Beynəlxalq münasibətlərdə konfliktlər və sülhməramlılıq

Mehdi Məmmədli

Beynəlxaq münasibətlərdə dövlət əsas subyekt kimi çıxış edir. Hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasət yeridir. Bu siyasətdə güc faktoru əhəmiyyətli rol oynayır. Güc faktoru çox aspektlidir: hərbi, iqtisadi, demoqrafik, enerji və s. Ola bilər ki,  dövlət müəyyən sahədə güclü olduğu halda digər sahədə zəifdir. Məs. Yaponiya iqtisadi baxımdan güclü dövlət olduğu halda demoqrafiya sahəsində zəifdir.

Dövlətlərarası konfliktlər beynəlxalq münasibətlərin ayrılmaz xüsusiyyətidir. Beynəlxalq arenada dövlətlərin güc potensialının dəyişməsi konfliktlər üçün əlverişli şərait yaradır. Amerikalı politoloq C.Raytın fikrincə, beynəlxalq münasibətlərdə dövlətlər arası güc balansı siyasəti nəticəsində qütbləşmə prosesi müşahidə olunur. C.Rayt beynəlxalq konfliktlərin dinamikasını bir neçə mərhələyə ayırır:

– uyuşmazlıq dərki;

– gərginliyin artırılması;

– təzyiq göstərilməsi

– müharibə

Beynəlxalq konfliktlərin tipologiyası istifadə olunan vasitələrə əsasən siyasi təzyiq, iqtisadi sanksiyalar, hərbi aksiyalar kimi olur.

Əhatə dairəsinə görə isə beynəlxalq konfliktlər lokal, regional və qlobal səviyyələrinə bölünür. Regional konfliktlər eyni regiona daxil olan ölkələr arası konfliktləri özündə ehtiva edir.

Beynəlxalq konfliktlər müxtəlif sahələrdə hərəkətləri əhatə edir. Əvvəlcə siyasi liderlər KİV-də qarşı tərəfi hədələməyə başlayırlar sonra isə diplomatik, iqtisadi sahələrdə hərəkətlər geniş vüsət alır. Məs: səfirin geri çağırılması və hərbi aksiyalar (geniş və məhdudlaşdırılmış).

Müasir dünyada məhdud, lokal münaqişələr beynəlxalq sabitlik üçün əsas təhdidlərdən biridir. Buna görə də, həmin münaqişələrin qarşısının alınması dünya birliyi üçün aktual problemdir. Bu baxımdan sülhməramlılıq BMT-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Sülhməramlılıq fəaliyyətinin əsas məqsədləri aşağıdakılardır:

  1. mövcud və potensial silahlı münaqişələrin qarşısının alınması;
  2. silahlı münaqişələr zonasında sülhün bərqərar edilməsi;
  3. dövlətin ərazi bütövlüyüynün qorunması;
  4. münaqişələr zonasında humanitar-sosial problemlərin həll edilməsi;
  5. postmünaqişəli sülhün qurulması.

Son illər sülhməramlılığın əsas formaları sırasında koalisiyalı sülhməramlılıq, humanitar polis əməliyyatlarını xüsusilə qeyd etmək olar.

Silahlı münaqişələrin tənzimlənməsi məqsədilə hərbi qüvvənin tətbiqi aktual problemdir. Bəzən münaqişənin daha da, dərinləşməsinin və genişlənməsinin qarşısını almaq məqsədilə konflikt zonasında sülhməramlı qüvvələrdən preventiv şəkildə istifadə edirlər.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq