Biri sənə prezervativ verirsə…

Xəyyam Namazov

Universitetin kampusunda gəzişirdim, bir tələbə mənə yaxınlaşdı və  braşura verdi, üzərində “1 Dekabr Ümumdünya AİDSlə mübarizə günü – STOP AİDS” yazıları. Braşuranın içərisində isə əlavə olaraq bir prezervativ vardı. MAARİFLƏN və QORUN demək idi bu.

Bu gün 1 dekabr – Ümumdünya AİDSlə mübarizə günüdür

Bu gün AİDS/QİÇS xəstəliyinin artmasına qarşı mübarizə və qorunma zehniyyətni inkişaf etdirmək üçün təşkil edilmişdir. Digər bir məqsəd isə bu xəstəlikdən ölənləri anmaqdır. 1988-ci ildə BMT Baş Assambleyası bütün dünyada insanların diqqətini bu məsələyə cəlb etmək üçün BMT-nın 43/15 qətnaməsi ilə 1 dekabr tarixini Ümumdünya AİDS-lə Mübarizə Günü elan etdi. Dünya ictimaiyyəti həmin gün bu problemlə yaşayan insanlarla həmrəyliyini, dünyada AİDS-lə mübarizəni dəstəklədiklərini nümayiş etdirirlər.

Qeyd edək ki, AİDS xəstəliyi nəticəsində 1981-2007 illəri arasında 25 milyon insan həyatını itirmişdir.

AİDS/QİÇS nədir?

AİDS/QİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindiromudur. Yəni anadan gəlmə deyil, yaşam ərəfəsində insanın qazandığı İmmun çatışmaszlığı və ya insanın immun sisteminin zəifləməsi prosesidir. İmmun sistemi zəiflədikdə isə insan bədəni müdafiəsiz qalır və ərtafda olan bütün növ xəstəliklərə və viruslara yoluxa bilir. Bir çox hallarda bu ölümlə nəticələnir.

Bu xəstəliyin yayılması əsasən HİV/İİV – İnsanın İmmunçatışmazlığı Virusu vasitəsi ilə yoluxur və bu virus insanın immun sistemini sıradan çıxarır, ölümcül təsirlərini isə 8-10 il ərzində belə göstərə bilər.

Yoluxma

AIDS/QIÇS əsasən üç yolla yoluxulur:

1. Qorunmasız cinsi əlaqə yolu

2. Qan yolu ilə – narkomanlar tərəfindən narkotik maddələrin damardaxili qəbulu zamanı; içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı; Gözəllik salonları və bərbərxanalarda İİV-ə yoluxmuş şəxsin qanı ilə təmasda olmuş kəsici alətlərin istifadəsi zamanı (manikür, tatuaj, qulaq deşmə, üz qırxma və s.).

3. Transplasentar yolla – xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi (xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir).
QIÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və təsadüfi adamlarla münasibətdə ehtiyatlı olmaqdır. Hələ 20 il əvvəl QİÇS xəstəliyinə çox uzaqda olan bir təhlükə kimi baxılıb. Amma bugünkü reallıq başqadır. Ən başlıcası profilaktikadır və bu, daha çox insanların özündən asılıdır.

Bütün bunları nəzərə alaraq, daha sağlam bir həyat üçün daha diqqətli yaşamaq lazım olduğunu unutmayaq.

Qeyd: tibbi xarakterli məlumatlar aşağıdakı yazılardan alınmışdır. Daha ətraflı məlumat üçü bu məqalələrdən istifadə edə bilərsiniz:

  1. “HİV/AİDS nədir?” http://www.aids.az/new/index.php?type=content&subid=62&cid=62
  2. “AİDS/QİÇS nədir, necə yoluxur, simptomları hansılardır ?” http://www.islamazeri.az/A%C4%B0DSQ%C4%B0%C3%87S%20n%C9%99dir%20nec%C9%99%20yoluxur%20simptomlar%C4%B1%20hans%C4%B1lard%C4%B1r%20-13974-haber.html