Azərbaycanda məcburi hərbi xidmət

Tərcümə etdi Nərmin Hüseynova (Qafqaz Universitesi Hüquq fakültəsi)

Sitat:  “Azərbaycanın Avropaya üzvlüyü yerinə yetirilməmiş vədlər üzərində qurulmuşdur və Avropa Azərbaycan hökümətini götürdüyü öhdəlikləri, verdiyi vədləri yerinə yetirməyə məcbur etməlidir,  əks təqdirdə Azərbaycanı üzvlükdən çıxarmalıdır.  Əgər  Avropa  tələblərinin yerinə yetirilməsinə müvəffəq olmayacaqsa, Avropalı olmağın mənası, nə olduğu barədə deməyə sözü olmayacaqsa, onda öz daşıdığı mənaların çox hissəsini itirə bilər.”

Keçən həftə Bəxtiyar Hacıyev 29 yaşını hərbi xidmətdən yayınma ittihamı ilə Azərbaycan həbsxanasında keçirdi. Hal-hazırda  O, bir aydan artıqdır ki, həbsdə saxlanılır.

Azərbaycanda , haradakı qanunsuz həbslər və insan haqları pozuntuları faciəvi şəkildə normal qəbul edilir, bu həbs Qərb təhsilli müxalif fiqur, parlament namizədi və etiraz təşkilatçılarından biri kimi Cənab Hacıyevin cəmiyyətdə tanınan statusuna görə beynəlxalq medianın böyük diqqətinə səbəb oldu.  Bu həbs məni  həm də şəxsi səviyyədə çox təlaşlandırdı, çünki magistraturada birgə təhsil aldığım Bəxtiyarı sülhsevər, alicənab bir insan və öz vətənini coşğu ilən sevən biri kimi tanıyıram.

Bəxtiyarın həbsi demək olar ki, tamamilə siyasi əsasla olsa da , onun ittiham edildiyi xüsusi cinayətin Azərbaycanda mübahisəli tarixi var. Bu ölkədə məcburi əskərlikdən imtina edənlərin cinayət statusu uzun zamandır ki, beynəlxalq ictimaiyyətlə mübahisə mövzusudur və  bir neçə beynəlxalq müqavilələrə və konstitusiya düzəlişinə baxmayaraq, hələ də bu mübahisə dəyişməz olaraq qalır.

Azərbaycanın 1991-ci ildə Sovet İttifaqından müstəqilllik əldə etməsinə qədər Azərbaycan artıq öz Dağlıq Qarabağ bölgəsində etnik ermənilərin qanlı seperatist müharibəsindən əziyyət çəkirdi. Sovetlərin tam gedişi nə qədər yaxşı olsa da  bu mübarizə qonşu Ermənistanla üç il davam edən və minlərlə itkiyə səbəb olan böyük müharibəni alovlandırdı.  1994-cu il atəşkəsindən sonra da regionda zaman-zaman atışmalar davam edir , atəşkəs pozulur və bütün bunların nəticəsində, bir az da Osmanlı imperiyası dönəmində baş verən səhvlər ətrafında dərinləşdirilərən anti-erməni fikir və qorxuları,  “Qan Yaddaşı” Azərbaycanın bu günki siyasi mühakiməsinin mühüm  bir hissəsidir .

Verilən bu tarixi kontekstdə, məcburi hərbi xidmətə çağırışın tətbiqi çox da təəcüblü deyil, 18-35 yaş arası bütün Azərbaycanlı kişilər dövlət tərəfindən fiziki və əqli yararsız hesab edilmədikcə, ən az bir il hərbi xidmət keçməlidirlər. Bu prinsip  1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyanın  76-cı maddəsində “Vətəni müdafiə” başlığı altında tənzimlənib.

Əlbəttə ki, universal milli xidmət öz-özlüyündə qeyri-adi  hal deyil. Hərbi spektrdən olan ölkələr-Sülhsevər təcridçi İsveçrədən tutmuş, regional güc mərkəzi İsrailə qədər-öz vətəndaşlarından oxşar fədakarlığı tələb edirlər. Lakin,Azərbaycanın vəziyyəti bir az fərqlidir. Məcburi çağırışın əsas olduğu ölkələrin əksəriyyətindən fərqli olaraq, Azərbaycan höküməti məcburi əskərlikdən imtina edənlərə (pasifizm, adət-ənənə və ya dini əsaslarla) heç bir alternativ imkan təmin etmədən onları həbsdə saxlayır. Bu qəddar siyasət 1998-ci illərdən bəri BMT İnsan hüquqları komitəsi və Amnesty İnternational kimi qruplar tərəfindən getdikcə daha çox tənqid hədəfi olur.

Daha sonra 2002-ci ildə, Avropa Şurasına üzvlüyün bir şərti kimi AŞ Azərbaycan hökümətindən orduda silahlı xidmət etmək istəməyən azlıqlara milli  xidmətin alternativ formasına icazə verilməsinə dair  vəd almağa müvəffəq oldu. (AŞ üzvlüyə qəbul şərti kimi Azərbaycanın qarşısına alternativ xidmət haqqını təminat öhdəliyi qoydu). Bu məqsədlə Konstitusiya dəyişdirildi və 76-cı maddəyə ikinci hissə əlavə olunaraq,təsdiqləndi.

Maddə 76.2: Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

 

Azərbaycan Parlamenti, buna baxmayaraq, bu günə qədər “qanunla müəyyən edilmiş hallar”ı bəlirləyə bilməmişdir və bu günə qədər  heç bir faktiki alternativ tanınmayıb, bəraət verilmiş işlərə rastlanmayıb.

2005-ci ildə, Mahir Bağırov, Yehova Şahidi  inancına sahib, yeni ata olmuş 28 yaşlı həkim hərbi xidmət üçün məlumat verməyi rədd etdiyindən həbs olunub. Onun vəkilləri işi bütün mərhələləri keçərək  Ali Məhkəmədə də  mübahisələndirdilər və Ali məhkəmə öz hərfi mənasına baxmayaraq, 76-cı maddənin öz-özlüyündə alternativ xidmət imkanı vermədiyini,bəndin qanunverici orqana alternativ xidmət yaratmaq imkanı verdiyini bildirdi. Məhkəmə, belə bir qanun  faktiki olaraq  qəbul edilməyincə konstitusional hökmün Cənab Bağırovun işinə uyğun gəlmədiyi yönündə qərar qəbul etdi. O,  məhkəməyə qədərki həbsiylə cəzası arasında bir ili həbsxanada keçirdi.

Buna cavab olaraq, Avropa Şurası Azərbaycan hökümətini “öz öhdəliklərini qarşılaya bilmədiyi” üçün tənqid etməyə başladı,yalnız Azərbaycan parlamentarilərinin (millət vəkillərinin) şuranı 2006-cı ilin əvvəllərində çatışmayan qanunun  yerində olacağına dair əmin etmələrindən sonra  AŞ tənqidlərdən geri çəkildi.  5 il keçib, Alternativ xidmət üçün qanunverici şərtlər hələ də yoxdur  və  Azərbaycan hələ də  Avropa Şurasının  tamhüquqlu üzvü olaraq qalır. Bu vaxt içərisində məcburi hərbi xidmətdən imtina edənlər (onların əksəriyyəti Cənab Bağırov kimi dini azlıqlardandır) sərt həbs cəzaları ilə üzləşməyə davam edirlər və bu işlər çox  zaman, nisbətən az siyasi və ya media marağı cəlb edə bilirlər.

İndi cəmiyətdə tanınan bir şəxsin həbsi ilə bu ziddiyət yenidən xəbərlərin mözvusudur. Və hələ, Bəxtiyarın məhkumluğu 76-cı maddə ilə bağlı deyil. Azərbaycanın köhnəlmiş məcburi hərbi xidmət siyasəti korrupsioner və qorxuya düşmüş hökümət tərəfindən qondarma və saxta şəkildə təhlükəli hesab edilən şəxsləri yox etmək üçün hələ də “uğurla”istifadə edilən presedentdir. Keçən ayın əvvəllərində Bəxtiyar təcridxanadan göndərdiyi məktubda döyüldüyünü, ailəsi və dostları ilə görüşə icazə verilmədiyini və hüquqi məsləhətdən məhrum edildiyini bildirib. Hətta  Azərbaycanın keçmişdə  məcburi hərbi xidmətdən imtina edənləri “islah” üçün etdiyi kobudluqlar zəminində də bu baş verənlər nə isə başqa bir şeydir.

Azərbaycan höküməti bütün imkanlar tükəndikdə  öz xalqlarına qarşı hər cür qəddarlığı etməyə hazır olduqlarını sübut edən Liviya,Yəmən, Bəhreyn kimi regional avtokratiyalardan fərqli deyil. Bir çox müxalifət və gənclik liderləri, sadə etirazçılar belə bağışlanmaz, qeyri-müəyyən (“təxribat”, “uyğunsuz davranış”), açıq absurd (“təhqir”və s.) ittihamlarla saxlanıb və həbs edilmişlər.  Belə olan halda,  görünür ki, burada məcburi hərbi xidmət olmasa idi belə və ya Bəxtiyar xidmət etmiş olsaydı belə, bunlardan asılı olmadan, O, həbsxanada olan müxalif dostlarına qoşulmuş olacaqdı.

Bütün bu deyilənlərlə bərabər, mən inanıram ki, Bəxtiyar tezliklə azad olacaq- onu azad etmək məhz Bakıdakı hakim idari rejimin ən üstün marağına muvafiqdir. Gənc dissidentin keçmiş Harvard professorları və qrup yoldaşları, eləcə də bütün dünyadakı dəstəkçiləri dünya miqyasında media yazılarının nəşri və dünyadan siyasi təzyiqlərin artırılması yönündə lobbiçilik fəaliyyəti aparırlar. Həbs artıq ABŞ senatoru, Avropa parlamentariləri, Human Rights Watch, New York Times, Guardian və bir neçə başqa  beynəlxalq təşkilat və media tərəfindən tənqid olunub. Həftə sonunda Azərbaycan paytaxtındakı etirazlar küçələrdə zorakılıqla üzləşdi  və yüzlərlə həbslər müşahidə olundu. Hətta Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında da piket keçirilib. Etiraz edən,qiyam edən kütlə və çətin seçimlərlə üzləşən avtokratiyalar üçün belə bir vaxtda  beynəlxalq dəstək çox məna kəsb edir və bu kiçik məsələ deyil.

Bəxtiyarın şəxsi situasiyası bir kənardadır, Avropa Şurasının məsələyə münasibət bildirməsinə və Azərbaycandan verdiyi  vədləri yerinə yetirməyi  tələb etməsinə ehtiyac var. Avropa özünün  insan hüquqları keçmişi  ilə tanınır və  haqlı olaraq, həm bununla, həm də  milli azlıqlarla bağlı mütərəqqi  siyasəti ilə fəxr edir. Belarusiya və Qazaxıstanın hər ikisinin bu standartları təmin etməkdə müvəffəqiyyətsiz olmalarına görə Avropa Şurasına üzvlüklərindən imtina  edilmişdir. Azərbaycanın Avropaya üzvlüyü yerinə yetirilməmiş vədlər üzərində qurulmuşdur və Avropa Azərbaycan hökümətini götürdüyü öhdəlikləri, verdiyi vədləri yerinə yetirməyə məcbur etməlidir,  əks təqdirdə  Azərbaycanı üzvlükdən çıxarmalıdır.  Əgər  Avropa  tələblərinin yerinə yetirilməsinə müvəffəq olmayacaqsa, Avropalı olmağın mənası, nə olduğu barədə deməyə sözü olmayacaqsa, onda öz daşıdığı mənaların çox hissəsini itirə bilər.

Magistraturada bütün auditoriya önündə  siyasi çıxış etməyi tələb edən bir dərsi alırdım. Mən Venesuela barədə danışdım və Çavez rejimindən kiçik nümunələr gətirərək kifayət qədər gülüş  cəlb edə və oxşar dərəcədə qiymət ala bildim. Bəxtiyarın çıxışı məni izlədi. Bu uzun bir çıxış idi. Tərəddüd dolu nikbinlik təsiri bağışlasa da, eyni zamanda  heç bir qeyri-ciddilik gözləməyən və buna şərait yaratmayan bir çıxış idi. Son həftələrdə mən tez-tez bu çıxış haqqında düşünürəm,baxmayaraq ki, mən onun əsas mövzusunun çox az bir hissəsini xatırlayıram. Ola bilər ki, çox diqqət etmədiyimdən, bəlkə də Azərbaycan haqqında çox az bildiyimdən mən çıxışı izləyə bilməmişdim. Ancaq mənim xatırladığım sevimli,ciddi bir səmimiyyət, təmkinli ehtiras və qərarlılıq,özünə inamdır. Ümid edirəm ki, bir gün Bəxtiyardan o gün sinifdə nə danışdığını və hələ də o fikirdə qalıb-qalmadığını soruşacağam.  Onun yenə də eyni şeyləri deyəcəyini düşünməyi sevirəm.

Tərcümə etdi Nərmin Hüseynova (Qafqaz Universitesi Hüquq fakültəsi – İqtisadiyyatın hüquqi tənzimlənməsi)

Mandatory Military Service and Broken Promises in Azerbaijan: The Case of Bakhtiyar Hajiyev -by Daniel Lansberg-Rodriguez

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq

Leave a Reply

Your email address will not be published.