Home » Archives by category » Nəzər nöqtəsi (Page 3)

Plüralizm Nədir?

Plüralizm Nədir?

Tural Qulu  Plüralizm mədəniyyətdir. Plüralizm cəmiyyətdə müxtəlif ideologiya və fikirlərin olmasıdır. Plüralizm monotonluğu, vahid ideologiya və fikrin hegemonluğunu, bütün cəmiyyətə təlqin və məcbur edilməsini rədd edir. Plüralizm insanların azad düşünməsini, hadisələr barədə öz fikrinin olmasını dəstəkləyir. Plüralizm müxtəliflik, rəngarənglik və zənginlikdir.  Bu cəmiyyətin normal və təbii halıdır. Çünki insan müstəqil fərddir, onun öz fikri, düşüncə tərzi və zövqü […]

Pərdə arxasındakı kimliklərimiz

Pərdə arxasındakı kimliklərimiz

Məlahət Gözəl Təsəvvür edin ki, həyatımızın tam ortasında boyük pərdə asılıb. Bizsə, pərdənin arxasında yer almışıq. Yox,  düşünməyin ki, “həyat teatr biz aktyor” kimi şablon yanaşmalara yer vermək fikrindəyəm. Əslində, pərdə arxasında mövcud yerimizdən söhbət açmaq istəyirəm. İstənilən halda, dəyişməyən bir yerə sahibik. Ən pisi isə odur ki, bu öz əlimizdədir. Olduğumuz yerdən heç də […]

Türkiyədə nə baş verir?!

Türkiyədə nə baş verir?!

Rza Kazımov Türkiyədə baş verən hadisələrə retrospektiv yanaşmaq lazımdır. Türkiyədə illərlə islamçılar aşağılandı, mənəvi təzyiq altında yaşamaq məcburiyyətində qaldı. İslamçılar “28 Şubat” hadisələrində mağaralarda əzilən qrup idi. Uzun illər məmurlar Cümə Namazlarına gizlin getdilər, ibadətlərini heç kimin bilməyəcəyi şəkildə etmək məcburiyyətində qaldılar. İsmət İnönünün “İslamçıları Əhilləşdirməsi” siyasəti Türkiyə daxilində bir paralel dünya yaratdı. Azanı türkcə […]

Mədəni cəmiyyət haqqında

Mədəni cəmiyyət haqqında

Ad tale kimi Ad sanki taledir. Bir şeyə necə ad qoydunsa, taleyi də elə olur. Bizim vətəndaş cəmiyyəti kimi. Sovetlər dağılandan sonra bu fenomen bizə ayaq açanda adını ruscadan kalka edib “vətəndaş cəmiyyəti” qoydular, bununla da hər şey bitdi. Vətəndaş cəmiyyətindən kənarda vətəndaşımız qalmadı, AzTV planı artıqlaması ilə yerinə yetirdi. Vətəndaş cəmiyyətindəkilərin də Vətən daş […]

Necə vətəndaş olunur?

Vətəndaşlıq hüquq və azadlıqlara sahib olmaqla yanaşı vətənə – yaşadığın cəmiyyətə öhdəlik daşımaq təcrübəsini də əhatə edir. Əslində, vətəndaş olmağın, vətəndaş cəmiyyəti qurmağın ən böyük çətinliyi bu təcrübəni yaratmaqdır. Başqa sözlə əsl vətəndaş cəmiyyəti o zaman yaranır ki, vətəndaşlar özlərinin sosial (və həm tə təbiətə) məsuliyyətini hiss edir, qəbul edir və buna uyğun davranır. Bəs, […]

Fəxr edirik ki, hamı kimiyik

Fəxr edirik ki, hamı kimiyik

Mehdi Axundov Elə bir cəmiyyətdə yaşayırıq ki, bəzi məsələlərdə düşünmədən və sorğulamadan “hamı”laşırıq. Cəmiyyətimizin böyük əksəriyyətini şablon düşüncəli fərdlər təşkil edir. Burda elə bir ciddi qəlibləşmə var ki, qəlibdən kənar olan istənilən fərd sıxışdırılıb rədd edilir. Bununla mübarizə aparmağa gücü çatmayanlar hamılaşmaqdan başqa bir yol görmür. Nəticədə biz hamılaşırıq. Məsələn, biz bəzi şəxslərlə və hadisələrlə […]

Livan “baharı”

Livan “baharı”

Fuad Şahbazov Ötən ay Livanın baş naziri Nəcib Mikatinin gözlənilmədən qəfil istefasından sonra Livanda yaşanan qısa müddətli siyasi böhran aprelin 9-da Prezident Mişel Süleymanın və ölkə parlamentinin yeni baş naziri təsdiq etməsi ilə qismən də olsa yatışdı. Yeni vəzifəyə gətirilən Livanın keçmiş mədəniyyət naziri Tammam Salyam dərhal yeni kabinet formalaşdırmaq üçün prezidentlə təkbətək görüş keçirdi. […]

Müasir müxalifət və Dekabristlər

Müasir müxalifət və Dekabristlər

Toğrul Vəliyev Bu yaxınlarda Bakıda yerli müxalifətin bir neçə etiraz aksiyası keçirilmişdir. Bu mitinqlər özünə görə tamaşaya oxşayırdı. Lakin yaxşı tamaşaya yox, sadə, az kütlənin istifadəsi ilə qeyri-peşəkar aktyorlu tamaşaya. Hətta əgər bütün iştirak edən etirazçıların, polislərin və jurnalistlərin sayını cəmləşdirsək, ümümən 0,0(0)1% də təşkil etməzdi. Əgər onlar hətta öz partiya üzvlərinin onda birini yığa […]

Proqresi məğlub etmək olarmı?

Proqresi məğlub etmək olarmı?

2013 – seçki ilidir. Prezident İlham Əliyev üçüncü dəfə Prezident olmağa hazırlaşır. Amma hakimiyyətdəkilər çox yaxşı başa düşürlər ki, bu, çətin və məsuliyyətli prosesdir. “Üçüncü dəfə” söhbəti artıq ciddi məsələdir. Axı, özləri də tez-tez deyirlər ki, “Azərbaycan Misir, Suriya deyil!” – üçüncü müddət məsələsi isə Azərbaycanın Suriya və Misir yolunda atacağı ən böyük addımlardan olacaq. […]

Bilmək haqqı – Haqqı bilmək

Bilmək haqqı – Haqqı bilmək

Tural Osman İnsanlar bilmək istəyir. Bu gözəldir. Bəs bilməyin haqqını veririkmi? Bilmək haqqda və bilməyin haqqını necə verə bilməyimiz haqqında bəzi düşüncələrimi acizanə yazmaq istədim. İnsanın həyat tərzi onun “bilməyini” müəyyənləşdirir. Yoxsa oxuduğu kitabların sayı, ümumiyyətlə çox bilib-bilməməsi, oxuyub-oxumaması yox. Söhbət bilməyinin sayından yox keyfiyyətindən gedir, hətta söhbət bilməyinin keyfiyyətindən də getmir… Çünki burada da […]