Azərbaycanın gələcəyinə sərmayələr

Toğrul Vəliyev

XXI əsrdə moda düşən sözlərdən biri “sərmayə” sözü oldu. İndi bu sözü lazım olanda da, olmayanda da istifadə edirlər. Demək olar ki, hər gün Azərbaycan ilə bağlı olan xəbərlərdə biz sərmayə ilə bağlı xəbərləri də görə bilərik. Ya yeni istehsalat başlanır, ya da köhnə istehsal sahələrinə sərməyələr qoyulur, amma bunların çoxu heç də effektiv olmur.

Axır vaxtlar isə çox aktual mövzuya “gələcəyə sərmayələr” çevrilir. Çox zaman gələcəyə sərmayə təhsilə sərmayə başa düşülür. Buna görə də bu yaxınlarda Təhsil Nazirliyi təhsilə qoyulan sərmayələr haqqında məlumat dərc etdi. Bu dəfə isə artıq Təhsil Nazirliyi özünü “analoqu olmayan” statistika ilə göstərdi.

Nazirliyin məlumatlarına görə, son 10 il ərzində təhsilə qoyulan sərmayənin həcmi 7 dəfə artaraq, 2012-ci ildə 1,6 mlrd. manat təşkil edib[i]. Nazir müavinin sözlərinə görə bu hələ maksimum deyil, sərmayələr gedərək artacaq. Onun sözlərinə görə, bu pulların çoxu yeni dərsliklərin çıxarılmasına, müəllimlərin maaşlarının artırılmasına və s. yönəldilib. Amma bu sərmayələrdə effektivlik varmı?

Gəlin buna ətraflı nəzər yetirək. Belə ki, məktəblərin tikintisinə xərclənən məcmu vəsaitlərin nəticəsi olaraq 1200 məktəb tikilib[ii]. Eyni zamanda, Bakının mərkəzində məktəblər tikilir, amma Zaqatala, Qax məktəbliləri bu il digərlərindən daha gec yeni məktəblərlə başlaya və ya ümumiyyətlə məktəbsiz başlaya bilərlər. Çünki məktəblərin çoxu hələ də yenidən qurulmayıb və buna görə də bağlıdırlar. Təhsil nazirliyi isə buna hələ də göz yumur.

Nazirliyin fikrincə, Bakının mərkəzində yeni məktəblərin tikilişi və onların yeni gimnaziya və litseylərə çevrilməsi – təhsilə sərmayədir. Lakin o fakt da var ki, rayonların çoxunda uşaqlar məktəblərə böyük məsafə olduğundan gedə bilmirlər və cənub regionlarda 15 yaşına qədər olan qızların yarısının məktəblərə getməməsi nazirliyi elə də narahat etmir. Əlbəttə ki, indi nazirliyin prioritetlərindən biri keyfiyyət deyil…

Yeri gəlmişkən, məktəbli yaşında olan uşaqlar arasında özünü öldürmə hallarının sayı artıb. Belə ki, əgər 2011-ci ildə 29 fakt qeydə alınmışdısa, 2012-ci ilin birinci yarımilliyində bu rəqəm artıq 28 olub[iii]… Əlbəttə ki, bunun səbəbləri müxtəlif ola bilər, amma bu yaşda olan uşaqların həyatında vacib yerlərdən birini məktəbin oynadığını unutmaq olmaz…

Nazirlik tərəfindən ikinci bənd kimi, yeni dərsliklərin çap edilməsi elan edilib. Belə ki, 2012-2013-cü tədris ilində yeni sistemə əsaslanmış 4 mln. yeni dərslik çıxarılıb. Yeni sistemin olub-olmaması elə də vacib deyil, amma hər il yeni dərsliklərin çap edilməsinə xərclənən pulları daha effektiv xərcləmək olardı. Çünki mövcud vəziyyətə baxsaq deyə bilərik ki, bir çox hallarda yeni dərsliklər heç də lazım olmurlar. Belə halda köhnə dərslikləri (çoxusu 1-2 ilin kitablarıdır) atmaq lazım olur. Bu cür hallar demək olar ki, hər il baş verir və ən maraqlısı odur ki, dərsliklərin hər il dəyişilməsindən təhsil yaxşılaşacaqmı? Buna görə də, burada sərmayələrin çox aşağı keyfiyyətini qeyd etmək mümkündür.

Məvacib haqqında söhbət isə, ümumiyyətlə gülməlidir. Ölkədə rəsmi olaraq, orta maaş 380 manat təşkil etsə də, müəllimlərin maaşı 220 manat təşkil edir…

Beləliklə, sərmayələrin artımına baxmayaraq, sərmayələrin effektivliyi hər ildən ilə çox böyük templərlə azalır. Bu zaman da belə bir sual yaranır – “analoqu olmayan” artım templərindən xeyir varmı?

Eyni zamanda Dövlət Statistika İdarəsi elan edibdir ki, Azərbaycana maşınların idxalı 58,2% artıb[iv]… nəticədə təhsilsiz, amma maşınlı gələcək bizi gözləyir…

Qaynaq:

 [i] Təhsil nazirliyin açıqlaması və Госбюджет-2012. Статья в журнале «Регион-плюс»

[ii] Интервью президента Азербайджана Ильхама Алиева агентству «Интерфакс-Азербайджан»http://interfax.az/page1

[iii] Увеличились случаи суицида среди детей. Статья в газете «Эхо»

[iv] Azərbaycanda minik avtomobillərin idxalı artıb http://gun.az/auto/36458

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.