Çikaqo sammitindən sonrakı mənzil

Fuad Şahbazov

Mayın 20-21 tarixlərində Çikaqoda NATO-nun yaradılmasının 63 illiyi qeyd olunacaq. Həmçinin sammitin bu dəfəki ulduzu sözsüz Rusiya olacaqdır. Son zamanlar yayılan “Avropada RƏMS sistemi” şayiələri Boz ayını (Rusiya) narahat etməyə bilməz.

Lakin RƏMS-dən əlavə Rusiyanın yeni baş ağrısı NATO blokunun öz sərhədləri haqda yeni strategiyaya keçməsi olacaq. Soyuq müharibədən sonra, imzalanan “Centlmen sazişi” Rusiya ilə ABŞ arasında faktiki olaraq dünyanın bölünməsini sona çardırmış oldu. Postsovet regionu Rusiyanın, Avropa isə ABŞ-ın mülkiyyətinə keçməli idi. Hər şey olduğu kimi də davam edirdi. 1990-cı illərdə NATO postsovet məkanına xüsusən də Qafqaza heç bir maraq göstərmirdi. O dövrdə diqqət mərkəzində keçmiş Yuqoslaviyadan qalan etnik münaqişələr idi. Serb millətçilərinin qiyamı, Kosovoda qırğınlar. Dünya ictimaiyyəti canlı yayımda tərəflərin bir birini necə vəhşicəsinə qətlə yetirdiklərini izləyirdilər.

2000-ci illərdən etibarən vəziyyət müəyyən qədər sabitləşdi. XXI əsrin əvvəllərində NATO üçün sərhəd bölgə Balkan regionu idi. 2004-cü ildən Bolqarıstan və Rumıniyanın bu təşkilata, ardınca 2007-də AB-yə  üzv olması açıq-aydın göstərdi ki, artıq Qafqaza nüfuz etmənin vaxtı gəlib çatıb. Hərbi alyans Rusiyanın “ərazisi”nə fəal müdaxiləyə başladı.

Müdaxilənin nəticəsini və hər iki ölkə arasında yaşanan böhranın ən bariz nümunəsi 2008-ci il Gürcüstanla “5 günlük müharibə”də görmək olar. Qafqaz ölkəsinin NATO-ya həddən artıq çox meyilli olması az-qala rejimin çökməsi ilə nəticələnirdi. Baş Katib Ramussen başda olmaqla əsas heyət dövrün xarizmatik dövlət adamı V.Putinin timsalında hələ də güclü Rusiyanın olduğunu dərk elədilər. Tiflisə səfər edən baş katib üstüörtülü bu sözləri qeyd elədi:

“Biz Gürcüstanda davam edən bu sürətli inkişafı təqdir edirik. Heç şübhəmiz yoxdur ki, Gürcüstan NATO-nun layiqli üzvü ola bilər, lakin biz tələsmək istəmirik. Bunun üçün də ölkənin lazımi potensiala çatmasını gözləməyə qərar vermişik”.

Qafqaz ölkələrindən Gürcüstan və Azərbaycanın NATO-ya maraq göstərməsi və onunla əməkdaşlıq etməsinin başlıca səbəbi bu ölkələrin daxilində separatçılıq meyillərinin güclənməsi oldu. Hər iki ölkə bu gün də ərazi münaqişəsi dönəmini yaşamaqdadır.

Lakin artıq bu ölkələr də çox ehtiyyatlı siyasi kurs tutmağa başlayıb. Aydın məsələdir ki, NATO ilə əməkdaşlıq etməklə bu ölkələr öz sülhməramlı qüvvələrinin Əfqanıstanda yerləşdirib. Bu il Prezident B.Obamanın Əfqanıstan prezidenti H.Kərzai ilə “Qoşunların 2014-cü ilə qədər ölkədən çıxarılması” haqda müqavilə imzalaması onu göstərir ki, Amerika artıq itkilərə yox deyir və bu itkiləri Qafqaz ölkələrinin hərbçilərinin hesabına təmin etmək istəyir.

İran və Suriyada vəziyyətin gərgin olması NATO-nun Qafqaza olan marağını daha da artırır.

Brüssel bu gün də Qafqaz ölkələrinin AB-nin layihələrində iştirakında maraqlıdır. Bu yolla o regionun impulsunu daim göz önündə saxlayır.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq