Home » Archives by category » Bloq (Page 4)

Öyrənə-öyrənə həyatda bir şeyi öyrəndim

Öyrənə-öyrənə həyatda bir şeyi öyrəndim

Nisə Hacıyeva Öyrənə-öyrənə həyatda bir şeyi öyrəndim, öyrəndikcə xoşbəxtlikdən bir addım uzaqlaşmağı. Mənim üçün öyrənmək özümdən  hər dəfə narazı olmağı öyrətdi. Qərara gəldim ki, cahillik xoşbəxtliyin sinonimidir. Bəs əldə etdiklərim? Əldə etdiklərim mənim üçün əldə etmədiklərimdən nə qədər uzaq olduğumu göstərdi. Ona görə düşünürəm ki, insan nə qədər az bilərsə, bir o qədər az əldə […]

Le Jouet – Oyuncaq filmi

Le Jouet – Oyuncaq filmi

İbrahim Niftiyev Yəqin ki, bu o filmlərdəndir ki, proqramda və ya anonslarda görəndə yenə də baxmaq istəyirsən. Fransa öz filmləri ilə o qədər də məşhur olmasa da mən Pyer Rişardın iştirak etdiyi filmləri Hollywood filmlərindən üstün tuturam. 1976 ci ildə çəkilən amma vaxt keçdikcə dəyəri daha da artan filmlərdəndir. 19 yaşım var və demək olar […]

Övladlarınızı Xoşqədəm nağılından qoruyun…

Övladlarınızı Xoşqədəm nağılından qoruyun…

Rza Kazımov Professor Ulrix Qehde ilə mədəni relativizm haqqında mübahisələrimiz səngimək bilmirdi. Mənimlə onun arasında yəni dəyərlərin ümumiləşdirilməsi ilə özəlləşdirilməsi arasında mübahisə axırda atəşkəs ilə başa çatırdı. O insanların fövqəladə halda eyni olduğunu və hətta mədəniyyətlərin fərqlərini belə nəzərə almamağı məsləhət görürdü. Axı mən ona Xoşqədəmin nağılını necə izah edə bilərdim. İzah etsəm belə inanmayacaqdı. […]

Ciddi Sual 1: …ruha nə qədər meyllidir?

Ciddi Sual 1: …ruha nə qədər meyllidir?

Vuqar Hasani Ruhun əsl təbiəti “orta yol”-a meylli olsa da, insan ruha nə qədər meyllidir? “Soulmates”-in ifa prosesində Ulrich Drechsler Kvarteti ruha nə qədər meyllidir? “Flintstones” ailəsinin bir çox əşyasının heyvan olması konseptini düşünən ssenarist ruha nə qədər meyllidir? Dünyanın ən kiçik “Ramada”-sının aşbazı indilərdə bişirib qurtardığı yeməyin dadına baxarkən ruha nə qədər meyllidir? ODTÜ-də […]

“2İ” ölkəsində

Hacı Zeynallı 2013-cü il. Oktyabr ayının 15-i. Gecə vaxtı ölkə 10 il bundan qabaq kı kimi yenidən silkələndi. Ölkədə növbəti dəfə dövlət çevrilişi oldu. Zurna-balabanla İctimai Palata YAP rejimindən hakimiyyəti ələ keçirdi. Tam olaraq sağlam bir çevriliş. İsa Qəmbər prezident olaraq xalqın qarşısında, AzTV-də çıxış edərək bizlərə “AZADLIĞIN” nə olduğunu yaşadacağına, konstitusyon hüquqlarımızı bizlərə verəcəyinə, […]

Kəpənək

Kəpənək

Vüqar Həsani Bir yanı qarışmış, hər yanı qırışmış, sağı səni, solu məni yeyən orqanım məni sökdü-dağıtdı. Soğana, banana deyirəm ki, beyniniz yoxdur kefdəsiz, inanmırlar. “İnanmama” feilinin icrasını hansı orqanlarıyla həyata keçirirlər ki? Soğana, banana qalmamışam, mənim dərdim başqadır. Dərdinin başqalığıyla həyəcanlanan “reggae style” sənətkar olmaq istəmirəm. Erkan Oğur pərdəsiz gitaranı kəşf edir, sonra da səmimi […]

“Qaytar geri!”

Yasin Türksoy (Vətəndaş) Vətən xaini, sən ey Millət düşməni, Şirinin zəhər oldu, acını qaytar geri. Azərbaycan xalqının ləkəsiz namusunu, Azərbaycan xalqının tacını qaytar geri. Dönməz igidlərimi kürəyindən atılan, Məsum körpələrimi tonqallara çatılan, Diri-diri kəsilib ağalara satılan, Cavanların qolunu, qıçını qaytar geri. Bədəni parça-parça zindanlara atılmış, Hər cür təhqir olunmuş, hər cür ələ salınmış, erməninin əliylə bircə-bircə […]

Özüm özümdən utanıram…

Xəyyam NAMAZOV (Qafqaz Universiteti) Artıq otuz ildir ki, universitetdə müəlliməyəm. Düz otuz il. Az deyil bu. Bu illərdə hər cür insana hər cür tələbəyə rast gəlmişəm. Hamısı bir birindən fərqli və müxtəlif yüzlərlə tələbə. Hər birində fərqli xasiyyət, fərqli davranış, fərqli düşüncə tərzi.   İlk dəfə unviversitetə gələndə və o partalarda oturanda hər birinin üzündə bir […]

Mənim azadlığım

Məlahət Gözəlova (Azərbaycan Universiteti) Bəli mənim azadlığım yalnız mənim azadlığım. Mənə məxsus bir azadlıq mənim kəşf etdiyim mənim içinə daxil olduğum, mənim yaratdığım əsrinə qurbanına çevrildiyim azadlığım. Onu mən yaratmışam, o mənim yaratdığım üçün bu gün var. O mənim təxəyyülümün mənim düşüncəmin mənim ürəyimin bütövlukdə mənim varlığımın məhsuludur. Səhv, doğru, eyri, düz ferq etmir. O […]

Bir Metro Əhvalatı

Ziya Oktay (Selçuk Universiteti Tarix Fakültəsi) İlkin Hüseynov (Marmara Universiteti) Vaqonda səyahət edən istisnasız hər kəs, bəlkə də o gün Moskva metrosunda olan hər kəs kitab oxuyurdu. Hər mövzuda kitablardı bunlar.  Kitabların qapaqlarında təxminən bilmək olurdu. Dedektivlər, populyar romanlar və təbii ki, klassiklər. Bəlkə də, çoxları Rus klassiklərini oxuyurdular. Bəlkə də çoxu Dostoyevski oxuyurdu. Vaqonun baş tərəfində […]

Page 4 of 512345