Azərbaycan və Yeni Media

Etibar Salmanlı (Etibarlı)

Durum:

Azərbaycanda Medianın vəziyyəti baxımından çox yazılar yazılıb. Ənənəvi medianın hal hazırda Yeni Medianı üstələməsi kimi mübahisələrə başlamaq düzgün deyildir. Ölkədə Ənənəvi medianın çox güclü dayaqları var (maddi, mənəvi). Qazetlər, Tv-lər və radiolar hal hazırda internetin, internet jurnalistikasının xəbər çatdırma qabiliyyətini üstələyir. Bu məsələyə bir tərəfli baxmaq qeyri mümkündür. Azərbaycan reallığında İnternet jurnalistikasının vəya İctimai jurnalistikanın ənənəvi jurnalistikanı üstələməsi yaxın 5 il üçün qeyri mümkün görünmür.

1-Sosial Şəbəkələr

a) Facebook

Hal hazırda Azərbaycanda sosial şəbəkə dedikdə ilk olaraq son zamanların analoqsuz inkişaf edən Facebook yada düşür. Üzv sayısı baxımından Facebookda Azərbaycanlı bumu yaşanır. 2007 ci ildə mən facebooka üzv olanda yadıma gəlir çox az Azərbaycanlı var idi. Ancaq indi dəqiq statistikanı qeyd edə bilməsəmdə bir çox region ölkələrini hətta bəzi avropa ölkələrini də qabaqladığımızı qeyd edə bilərəm. 2011-in Fevral ayından başlayaraq Azərbaycanlıların üz tutduğu heçkimə sirr deyil. Azərbaycan bloqosferasının aktiv gənclərinin Facebooku tərcümə etməyə başlaması buna çox böyük təkan verməsi danılmazdır. Ardından gənclərin 11mart dinc aksiyası və ənənəvi mediada bu aksiyaya çox böyük qara PR (qara PR da reklamdır) aparılması üzv sayında artıma yol açdı. Bu üzvlərin hamısının Facebookdan lazımınca istifadəsi isə tamam ayrı bir söhbətin mövzusudur.

b)Twitter

Dünyanın ən böyük şəbəkələrindən biri olan Twitterdə halhazırda olan məlumatlara görə Azərbaycanlı sayısı Facebookdan çox azdır. Bir çox insanlarla söhbət etdikdə onlar Tvitteri tam anlaya bilmədiklərini qeyd edirlər. Sözün düzü 140 işarə ilə məhdudlaşdırılmış Tvitter əsasən xəbər/məlumat ötürücü sistemdir. Son zamanlar Tvitter rəhbərliyi bəzi dəyişikliklərə gedərək şəbəkəni Facebooklaşdırmağa çalışırlar. Ancaq yenə də 140 işarə məhdudiyyəti qalxmayacağını da qeyd edə bilərəm.

c)Odnoklassniki.ru

Regionun ən böyük şəbəkəsi olan Odnoklassniki bazarda nisbətən öncül yeri tutduğunu qeyd eləmək olar. İllər boyu Rusiyanın təsiri altında olmuş bir ölkə üçün bu elədə qaranlıq qalası bir hal deyil. Facebookdan istifadə edə bilmirəm insanların Odnoklassniki.ru da profil açdığı (hansı ki qeydiyyat pulludur ) fəal şəkildə müzakirələrə qoşulduğunun şahidi olmuşam.

d)Mail.Ru/Mir

Rəsmi statistika nə deyir bilmirəm ancaq illərdir internet istifadəçəsi və əsasən müşahidə edici xususiyyətimə arxalanaraq deyə bilərəm ki, Azərbaycanlıların ən çox olduğu sosial şəbəkə Mail.Ru-nun Miridir. Bir neçə ay bundan qabaq blogumda yazacağım bir yazıya görə orda account açıb bir az araşdırma aparmışdım. Nəticə də o oldu ki, çox fəal şəkildə bizim əhali istifadə edir bu şəbəkədən. Burda da Rusiya və rus dili faktoru əsas önəmli yeri tutur bu nəticəni yaradan səbəblərə…

Bu qeyd etdiyim sosial şəbəkələrdən başqa da şəbəkələr var. Vkontakte.ru, myspace.com, hi5.com və.s. Uzun müddət hi5.com da aktivlik olsa da sonradan inkişaf öz yerini tənəzzülə buraxdı.

2- Blogging

Ümumilikdə Blogging hal hazırda Azərbaycanda yüksələn xətt üzrə inkişaf edir. Ölkədə blog yazmaq bumu var. Və Blogginglə bir çox müzakirələr artıq 3 ildir ki, davam edir. Adnan Hacızadə və Emin Millinin həbsi ilə başlayan “Blogger – Jurnalistidir mi? ” mübahisəsi bu gündə gedir. Hər ay yox hər gün Bloqosferaya yeni bloggerlər daxil olur. 2010 cu ilin ən böyük hadisələrindən biri olan Bloqosfer2010 tədbirində bu blogger/jurnalist sualına cavab tapılmamışdı. Heç bu yaxınlarda keçirilən Bloqosfer2011 tədbirində də cavab tapılmadı. Cavabın tapılması üçün Milli Məclis KİV haqqında dəyişikliklərə gedərək Bloggerlərə jurnalistlərin məxsus olduğu bütün huquqları verməlidir. Ancaq bu halda bu mübahisə sona çatar. Bloqosfer2011 də bir gözəl sitat oldu. “Yaxşı blogger jurnalistdir” sözün düzü sitatın müəllifi yadımda qalmadı. Və hətta deyərdim ki, tam da razı deyiləm sitatla. Ancaq yenə də, gözəl bir sitat idi.

Bloggingdə olanlar ən əsas problemi son 4-5 ayda WordPress.com platformasının Azərbaycan ərazisində çox zəif işləməsidir. WordPress.com dan əlavə olaraq Blogger.com, Tumblr.com , posterius.com olsa da nəyə görəsə bir çox bloggerlər VP.com dan istifadə edir… Rabitə və informasiya Nazirliyi bu məsələ ilə bağlı bir bəyanat ancaq vermir. AİF (Azərbaycan İnternet Forumu) bu platformanın problemləri ilə bağlı halhazırda araşdırmalar aparır. Nəticələr hazır deyil ancaq…

Sonda isə onu qeyd eləmək lazımdır ki, Yeni medianın/ İctimai Jurnalistikanın ənənəvi mediaya uduzmasının ən ciddi səbəbləri ölkədə azad sözün çərçivəyə alınmaq istəyi, reklam verilməməsi yəni ki, maddi problemlərin yaradılmasıdır…

 Etibar Salmanlı (Etibarlı)

mm
Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.
Sosial Media da Paylaşaq

Leave a Reply

Your email address will not be published.