Home » Archives by category » Sosial (Page 2)

Ayrılıq və Uşaqlar

Ayrılıq və Uşaqlar

Məlahət Gözəl Hər  il statistik göstəricilər dəyişir. Hər il faizlərdə gözəçarpan artım baş verir.  Doğrusu 2012-ci ilin nəticələri bəlli deyil hələ amma 2011-ci il kifayət qədər özünü göstərib.  Nigaha girənlərin sayı artdığı kimi 20%-də ayrılanların siyahısı artıb.  2011-ci ildə ölkədə 39 803 nigah bağlanıb, 5 335 nigah isə pozulub. Bu rəsmi statistik rəqəmdir. Təbii ki […]

Rəsmi Məscid

Rəsmi Məscid

Ziya Oktay  Keçən aylarda medyadakı bir  xəbərə görə, ‘’Bakı şəhərində yeni məscid kompleksi tikiləcək. Prezidəntin rəsmi saytına istinadən verilən məlumata görə, bununla bağlı prezidənt İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti yeni məscid kompləksinin tikintisi üçün Binəqədi  rayonu  ərazisində  torpaq sahəsinin    ayrılmasını təmin etməlidir. Yeni məscid kompleksinin layihələndirilməsi və tikintisi üçün […]

Niyə sırada dura bilmirik?

Niyə sırada dura bilmirik?

Xəyyam Namazov Bir sırada durmamaq var, bir də dura bilməmək. Biz sırada durmuruq yox, sadəcə dura bilmirik… Hadisə: Bakı, 60-70 nəfərlik bir sıra. Sonlara yaxın bir yerdə durmuşam. Ən azı bir neçə saat burada olacağımı anlayıram və işimi buna görə planlamışam. Bu sıra səfirlik önündə olduğu üçün səfirliyin təhlükəsizlik heyyəti tərəfindən təşkil olunub. Yəni sıranı […]

Qadın olduğum üçün bədbəxtəm

Qadın olduğum üçün bədbəxtəm

Məlahət Gözəlzadə “Mən qadın olduğum üçün bədbəxtəm”. Bu sözlərin sahibi mən deyiləm. Onun sahibi dünyaya qadın gəlməyin böyük bədbəxtlik olduğuna inanan birisidir. Bu fikrin sahibinə qarşı yaranan ilk təəssürat yəqin ki, dırnaqarası yaxşı ola bilər. İlk halda qınamaq ya da haqq qazandırmaq yanlışdı. Ona görə bu sözün müəllifi haqqında bir az danışım: Sadə bir kənd […]

Niyə xarici dil öyrənə bilmirik?

Niyə xarici dil öyrənə bilmirik?

Fazil Qasımov Dil insanlar arasında ünsiyyət vasitəsidir. Bu cümləni yəqin ki ilk dəfə eşitmirsiniz. Deyilənlərə görə, insanlar ilk vaxtlar qırıq-qırıq səslər vasitəsilə bir-biriylə ünsiyyət saxlayırmış. Yəni, insanlar Yer planetində peyda olan kimi danışmağı bacarmırmış. Zamanla qırıq-qırıq səslər sözlərə çevrilib və sözlər məna ifadə edibdir. Sözlər vasitəsilə də cümlələr meydana gəlib. Fəqət bütün bu mərhələlərdə proseslər […]

Mixaylo şəhərdədir, yoxsa Mixaylo hamilədir?

Mixaylo şəhərdədir, yoxsa Mixaylo hamilədir?

Rafiq Vəliyev Diqqət çəkməyin ucuz və ya bahalı üsulları  Sosial şəbəklələr artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Qərbdən ixrac olunan sosiallaşma bizdə o qədər dərinə gedir ki, hərdən fikirləşirsən ki, günlərin bir günü facebook bağlansaydı nə olardı? Qərb “vur” deyəndə şərq “öldürüb” həmişə. Qərbdəki bu sosiallaşma dalğası şərqə doğru transfer olduqca inkişaf edib-edib bizi asosiallaşmağa aparacaq, […]

İnsan azadlığı necə qazanmalı…

İnsan azadlığı necə qazanmalı…

Murad Nəsibbəyli Azadlıq nədir? Nədəndir? İnsanlar heç də BMT-nin insan hüquqları haqqında bəyannaməsinin birinci maddəsində deyildiyi kimi azad doğulmurlar. Azadlıq güc ilə bağlıdır. Dəyişdirmək və ya yaratmaq gücü olan azaddır. Nə qədər çox dəyişdirmək gücün varsa, o qədər də azad ol bilərsən. Azadlığı təcürbə etmək/yaşamaq dəyişdirmək və ya yaratmaqdır. Dəyişdirib və ya yaratmağın verdiyi həzz […]

Etnik konfliktlər və siyasi seperatizm

Etnik konfliktlər və siyasi seperatizm

Məmmədli Mehdi (Qərb Universiteti Siyasi Elmlər fakultəsi) Konfliktin geniş yayımış təriflərindən biri belədir: konflikt müəyyən dəyərlər, sosial status, hakimiyyət və məhdud maddi, mənəvi ideyalar uğrunda aparılan mübarizədir. Müasir dövrdə müxtəlif ölkələrdə o cümlədən postsovet ərazisində milli-etnik konfliktlər xarakterikdir. Etnik konflikt ümumi sosial ziddiyətlərin konkret, spesifik ifadə formasıdır. Etnik konflikt dedikdə milli mənafələrin müdafiəsi üçün yaradılmış və […]

Müsəlman və idman

Müsəlman və idman

Ramil Qafarov Yenə də Olimpiada mövzusuna qayıdacam. Açılış mərasiminə. Səhnələrdən sonra komandaların keçidini həvəslə izlədim. Dünya nəhənglərindən cırtdan ada ölkələrinə kimi yer kürəsi arenada idi. Hər bir ölkə fərqli geyimdə, fərqli dəri rəngində. Ancaq bu təntənə içərisində dəhşətlə izlədiyim bir reallıq vardı. Müsəlman ölkələri və onların atletlərinin sayı. Doğub törəyən, miqrasiya ilə dünyanı basan müsəlmanların […]

Allaha inanmayan Allahın Yaponları 2

Allaha inanmayan Allahın Yaponları 2

Rafiq Vəliyev Bəs, bu gündoğan ölkədə işçi və işəgötürən psixologiyası necədir? Yaponiyada insan amili, işçilərə münasibət qərbdəkindən köklü sürətdə fərqlənir. Məsələn, Yaponiyada işçinin şəxsi ciddi problemi olmadıqca və cinayət işləmədikcə işdən çıxarılmazlar. Hətta firmalar arasında qarşılıqlı işçi alış-verişini durdurmaq üçün hazırlanan qaydalar belə vardır. Bu olmasa belə, yaponlar işlərini tez-tez dəyişməyi, hətta dəyişməyi sevməzlər. Burada […]