Home » Archives by category » Bloq (Page 2)

İstəyirəm

İstəyirəm

Məlahət Gözəl İnsan yaşamadıqlarını yaşasaydı, indi yaşadıqlarının həsrətini çəkərdi. İnsan hər zaman xoşbəxtliyi yaşamadıqlarında axtarar. Çünki, əlindəkinin dəyərini bilməz. Çox az şükür edər. “Əslində yaşaya bilərdim, amma olmadı” dədikləri bir aldatmacadır. Sadəcə, bir xəyal məhsuludur. Çünki onu hər zaman sevinc, sevgi dolu xəyal edər. Orada problemlərdən əsər əlamət yoxdur. Orada stress anlayışı tamamilə silinmişdir. Bəs, […]

“Eşqin Metafizikası”, Sevgi və Seks arasındakı incə cizgi

“Eşqin Metafizikası”, Sevgi və Seks arasındakı incə cizgi

Xəyyam Namazov Siz, ey müdriklər, Yüksək və dərin biliklərə sahib olanlar, …bilirsinizmi?! Necə, harada və nə zaman çütləşdiyini hər şeyin, Niyə sevişdiyini və öpüşdüyünü…  Giriş Əsrlər boyu sevgi, eşq haqqında minlərlə elmi, bədii və başqa sənət əsərləri yaradılıb. Bu, indi də davam edir. Mümkün deyil ki, insan təbiətinə uyğun olmayan, yəni real fiziki əsasları olmayan […]

Zolaqlar – 50 ilin yol yodaşları

Səbahət Nəsibbəyli Uşaq olarkən zolaqlı corabları çox sevərdim. Nədənsə, belə corablar mənə  cəlbedici və gözəl görünərdi. Kimin ayağında  zolaqlı corab görsəydim, gözüm  onda qalardı.  Həyatda heç nəyə həsrət deyildim. Şükürlər olsun ki, atalı-analı, qayğısız uşaqlıq illərimi yaşayırdım. Hətta mənə zolaqlı corabları sevə-sevə toxuyan  sevimli bir nənəm də var idi. Amma, nədənsə, zolaqları çox sevirdim, xüsusilə ağ və […]

Biz küçəyə çıxıb başqaları tərəfindən “qınanmaq”dan qorxuruq.

Nisə Hacıyeva Bu yaxınlarda Gülər Əhmədova hadisəsi ilə bağlı protestə çıxan insanları izləyərkən beynimdə qəribə suallar yarandı. Bu, heç bir çərçivəyə sığmayan hərəkəti protest etmək üçün niyə bu qədər az adam küçəyə çıxıb öz sözünü deməyə çalışırdı? Bəlkə, bəziləri bunu polisdən, döyülməkdən qorxmaq kimi anlatmağa çalışar. Amma mənim bu barədə başqa fikirlərim var  Yadıma mən […]

Yarımçıq Məktublar (hekayə)

Yarımçıq Məktublar (hekayə)

Xəyyam Namazov Rayondakı tək-tük binalardan birinə aid mənzilin kiçik bir otağı idi burası. Küncdə köhnə bir qardirob, onun qarşısında o qədər də böyük olmayan bir yataq, digər tərəfdə isə tək nəfərlik stol və stul vardı. Yatan qızın arada-bir sağa-sola çevrilməsini saymasaq, tam səssizlik idi otaqda. Heç bayırdan da səs gəlmirdi. Sanki rayon qızla birlikdə yuxuya […]

Səhnə ardında qalanlar

Səhnə ardında qalanlar

Məlahət Gözəl Göz önündə olan insanların xəmirini yoğuranlar məhz elə səhnə arxası insanlardır. Böyük əmək, zəhmət sayəsində cəmiyyətə yeni insan təqdim edirlər. Onun səhvini, düzünü özündən daha yaxşı bilərəkdən bu yola çıxırlar. Ürəkləri fəth edən bir əsər, musiqi parçası, oynalınan obrazlar bu kimi şeylərin arxasında duranlar ki var, bax əsl dahi onlardır. Hər zaman ifaçını […]

Dəyişməkdən qorxmayanlara həsr olunur!

Dəyişməkdən qorxmayanlara həsr olunur!

Məlahət Gözəl O özü özüylə danışır. O kiminləsə nəyisə paylaşmadan dodaqlarını tərpətmədən susaraqdan öz susqunluğuyla danışır. O hələ danışır, dayanmadan durmadan. Heç kimin eşitmədiyi bir səslə danışır. O deyə bilmədikləri, üsyan edə bilmədikləri haqqında danışır. İttihamlar, etirazlar, qadağalar, qanunlar, irad və qınaqlar haqqında danışır. Eşidilmədiyini bildiyi halda yenə yenə yenə yenə danışır. Onun belə danışığı […]

Siqareti tərgitməyin qısa antologiyası

Siqareti tərgitməyin qısa antologiyası

Sadiq Məmmədov Siqaret çəkməyə yeni başladığım ilk beş ay ərzində onu təxminən elə beş dəfə də tərgitmişdim. Sonrakı beş il ərzində də bir beş dəfə tərgitdim. O vaxt heçnə alınmadı, tam uğursuzluğa düçar oldum və uzun müddət tərgitmək haqqında heç ciddi düşünmədim də. İndi isə, arada-sırada bir dənəsini, onu da naşı kimi çəkməyimi nəzərə almasaq […]

Sənin küçələrin soyuqdur, Bakı

Sənin küçələrin soyuqdur, Bakı

Vəfa Nağı Sənin küçələrin soyuqdur Bakı. İnsanları mənən isidə bilmirsən.  Sən yorğunluqdan ayaq üstə dura bilməyən,  saçları toz-torpaq içində itən adama bənzəyirsən. Səninlə danışmaq mümkün deyil, məni dinləmirsən. Bakirə qız kimi göstərmək istəyirsən özünü. Amma üzündə zorlanma əlaməti var. Sənin yanında özümü yaxşı hiss edə bilmirəm, digər şəhərlərə baxanda fərqin çox böyükdür. Olsun, bundan şikayətim […]

Xəzər kimi yalnızam

Xəzər kimi yalnızam

Vəfa Nağı Ağlayanda sığınmaq istədiyin şəxs kimdir? Uşaq kimi ətəyindən tutduğun, əlinin arxası ilə göz yaşlarını silmək istədiyin? Bu istək həmişə olmasa da, həyatında bircə dəfə də olsun olur. Kimisə xəyal edirsən? Kimisə qucaqlayıb, hirsini töküb, içindən gəldiyi qədər ağlamaq istəyirsən. Dəniz kənarında oturub bozarmış Xəzərin suyuna baxanda bu hissləri keçirirəm mən. Bəzən isə elə […]

Page 2 of 512345