Home » Archives by category » Maarifçilər (Page 2)

“HƏQİQƏT”Ə DÖZÜM!

Ahmet Ağaoğlu 1869–1939 (Sarbon Universiteti ) – İndi iki digər sual haqqında nə deyə bilərsiniz? – O sualları da xatırlayıram. Sizdən “doğrunu sevirsənmi? Həqiqətə dözümün varmı?” – soruşdular. Həmin suallara sərbəst insanlar şəhərində böyük qiymət verilir. Doğrunu sevmək və həqiqətə duruş gətirmək azad insanlar üçün mühüm əsaslardır. Gerçəyə qalınca, bu iki sual bir şeydir: Doğrunu […]

QARDAŞ TÜRKİYƏNİN İMDADI

QARDAŞ TÜRKİYƏNİN İMDADI

Məhəmməd Əmin  Rəsulzadə 1884-1955  (İctimai-Siyasi Xadim) Bolşeviklər Azərbaycan türklüyünün Rusiya ixtilali-kəbiri tərəfindən dəxi elan olunan “təyini-müqəddarat” haqqından istifadəyə qalxdığını, Bakı sokaklarında axıtdıqları qanlarda boğmaq, “İsmailiyyə” binasında yaxılan hürriyyət məşəlini o möhtəşəm binanın ənqazi-vərəmadi altında söndürmək istədilər. Böylə müdhiş bir cinayəti-tarixiyyə vüqu bulduğu zaman milliyyət fikir və idealını təmsil edən müsəlman məbuslar Tiflisdə idilər. O zaman […]

SƏRBƏST İNSANLARIN ŞƏRTLƏRİ

SƏRBƏST İNSANLARIN ŞƏRTLƏRİ

Ahmet Ağaoğlu 1869–1939 (Sarbon Universiteti ) İki gündən sonra ustadlar yenə gəldilər. Onlardan birinə üz tutub dedim: – Ustad, məni bağışlayın, Sizi çox yoruram. Ancaq bir az da ümumi əsaslar haqqında izahat vermənizi xahiş edirəm. Qala qapısındakı keşikçilər mənə bir neçə sual verdilər. Hamısına “bəli” cavabını verdim. Düzü, boynuma alıram ki, cavablarım şüurlu deyildi, yalnız Qalaya […]

HƏRBİ-ÜMUMİ VƏ İXTİLALİ-KƏBİR

HƏRBİ-ÜMUMİ VƏ İXTİLALİ-KƏBİR

Hakimiyyəti-milliyyə davasının 1905 sənəsi Rusiya inqilabi-səğiri nəticəsində milli məktəb, milli mətbuat və milli cəmiyyətlər təsisinə aid cüzi müsaidələr kibi qazandığı məhsullar vardı.

Doğrudur ki, bu məhsullar kəmiyyət etibarilə çox məhdud, keyfiyyət etibarilə də pək yeni idi. Məmafih bu müsaidələrdən istifadə edən Qafqasiya türklüyü böyük müharibə ərəfəsində və ixtilali-kəbirin partladığı zamanda pək də hazırlıqsız deyildi. Gərçi vəzaif və məqasidi-milliyyətinin əzəmət və müşkilatı ilə mütənasib bir təşkilata daha malik deyildisə də, artıq siyasi idrakdan məhrum, arzuyi-millisi təəzzüv etməmiş şəkilsiz bir kütlə halında dəxi deyildi. Həyatını ibraz edəcək vasitələrə malik, diri və yaşamaq istədiyini hiss etdirəcək ziruh bir vücud halında idi.

AZADLIQ VƏ XARAKTER

Ahmet Ağaoğlu 1869–1939 (Sarbon Universiteti ) Natiq bundan sonra əsl mövzuya keçərək azadlıqla xarakter arasındakı bağlılığı anlatmağa başladı və dedi: – Bu ön sözdən sonra məqsədimin izahı çox asandır. Siz də razılaşdınız ki, azadlıq yalnız fədakar xarakterə söykənir. Doğrudan da azadlığa qarşı təhlükələrin qaynaqlarını təyin etmək çətin deyil. Bunlar bütövlükdə bəzi vətəndaşların basqı və zorakılığa meyl […]

AZƏRBAYCAN XALQI

Məhəmməd Əmin  Rəsulzadə 1884-1955  (İctimai-Siyasi Xadim) Hərbi-ümumidən[i] əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, şimali İranda vaqe Təbriz ilə həvalisinə deyilirdi. Hərbdən və böyuk Rusiya ixtilalından sonra dillərdə dolaşan Azərbaycan salifüzzikr Azərbaycanın Şimalında Cənubi-Şərqi Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Bakıdır. Azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə İslam, mədəniyyəti-əsasiyyə etibarilə şərqlidirlər.   Kəndi ləhceyi-məxsusəsilə Anadolu türkcəsinə yaxın bir şivə […]

SƏRBƏST ÖLKƏDƏ NƏZARƏT İŞİ

Ahmet Ağaoğlu 1869–1939 (Sarbon Universiteti ) …Ancaq bunu da unutma ki, nəzarət etmək azad olmaq qədər çətindir. Nəzarət heç də hər kəsin ağzına gələni söyləməsi və haqlı-haqsız başqalarını pisləməsi demək deyil. Belə nəzarət nəzarətsizlik qədər iyrənc və zərərlidir. Şəxsiyyəti alçaldan böhtan və şayiədən ibarət olan nəzarətə bizdə əsla yol verilmir və buna cəsarət edən hər bir […]

QATİL KİMDİR?

Məhəmməd Əmin  Rəsulzadə 1884-1955  (İctimai-Siyasi Xadim) ƏSRİMİZİN SİYAVUŞU Əvvəlcə tarixin Siyavuşuna bir göz gəzdirək: İran romantizminin mahir şairi Firdovsi Tusinin dəyərli adını dünyalar durduqca qalan və şairanə “Nəmirəm əz in pəs ki, mən zindəəm” deyə öyünməsini kamal, cəsarət və ithaflarla söylədən “Şahnamə”nin, məncə ən şah əsər dastanı – Siyavuş hekayə – xəzinəsidir. “Şahnamə”nin ən ruhlu qismi, məlumdur ki, […]

XALQIN YÖNƏLTDİYİ DÖVLƏT!

Ahmet Ağaoğlu 1869–1939 (Sarbon Universiteti )  – İndi mümkünsə, 11-ci maddənin mənasını açıqlayın. Bu maddədə deyilir ki, “Şəhər işləri ilə məşğul olmaq üçün yetkin olmaq, yetki qazanmaq şərtdir”.  – Oğlum! Bu üsul şəhərin xoşbəxtliyi üçün əsasdır. Azad olmayan ölkələri tək bir şəxs idarə edir. Hökmdar deyilən bu adamın iradəsi hakimdir. Hamı ona baş əyməyə borcludur. Belə […]

AZƏRBAYCAN CÜMHURİYYƏTİ (2)

 Məhəmməd Əmin  Rəsulzadə 1884-1955  (İctimai-Siyasi Xadim) Əvvəli (AZƏRBAYCAN CÜMHURİYYƏTİ (1)) ƏSRİMİZİN SİYAVUŞU Əvvəlcə tarixin Siyavuşuna bir göz gəzdirək: İran romantizminin mahir şairi Firdovsi Tusinin dəyərli adını dünyalar durduqca qalan və şairanə “Nəmirəm əz in pəs ki, mən zindəəm” deyə öyünməsini kamal, cəsarət və ithaflarla söylədən “Şahnamə”nin, məncə ən şah əsər dastanı – Siyavuş hekayə – xəzinəsidir. “Şahnamə”nin ən […]

Page 2 of 3123