Azərbaycanda itlərə nifrət olunmasına səbəb İslamdırmıʔ

İslamda itlərin natəmiz adlandırılması məsələsi

Tez-tez sosial şəbəkələrdə, xəbər saytlarında itlərə işgəncə verilməsi ilə bağlı və yaxud da itlərin öldürülməsi ilə bağlı kadrlar ortaya çıxır. Sevindirici haldır ki, bu məsələ dərhal ictimai qınağa çəkilir, amma əfsuslar olsun ki, buna haqq qazandıran insanlar da az deyil. Kimlərsə deyir it hücum edir və ya hürür elə öldürülməsi yaxşıdır, kimlərsə də bunu tamam başqa bir mövzuya bağlayır.

Cəmiyyətin əksəriyyətinin özünü əsasən müsəlman adlandıran şəxslər “İt girən evə, mələk girməz!“, “İt haramdır!“, “İt pisdir, iyrəncdir! Lənətlənmişdir!“ deyir. Bəs deyilmiş kimi ilahiyyatçılar da “İt şeytanın toxunduğu yerdən yaranıb “ deyərək, iti öldürənlər, onlara işgəncə verən azərbaycanlılar buna özlərində haqq qazandırırlar. (BAX)

Screen Shot 2017-09-19 at 1.34.03 AM

Bəs həqiqətən, Azərbaycanda itlərə işgəncə verərək öldürəcək qədər olan nifrət İslamdanmı qaynaqlanırʔ Bunu bərabər obyektiv araşdırmağa çalışacağıq.

Əgər İslam dini heyvanlara qarşı verilən əzabları pisləyirsə, hətta bunu edən şəxslərin axirətdə cəzalandırılacağını bildirirsə, bu itlərə şamil olmayıbmıʔ

İslamda itlərin natəmiz adlandırılması məsələsi , “The Animal in Ottoman Egypt “ başlıqlı kitabın müəllifi Alan Mikhailin blog yazısından sonra dünyada müzakirəyə səbəb olmuşdur.

Yale Universitetinin tarixci professoru araşdırır ki, niyə günümüzdə bir çox müsəlmanların və qeyri-müsəlmanların çoxu itləri iyrənc, kirli, natəmiz bir varlıq kimi hesab edirʔ Hətta itlər İslamda da pislənməsi araşdırmaçını daha da maraqlandırır. Onu suallara qərq edir.

index

(BAX)

Məsələnin “Dini olmayan“ tarixi tərəfinə baxmazdan öncə dünya əhalisinin çoxusunun qəbul etdiyi müqəddəs kitab olan Quran-i Kərimdə bu haqqda nə deyilir:
İslam Hüququ doktoru Sami Aldeeb-ə görə, Quranda itlərin adı üç dəfə çəkilir.
Birinci hissədə, itlər mənfi göstərilir, çünki “it“ sözünü müqayisə obyekti kimi təhqir məqsədi ilə istifadə olunmuşdur: “Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq.

Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!“. (Əraf surəsi, 176-cı ayə).

Bir müddət sonra, 18 sürə olan Kəhf surəsi nazil olur və orada it sadiq, insanları qoruyan kimi göstərilir. Nəhayət üçüncüdə, heyvanların bəslənmə qadağası haqqında da it haqqında danışılır

Heyvanlara qarşı nəzakət, istər it olsun, istər olmasın Peyğambər tərəfindən mükafatlandırılır.

Paralel olaraq deyə bilərik ki, məşhur hədisdə: “Fahişə bir qadın, isti bir gündə, quyunun ətrafında fırlanan bir it gördü, it susuzluqdan dilini çıxarıb nəfəs alıb-verirdi. Qadın məstini çıxarıb ona su verdi. Bu səbəbdən qadın Allah tərəfindən bağışlandı. (Müslüm, Tövbə, 155).
Bu halda, burada biz başa düşürük ki, heyvanlara qarşı nəzakət, istər it olsun, istər olmasın, Peyğəmbər tərəfindən mükafatlandırılır.

Müsəlmanların nəsilləri üçün ictimai bir sütün.

Professor Alan Mikhail bizlərə başqa “naməlum“ tarixi mənbələrdən Məhəmməd Peyğambərin itlərlə münasibətini göstərir. Onun yazdıqlarına görə, Peyğəmbər namaz qılarkən itlər tərəfindən dövrəyə alınmışdır. Məhəmməd Peyğəmbər vəfat etdikdən sonra belə, itlər Peyğəmbərin Mədinədəki məscidinin ətrafına, yəni Kəbədən sonra İslamın ikinci ən müqəddəs yerində əsrlərlə itlər orada onun qəbrini müşaiət etmişlər.

Ərəb yarımadasında uzun müddət itlərin şəhərlərin düzgün idarəsində mühüm rolu olub.

figures-in-a-street-before-a-mosque-richard-karlovich-zommer

Həmçinin arxeologiya elmi bizlərə öyrətmişdir ki, Məhəmməd peyğəmbərin doğulmasından etibarən, əsrlər boyunca, bütün Ərəb yarımadasında itlərin urbanizmin inkişafında yaxşı mənada böyük rolu olmuşdur (xüsusilə böyük ərəb şəhərlərində). Daha sonra uzun müddət itlərin orduları qorumasında rolu oldu. Bu dörd ayaqlı yoldaşlar, artan əhalinin zibili ilə bəslənən şəhərlərin əsl “təmizləyiciləri” halına gəldi.

Dəməşqdən Bağdada, Misirdən İstanbula, inzibati idarələr itləri çölə buraxırdılar ki, küçələrdəki artıqları təmizləsinlər. Daha sonra itlər mal-qara qoruyucuları kimi və ya sahiblərinin evlərini siçovullardan və ya başqa zərərvericilərdən qoruyan mütərəqqi müdafiəçi rolunu oynamağa başladılar.

Əslində əgər, it bu gün İslam hüququnda natəmiz sayılırsa, buna səbəb müsəlmanlarla it irqi arasında baş verən qopma ilə əlaqədardır. Alan Mikhailin fikirincə, təxminən iki yüz il əvvəl, yoluxma anlayışı ortaya çıxdı. Eyni zamanda dünyada, ən ağır yolxucu epidemiyalar yarandı.

Xəstəliyin səbəbini isə şəhərin qəbirstanlıq yaxınlığında olmasını, tullantıların istifadə olunan durğun suya getməsi ilə epidemiyanın yayılması haqqında fikirlər irəli sürüldü. Bu üç faktordan sonra şəhərlər tullantıları yeməyə alışmış itlərdən uzağa köçürülməyə başlandı.

Cəmiyyətin düşüncəsində bundan sonra itlər xəstəlik yayan, natəmiz varlıq olaraq hesab olunmağa başlamışdı.

 

Deməli, Azərbaycan cəmiyyətində itlər haqqında dini düşüncələr səhvdir, “İti evə salmaq haramdır!“, “Mələklər girməyəcək!“ kimi absurd düşüncələrin qaynağı sadəcə kor-təbii inandıqları dini araşdırmamaqlarından irəli gəlir. Azərbaycanda və eləcə də müsəlman dünyasında itlərə nifrətin başlıca səbəbi epidemiya ilə əlaqədardır. Əsrlər boyunca onların şəhərlərindəki zibillər ilə qidalanıb şəhərin küçələrini təmiz saxlayan itlər, yolxusalgin-hastaliklar-7cu xəstəliklər daşıdığından artıq onları öldürməyə başlayırdılar.

Epidemiya bitdiyində isə itlər müsəlmanların ağlında “iblis“ kimi qalmışdı. Çünki xəstəliklərə ilk itlər yoluxurdu. Əsrlər keçsə də üstündən, Azərbaycandakı kimi itlərə işgəncə verərək öldürən şəxslər eyni məntiqin davamçılarıdırlar.

Günümüzdə evlərində sevdikləri itlərlə birlikdə yaşayan çox sayda müsəlmanlar var, hansılar ki, onlar bunun “haram və ya halal“ olması ilə bağlı hər hansısa bir mühakimə etmirlər. Azərbaycanda belə həmin şəxslər küçə itlərinə su verib, evlərinə alırlar. Daha “İblisdən yaranmış“ deyib başlarına oyun açmırlar.

 

Screen Shot 2017-09-19 at 1.35.28 AM

İtin boğazını zəncirə bağlayaraq maşının ardınca sürükləyən şəxs.

Nijat Kazimov

Sosial Media da Paylaşaq