Biz və Özgüvənimiz
Nicə Hacıyeva
Son zamanlara mühacirata qaçıb gedənlərin sayı getdikcə artmaqdadır. Gedənlər də, səbəblərini bildirib gedirlər. Çox zaman bu insanlarda qıcıq yaradır. Mən şəxsən nə gedənləri nə qalanları qınamıram. Təbii ki, mənim gözümdə əsl qəhrəmanlar qalıb mübarizəsini davam edənlərdir. Amma hər kəs bilir ki, qalanların taleyi çox acıdır. Həbs olunanlardan tutmuş öldürülənlərə kimi var. Amma ki, bu gün mən onları qınamaq əvəzinə başqa bir məsələ barədə danışacam.
İki insan təsəvvür edin. Biri yetərincə özünə güvənən digəri isə kompleksi. Özünə güvənən insan heç vaxt tənqiddən qorxmur. O özünü olduğu kimi qəbul edir. Öz mənfi və müsbət cəhətlərini bilir. Tənqidlər ona mənfi cəhətlərini göstərsə də özünə güvənən insan tənqid edənləri dinləyib lazım olanlardan özünə dərs çıxarır, lazım olmayanlara isə fikir vermir, qıcıqlanmır. Özünə güvənən insan özünü daha yaxşı göstərmək naminə dəridən qabıqdan çıxmır. Necə var elə də görsənir. Özünə güvənən insanın düşməni olmur. Uzaq başı rəqibləri olur. Amma rəqiblərindən belə çəkinmir, qorxmur. Kompleksi insan isə daima şübhələr içində yaşayır. Tənqidlərə qarşı dözülməz olur. Özünü olduğundan daha yaxşı göstərməyə çalışır.
Xalqlar və millətlər də elədir. Özünə güvənən millətlər var və kompleksi millətlər var. Biz kompleksi millətik. Problemlərimizi bilsək də onlardan utanıb onları gizlədirik. Kimsə ölkənin xaricində bizim barədə pis danışanda dərhal qıcıqlanırıq ki, “ay aman qoymayın hamı bildi ki biz necəyik”. Hər ölkəyə düşmən gözü ilə baxırıq. Hətta kimi dindirsən deyəcək ki, “dünya aləm ermənilərin tərəfindədir, bizləri gözü götürmür”. Necə ki, kompleksi insan hamıya düşmən gözü ilə baxır. Qorxumuz nədir? Qorxumuz odur ki, birdən bizim haqqımızda yaxşı fikirdə olmazlar. Halbuki özünə güvənən xalqın özünə güvənən insan kimi digərlərin fikri, bəyənib bəyənməməsi onun üçün önəmli deyil. Əsas odur ki, o özünü bəyənir. Demək bizim problemimiz də odur ki, biz özümüzü yetərincə sevib bəyənmirik bir xalq olaraq.
Hazırki hakimiyyət də bu xalqın damarını tutub özgüvənini aşağı salmaqla məşğuldur. Hər kəsi Azərbaycan “həqiqətlərini” dünyaya çatdırmağa yönəldib. Onun üçün bu xalq acından ölsə də, ucaldılmış binaları ilə, parkları ilə lovğalanır. Bu gün biz evdə qara çörək yeyiriksə, ermənnilərin bizim plov yediyimizi düşünməsi bizə sabah plov yeməyə kömək etməyəcək. Əgər bu gün orduda onlarla əsgər müəmmalı səbəbdən vəfat edirsə, dünya aləmə ordunun güclənməsi barədə bar-bar bağırmağımız sabah real müharibədə bizə kömək olmayacaq. Ona görə azərbaycan “həqiqətlərini” çatdırmaq əvəzinə ölkədəki vəziyyəti deyişməyə çalışmalıyıq. O zaman “həqiqətlər” əsl həqiqət olacaq. Və artıq ondan sonra erməninin və ya başqa bir millətin bizim barədə qara çörək yediyimizi belə düşünməsi bizi narahat etməyəcək. Onun üçün enerjimizi məhz özümüzə sərf etməliyik. Özümüzün ağ günə çıxmasına.
Əgər bu gün ölkədə insan haqqları pozulursa, mülkiyyət hüququ qorunmursa, maaşların pensiyaların miqdarı bizə normal yaşamağa imkan vermirsə, rüşvətxorluq ölkəni bürüyübsə, təhsilin və səhiyyəənin səviyyəsi getdikcə düşürsə, tikilən binalar, parklar sadəcə digər ölkələrə və xalqlara özümüzü göstətmək üçün bir vasitədirsə, o zaman ömür boyu qara çörək yeyib, digərlərinin qarşısında binalarımızla lovğalanacağıq. Bizə həqiqətən bumu lazımdır? Yəni o qədərmi özümüzdən narazıyıq ki, başqasına özümüzü göstərməyə ehtiyac duyuruq?
Mən şəxsən kompleksli xalqın özünə güvənən vətəndaşıyam. Mən ölkədəki problemləri bilirəm, və bu məni Azərbaycanı və milləti sevməyə mane olmur. Mənim üçün fərqi yoxdur kim harda Azərbaycan haqqında nə deyir və nə düşünür. Əgər dedikləri doğrudursa mən sadəcə bundan dərs çıxarib ölkənin dəyişməsi üçün əlimdən gələni edirəm. Yox əgər iftiradırsa o zaman bu məni nə narahat edir nə də incidir. Bunları niyə deyirəm? Əgər siz kiminsə kiməsə verdiyi intervyudan qıcıqlanırsızsa demək xalqınızı yetərincə sevmirsız, bir xalq olaraq özünüzə güvənmirsız. Güvənsəniz, vecinizə olmaz. Əksinə deyilənlərdən siz də dərs çıxarıb müsbətə doğru deyişməyə deyişdirməyə çalışarsız. Əgər biz həqiqətən də deyişməyi və deyişdirməyi bacarsaq o zaman heç kimə heç bir həqiqətləri çatdırmaq kimi problemmimiz olmayacaq, dostlar. Bunu düşünün ki, bundan sonra “ermənilər də bildi problemlərizi” deyib məyus olmayasız.

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.
Pingback: viagra without a doctor prescription
Pingback: chloroquine phosphate
Pingback: best cialis site
Pingback: doctor7online.com
Pingback: cheap albuterol
Pingback: ciproxine 500 mg antibiotique
Pingback: lowest price on viagra
Pingback: chloroquine cost
Pingback: can i buy hydroxychloroquine over the counter
Pingback: viagra without prescriptions in usa
Pingback: cialis 20mg
Pingback: best price for generic viagra
Pingback: lumigan pricing per pharmacy
Pingback: how long does cialis last
Pingback: viagra jelly
Pingback: viagra 100mg 100 tabs $100
Pingback: buy chloroquine phosphate
Pingback: custom essay writing service reviews
Pingback: argumentative essay help
Pingback: phd dissertation proposal
Pingback: custome essay
Pingback: cheap essay writing service online
Pingback: phd thesis proposal
Pingback: someone write my paper
Pingback: help me write a thesis
Pingback: writing research paper help
Pingback: cialis 100mg from china
Pingback: welcher arzt kann cialis verschreiben