Home » Archives by category » Bloq

TOEFL iBT imtahanına necə hazırlaşmalı

TOEFL iBT imtahanına necə hazırlaşmalı

Xaricdə təhsil almaq istəyən tələbələrin sayı artdıqca TOEFL/IELTS imtahanı vermək istəyənlərin sayı da çoxalır. Bu yazıda TOEFL iBT imtahanının struktru barədə danışacağam və hazırlıq prosesində sizə yardım edəbiləcək məlumatlar verməyə çalışacağam. Əvvəla, getmək istədiyiniz ölkə, konkret olaraq isə universitetin hansı imtahanı qəbul etdiyini öyrənin. Universitetlərin çoxu hər iki imtahan nəticəsini qəbul etsə də, bəzi Amerika […]

Nostalgiya

Nostalgiya

Xəyyam Namazov Hər kəs unudulmayacaq bir iz buraxır səndə Və hər kəs özüylə bir şeylər aparır səndən… Bir daha bir-birinizi görməyəcək olsaz belə, heç vaxt qopmursunuz bir-birinizdən. Bəzən, sadəcə bir işarə bəs edir bütün o münasibətləri yenidən yaratmağa, o zaman uçurumunu keçməyə, o buzları əritməyə…  Sadəcə bir qoxu, bir söz, bir əşya və ya bir […]

Şəfiqə Axundova haqqında

Şəfiqə Axundova haqqında

Məlahət Gözəl Bu gün Şərqin opera yazan ilk qadın bəstəkarı, xalq artisti, Şöhrət ordenli, əvəzsiz yaradıcılığa sahib Şəfiqə Axundova haqqında yazmağı özümə borc  bilirəm. Mirzə Fətəli Axundov nəsilinin nümayəndəsi olan Şəfiqə xanım 1924-cü ildə Şəki şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Qulam Axundov Bağıroğlu 1917-1920-ci illərdə Şəki, Qax, Balakən mahalında birinci katib işləyib. Bu səbəbdən də […]

“Haqq mənəm, haqq məndədir, haqq söylərəm”, Nəsimi

“Haqq mənəm, haqq məndədir, haqq söylərəm”, Nəsimi

“Tanrı” sözünün sinonimi mənim üçün “vicdan”dır. Mən bir  vicdan daşıyıcısı kimi həm də tanrı daşıyıcısıyam.  Mən həqiqətəm, doğruyam. Ona görə də, insanlar mənə 14 əsr bundan öncə yaşamış bir kişinin tanrısını, həqiqətlərini  sırımağa çalışanda şüşənin arxasında qəribə hərəkətlər edən bir palyaçoya bənzəyirlər.  Tanrını yerdə, göydə, buludların arasında  və digər qeyri-müəyyən yerlərdə axtaranlar onu heç bir […]

Aldatmaca (hekayə)

Aldatmaca (hekayə)

Xəyyam Namazov Bu, buludla örtülmüş bomboz səmanın rəsmiydi. Dalğalanırdı sanki. Gölməçə üzərində yaranmış göy üzünün əksi gah yağış damcısı ilə pozulur, bir anda yox olur, gah da yenidən özünü toparlamağa çalışırdı, ta ki, növbəti damcı suyu dalğalandırıb, rəsmi yox edənə kimi. Bayaqdan bəri davam edən bu oyunu kiçik gölməçəni tapdalayan bir ayaq sonlandırdı. Və arxasınca […]

Azər CIRTTAN’la söhbətləşmə – [VIDEO müsahibə]

Azər CIRTTAN’la söhbətləşmə – [VIDEO müsahibə]

Azər Cırttan – müasir yeni gəncliyin diqqət mərkəzində olan, bu gəncliyi təmsil edən və onların ideyalarını öz musiqilərində ustalıqla ifa edən bir sənətkar. Cəmiyyət e-jurnalının yazarı Məlahət Gözəlin Azər Cırttanla söhbətləşməsinə baxaraq, CIRTTANı bir də fərqli yönləri ilə tanıya bilərsiniz: Qonaq Köşə Yazarı Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz […]

Elgün Quliyevlə müsahibə: 33 illik həyat yolculuğum

Elgün Quliyevlə müsahibə: 33 illik həyat yolculuğum

Söhbətləşdi: Məlahət Gözəl Tanrı insanı gözəl yaradıb, sevərək  yaradıb. Hər cizgizi hər izi xüsusidir. Eybəcərliyin içində belə gözəl naxışlar var. Məhz bizi fərqli edən bunlardır, bizə bəxş olunanlardır. Nə qədər şükür etsək belə azdır. Musiqiçilər, yazarlar, şairlər, bəstəkarlar onlar xüsusi bir özəlliyə sahibdirlər. Fərqli yaradılışın nümunəsidirlər. Onların gözüylə həyat tam başqadır. Onların sevinci, sevgisi də […]

Onun həyat eşqi haqqında

Elnur İmanbəyli (Azərbaycan Diplomatiya Akademiyası) “Biz onlara deyə bilmərik ki, ayağa qalxın, alqışlara qoşulun. Amma deyə bilərik ki, gəlin, biz ayağa qalxaq,  onları alqışlayaq”.  Belə başladı onlarla tanışlığımız. Həmin günkü təqdimatda ADA ailəsinə iki yeni üzv qoşuldu. Bu insanlar Azərbaycanda qeydiyyatda olan yarım milyondan çox əlilliyi olan insandan yalnız ikisi – yerimə əlilliyi olan iki […]

Biz əsl uşaq idik

Biz əsl uşaq idik

Məlahət Gözəl Biz əsl uşaq idik Düşüncələrimiz saf, Duyğularımız körpə, Yüksək səsə ağlar, Peşmanlıq duyar, Səhvlərdən usanmaz, İstəklərdən dönməzdik. Biz əsl uşaq idik Xəyallarımız nağıllar, Rəngsiz cizgi filimləriylə, Böyüyər artardı Yaşadığımız anlar gecələr. Yuxularımızın qonağı olar. Xəyallar qurardıq, Qəhrəman olardıq. Kimləri kəsib atar, Kimləri saxlardıq. Heç kimsə qarışamazdı bizə. Oyunlar qurardıq, Özümüz qurardıq. Saatlarla oynasaqda, […]

O səs Türkiyədən, Elgün Quliyev

O səs Türkiyədən, Elgün Quliyev

Məlahət Gözəl Hər zaman düşünmüşəm ki, Azərbaycan milləti üçün sənətçi yetişdirmək çətin deyil.  Əslində səbəbini özüm belə bilmirəm amma  dünya səhnələrinin pasını silməyə qadir insanlar yetişib və hələdə yetişir.  Baxamayaraq ki, hər sahədə olduğu kimi burada da sosial, siyasi, maddi faktlar önə keçir amma yenə də hər şeyə xüsusiylədə bütün çətinliklərə rəğmən “Mən Varam” deyib […]

Page 1 of 512345