Dünyəvi (Sekulyar) Baxış

Lalə Həşimli (İstanbul Universiteti Hüquq Fakültəsi)

Dünyəvilik həm ümumi, həm də ölkələrə görə dəyişən və başqa deyimlərlə də qarşılanan bir qavramdır. Bunları hesaba qataraq ilkin qavramlar, üsullar və modellər üzərində durmaq lazımdır.

Dünyəvilik qavramları bugün dilimizdə dünyəvilik sözünə sinonim olaraq sekulyarizm sözünü də istifadə etməkdəyik.

Bunlar din və ruhanilikdən kənar ya da dünyəvilik mənasına gəlir.

Sekülarizm, Seküler, Sekülarizasyon terminləri Fransa və Fransızca danışan ölkələr xaricində də ən çox istifadə edilən terminlərdir.

Türkiyədə istifadə edilən “laiklik” sözünün kökü Fransız dilində “laikos”dan gəlməktədir.

Dünyəviləşmə Üsulları Fransa örnəyindəki dünyəviləşmə çatışmalı və inqilabçılar kimi ortaya çıxdı.

Bu proses Jakoben, radikal və respublikaçı üsullarla idarə edildi. Kilsə uzun müddət dövlət nəzarətində saxlanıldı. 1905 tarixli Ayrılıq (Separation) qanunu ilə dövlət və din işlərində qarşılıqlı qarışmazlıq əsası mənimsənildi, dövlət din işlərinə qarışmaqdan imtina etdi.

Anglo-Sokson dünyasındakı sekulyarlaşma daha anlaşmalı və uzlaşmacı bir üsul olaraq daha çox sayda ölkədə qəbul olunan yol oldu. Kilsələr yaradılışından etibarən müstəqil sayıldılar.

Dövlət bunlara bağlı olaraq reformist üsullar göstərdi. Beləcə, qarşılıqlı qarışmazlıq və kilsələrin muxtariyyəti prinsipləri önə çıxdı. Dövlətin kilsə üzərindəki nəzarəti və yoxlaması yerinə, kilsənin muxtariyyəti qəbul edildi.

Bunu həyata keçirən anlaşmalara isə konkordato deyilir. Dünyəviləşmə Modelləri Birinci grupda dünyəviləşməyi mənimsəyən ya da dövlətin bəlli bir din və məzhəbi qorumadığını bildirən 40-a yaxın konstitusiya sistemi var.

Buna örnək olaraq Azərbaycan, Türkiyə, Fransa, İspanyanı göstərə bilərik. Azərbaycan Konstitusiyası Maddə 7 . Azərbaycan dövləti Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

İkinci qrupda dünyəviləşmə və ya sekularizm prinsipi konstitusiyalarında yer almır.  Ancaq din və dövlət işlərində qarşılıqlı qarışmazlıq vardır.

Bu, konstitusiya ilə deyil, dövlət və kilsə arasındakı anlaşmalar (konkordatolar) ilə qorunmaqdadır. Bu mətinlər özəl statuslar verə bilərlər. Kilsə öz ehtiyaclarını qarşılamaq üçün vergi toplaya bilər. Ancaq başqa dinlər də vicdan azadlığı gərəyi qorunmaqdadır.

ABŞ, Almaniya, Hollandiya, İrlandiya örnək olaraq göstərilə bilər. Üçüncü qrupda az və gündən günə azalan sayda dövlətlər yer almaqdadır. Bu qrupda hələ də bir din dövləti vardır.

Daha doğrusu dövlət ya da taxtın bəlli bir dinə və məzhəbə bağlılığı şəklindəki ənənəvi idarəetmə şəkli davam etməkdədir. Norveç, İsveç, Finlandiya, Danimarka, İslandiya, Yunanıstan və İsrail bu grupdadır.

Dördüncü qrupda isə din-dövlət birliyi əsasını mənimsəmiş dövlətlər yer almaqdadır. İran, Əfqanıstan, Küveyt, Sudan, Malayziya örnək olaraq göstərilə bilər. Bu ölkələrdə şəriət hüququ əsas alınmaqdadır. Ancaq bəlli bir ölçüdə müsəlman olmayanlara da ibadət etmək haqqı tanınmışdır.

Lalə Həşimli (İstanbul Universiteti Hüquq Fakültəsi)

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq

Leave a Reply

Your email address will not be published.