Home » Archives by category » Sosial (Page 3)

Öyrənmək Nədir?!

Öyrənmək Nədir?!

Murad Nəsibbəyli Öyrənmək nədir?! Təhsil sistemimiz necə öyrədir?! Yeni Təhsil Təşəbbüsü qrupunun bu gündən başlayaraq hər həftə təşkil edəcəyi diskusiyyanın birinci mövzusudur.  Bir neçə saat sonra nahar edib, uşaqlarla görüşmək üzərə evdən çıxacağam. Elə bu cümlələri yazırdım ki, başqa biri zəng etdi və bu gün dostlarla öncədən danışdığımız səhər yeməyinə getmədiyim üçün məni bir xeyli […]

Mizantropiya

Mizantropiya

Rza Kazımov Sizi bilmirəm mən şəxsən müharibə istəyən insanları carnivore – ət yeyənlər fəsiləsinə aid edirəm. Bir insanın məhvi heç bir uğurla əvəzlənə bilməz. Bu gün cəmiyyətimizdə olmazın nifrət abı-havası höküm sürür. Bütün gücümüzü istismar edir. Xalqı əldən salır. Insanlar sanki Fridrix Şopenin “Yas Yürüşü” sədaları altında ağır-ağır zombi kimi hərəkət edir. Nifrət bizi marginallaşdırıb, […]

Maarifçiliyin qatili tapıldı: Azərbaycan Qadını

Maarifçiliyin qatili tapıldı: Azərbaycan Qadını

Xəyyam Namazov Görəsən cəmiyyətimiz bu günə kimi neçə Axundovları, Sabirləri, Vəzirovları, Cəlilləri məişətə gömüb, onların ilk yazılarında qələmini sındırıb, problemlərlə və maneələrlə boğub onları?! Kim bilir?! Mən deyim min, sən de on min, bəlkə də yüzminlərlə insanı… Maarifçilik tənhalıqdır “Aktual intihar”, Gündüz Ağayev, kollaj.2012 Yəqin bu aydındır ki, bizim kimi cəmiyyətlərdə yaradıcılıq işi çox çətin […]

Dəyişməyək Çevrilək

Dəyişməyək Çevrilək

Sabir Nəsibli (Doğuş Universiteti) Müasir Azərbaycan düşüncəsinə nəzər yetirdikdə yarım itirilmiş mentalitet, qalıqlarının üstünü qalın toz – torpaq təbəqəsi basmış, naftalin iyli ideologiya, Sovetlər dönəmindən reqressiyaya başlamış və yerə çox böyük sürətlə paraşütsüz uçan insan kimi hələ də utopizmdə yaşayan Morkimilərdən başqa nə görürəm? Heç nə… Yadınıza salım ki, Mora VIII Henrix tərəfindən ölüm hökmü kəsilmişdi. […]

Cəmi Məziyyət

Cəmi Məziyyət

Rza Kazımov (Hamburq Universiteti) Sosial nəzəriyyələrdə cəmiyyətin xəstəliyini diaqnoz edən ifadələrdən biri də “Carnival” nəzəriyyəsidir. Bu yaxınlarda kəşf edib, yırtıcı kimi yazılarına hücum etdiyim Mixayıl Baxtinin tənqidlərində bu anlayışa rastladım. Fəsadın arxasında yatan fəlsəfə cəmiyyətdə hər şeyin yerinin səhv düşməsidir. Bu fikirləri isə Baxtin Rabelaisin “Qarqantue və Pantagruel” – əsərindən cəmləyib və sistemli analiz formasında […]

Problemlərimizin səbəbkarı – Televiziyalar

Nicat Quluzadə Düzü son vaxtlar həm sosial şəbəkələrdə, həm də media səviyyəsində telekanalların hazırki durumu, onların bu cür ucuz hala gəlməsi müzakirə olunur. Ən son xəbər isə Milli Televiziya və Radio Şurasının əcnəbi serialların Azərbaycanda yayımına qoyduğu qadağa oldu. Bu qadağa Mayın 1-dən etibarən rəsmi olaraq tətbiq ediləcək. Və bundan sonra əsl üsyan başladı. İndi […]

Seyid, cəddinə qurban olum!

Seyid, cəddinə qurban olum!

Hacı Zeynallı İlk öncə salamlar. 9 milyon əhalisi olan və onun 4.5 milyonu seyid olan həmvətənlərimə bu qısa yazını həsr edirəm. Həmişə eşidirəm, şahidi oluram. Təbii ki, seyidlər, dindoşlar haqqında. Deyilənlərə görə seyidlər peyğəmbər nəvəsidir. Özü də müqəddəs sayılırlarmış. Elə indi də onları müqəddəslik zirvəsinə qaldıran insanlar var. Bildiyimə görə mən də seyidəm, hətta babam […]

“Azadlıq ulduzu” altında ölənlər

“Azadlıq ulduzu” altında ölənlər

Toğrul Vəliyev Bakı artıq qeyri-rəsmi olaraq “Xəzər Dubai adlandırılır”. Bu titulla biz bir və ya iki binaya görə təltif olunmamışıq. Belə bir titul arxasında onlarla böyükmiqyaslı layihələr dayanır. Bunlardan “Azadlıq ulduzu” və “Dağ xizək kompleksi”nin adını çəkmək olar. Xəbər başlıqlarından biri bunlar haqqında danışırdı. Baxmayaraq ki, bəzi məlumatlara görə belə layihələr mövcud deyil, dəqiq desək, […]

Şükür etmirəm

Şükür etmirəm

Rəşad Qasımlı (İstanbul Universiteti Hüquq Fakültəsi) Bəli özümdən, cibimdəki telefondan, hər gün yeməyin yanında mütləq içməli olduğum koladan, gic-gic oyunlara verdiyim pullardan, telefon üstündə hər gün evdə gedən dava-qırğından, iki məmmədinə albeni aldığım bufet pulumdan, paltarlarımdan, markalarımdan, etiketlərimdən, ölkəmin zənginliyindən, neftindən, qazından, oğlanından, qızından, oxumuşundan, cahilindən, haqlısından, haqsızından, bütün varlığımdan, varlığımızdan utandım. Bizləri birləşdirən işlətdiyimiz […]

Niyə Hobbes kimi düşünürük?

Niyə Hobbes kimi düşünürük?

T. Hobbes 16-17-ci əsrlərdə yaşamış bir filosofdur. Onun bu düşüncələri müasir dövrə nə qədər uyğundur, görəsən bu dövrdə onun kimi düşünən və onun bu dedikləri ilə idarə edilən bir xalq, bir millət hələ də qalıbmı?! Məsələn, 21-ci əsrdə yaşayan Azərbaycan insanı dövləti necə görür? Sorğusuz-sualsız itaət ediləcək bir Tanrı kimimi? Yoxsa bütün davranışlarını qəbul etməli olduğumuz bir Leviathan, bir məğlub edilməz əjdaha kimimi?! Yoxsa sadəcə insanların qurduğu və insanlara xidmət edən bir quruluş kimimi? Ən sonuncu kimi düşünmədiyimizə əminəm.