Biz əsl uşaq idik

Məlahət Gözəl

Biz əsl uşaq idik

Düşüncələrimiz saf,

Duyğularımız körpə,

Yüksək səsə ağlar,

Peşmanlıq duyar,

Səhvlərdən usanmaz,

İstəklərdən dönməzdik.

Biz əsl uşaq idik

Xəyallarımız nağıllar,

Rəngsiz cizgi filimləriylə,

Böyüyər artardı

Yaşadığımız anlar gecələr.

Yuxularımızın qonağı olar.

Xəyallar qurardıq,

Qəhrəman olardıq.

Kimləri kəsib atar,

Kimləri saxlardıq.

Heç kimsə qarışamazdı bizə.

Oyunlar qurardıq,

Özümüz qurardıq.

Saatlarla oynasaqda,

Evdən çağırılan kimi

Zülüm zülüm ağlardıq.

Doymazdıq nə oyuna, nə online casinos bizə.

Üstümüz çirklənərdi

Ruhumuz hər zaman safdı.

Çox cəsarətli idik

Cəzalanacağımızı bilə-bilə

Əlimiz üzümüz cirkli- cirkli

Cezamızı gözlərdik amma

Hər zamansa əhv olunardıq

Heç böyümək istəməzdik

Xəyallarımız çox genişdi

Orda böyümək yox idi

Orda boş-boş şeylərə küsmək

Nəyə küsdüyümüzü unutmaq

Nə zaman barışdığımızı bilməmək vardl

Xeyallarımız çox genişdi

Qorxmaqdan qorxmazdıq

Güvendiyimiz doğmalar vardı

Onları görəndə qəhrəman olar

Qorxularımızı unudardıq

Çox xoşbəxt idik

Yalandan ağlar

Necə ağlardıqsa

göz yaşlarımız durmazdı

Kederimizse balaca konfetlə biter

Yenə sevinərdik.

Biz əsl uşaq idik

Düşüncələrimiz saf

Duyğularımız körpə

 

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq