacı qardaş şövqətindən, vətən həsrətindən, bərabər böyüdüyüm küçələrdən, dostlarımdan fədakarlıq edərək indiki nailiyətlərimə nail olmuşam. Bu da mənim 33 illik həyat yolculuğumdur.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq