Azərbaycan üçün iqtisadi xülasə

Toğrul Vəliyev

Axır vaxtlar dünya mediasında fiziki qızıl ilə bağlı xəbərlər çoxalıb: onun gələcəyi, iqtisadiyyatda rolu haqqında müzakirələr daha da artır. Bu xəbərlər arasında xüsusən Almaniya iqtisadiyyatı ilə bağlı məlumatlar çox yer tutur. Çünki məhz Almaniya dünyada birinci dəfə elan etdi ki, fiziki qızılını öz ölkələrində saxlamaq istəyir və bununla bərabər artıq qaytarmaq prosesinə başlayıb. Bu xəbər dünya fond birjaları üçün şok xəbər idi. Amma bu xəbərin təfərrüatlarına getməyək, çünki Azərbaycan miqyasında bu tipli xəbərlər elə də vacib deyillər. Yalnız bir maraqlı məqamı qeyd etməliyik ki, Almaniyanın fonunda Azərbaycan da (15 tona malik olan Dövlət Neft Fondu) öz fiziki qızılını Böyük Britaniya, ABŞ-dan çıxardaraq, Bakıya gətirməyə başladı. Hətta qızılımız Almaniyadan da əvvəl çıxarılmağa başladı.

Artıq qızıl JP Morgan bankının qızıl üçün anbarlarından çıxarılaraq, Bakıda Mərkəzi Bankın anbarlarına keçirilib. Gələcəkdə bu qızıl Dövlət Neft Fondunun xüsusi anbarlarına keçməlidir. Bunun ətrafında elə də səs-küy yoxdur. Əlbətdə ki, səbəb həcmdədir. Çünki həcmi iqtisadiyyata güclü təsir edəcək miqdarda deyil.

Buna baxmayaraq bu fakt ondan xəbər verir ki, Dövlət Neft Fondu artıq öz sərmayələri haqqında ciddi fikirləşməyə başlayıb. Ən azı bundan əvvəl ziyanlı 2012-ci il var idi, Moskvada, Londonda və s. şəhərlərdə mülkə yatırılan sərmayələr və s. Bunlar isə gələcəyə elə də yaxşı perspektiv qoymur. Həmçinin əlavə etsək ki, ən real aktivlər ümumiyyətlə başqa ölkədə yerləşirlər, o zaman pessimizm üçün əsas var. Bu fakt gələcəkdə ümumiyyətlə müəyyən çaxnaşmaya gətirə bilər (nəzərə alsaq ki, qalan sərmayələr də elə də etibarlı yerlərdə deyil).

Ümumiyyətlə “anbar”lardan danışarkən qeyd etmək lazımdır ki, bu yaxınlarda Dövlət Statistika Komitəsi “anbar” statistikasını elan etdi. Məlum oldu ki, 2012-ci ilin nəticələrinə görə, sənaye müəssisələrinin anbar ehtiyatları ümumi istehsal həcminin 0,86%-ni təşkil etdi. Bu isə faiz dərəcəsinə görə 2011-ci ilin nəticələrinə nisbətən çoxdur (0,76%). Absolyut göstəriciləri müqayisə etsək isə, bu rəqəmlər demək olar ki, eynidir. Bununla bərabər, ümumi perspektivdə isə sənaye müəssisələrinin anbar ehtiyatları müəyyən illərdə bundan daha da çox idi. Buna görə də, bu sahədə müəyyən optimizm üçün yer hələ də qalır.

Amma kommersiya ilə məşğul olan müəssisələrin ehtiyatlarına nəzər yetirsək (buraya həmçinin vasitəçi şirkətlər, nəqliyyat, ticarət müəssisələri də daxildir), məlum olur ki, optimizm üçün ümumiyyətlə çox az yer qalır. 2012-ci il məlumatlarına istinad etsək, görərik “axar”ların sayı Azərbaycan iqtisadiyyatı tarixində ən böyük göstəricilərə malik olub. O, ümumi pərakəndə satışının 1,8%-ni təşkil edir. Maraqlıdır, əgər istehsal azalıbsa, amma anbarda qalan ehtiyatlar da çoxalıbsa, eyni zamanda pərakəndə satış da çoxalmış olub. Amma bununla belə bu onu göstərir ki, istehlak Azərbaycanda elə də yüksək deyil. İldən ilə bu tendensiya azalmağa doğru gedir.

Belə baxanda istehlak əhalinin gəlirlərindən asılıdır. Orta təbəqənin gəlirlərinin əsas hissəsinin göstəricilərdən biri – əmək haqqının orta səviyyəsi təşkil edir. Məlum oldu ki, sənayedə orta əmək haqqı 598 manat təşkil edir. Eyni zamanda ümumi orta maaşı götürsək, o 391 manatdır. Yəni, fərq demək olar ikiqatdır. Bizə buna yalnız sevinmək qalır, çünki fəhlələr –ən sıxışdırılan təbəqələrdən biridir. Amma hər şey göründüyü kimi asan deyil.

Bu məlumatın detallarına keçərkən, görə bilərik ki, yüksək əmək haqqı yalnız hasilat sənayesinin işçilərinə mənsubdur – 1398 manat, yəni orta göstəricidən 800 manat yuxarıdır. Qalan sahələrdə iş elə də yaxşı deyil. Baxmayaraq ki, hər bir sahə üzrə maaşların artımı 12,4%-dir, reallıqda bu 10-20 manat deməkdir. Belə baxanda ən yüksək maaş metallurqlardadır – 546 manat. Amma onların maaşları 2011-ci ilə nisbətdə 1,4% aşağı düşüb, bununla bərabər tütünçülərin maaşı 0,7%, toxucuların isə 1,7% düşüb. Qalan sahələrdə isə maaşlar ümumiyyətlə gülməlidir: zərgərlarda – 240 manat, içki istehsal edən zavodların işçilərində – 315 manat və s. Beləliklə, yüksək orta göstəricilərə baxmayaraq, məlum olur ki, əhalinin çox hissəsi elə də böyük maaş almır və yüksək göstəricilər sadəcə bir neçə qrup sahəsində müvəffəq olunur.

Yeri gəlmişkən, əhalinin gəlirləri ilə həmçinin nəqliyyat da bağlıdır. Xüsusən dəmiryol nəqliyyatı.  2012-ci ildə nəqliyyatın bu sahəsində sərnişin sayının kəskin azalması müşahidə olunub. 2011-ci il ilə müqayisədə sərnişinlərin sayı 3450,9 mindən 2706 minə qədər azalıb, yəni 21,6%. Eyni zamanda başqa bir fakt da maraq doğurur. Baxmayaraq ki, başqa nəqliyyat sahələri üzrə artım var (hava nəqliyyatı 14,3%, avtomobil 8,7%), amma dəmir yol nəqliyyatının azaldığı miqdara uyğun heç bir başqa nəqliyyat növü artmayıb. Başqa nəqliyyat növləri üzrə artım heç azalmanın yarısını təşkil etmir. Bununla bağlı yalnız iki izahat oluna bilər: ya insanlar kasıblaşıb, ya da hamı özü üçün maşın alıb…

Bunu həmçinin maşın idxalının 38%  artımı sübut edə bilər. Amma qeyd etməliyik ki, idxal artır, onunla paralel olaraq satış qabiliyyəti azalır…

Bəs bu problemi həll etmək üçün “Azərbaycan dəmir yolları” ASC nə edir? 2012-ci ildə onlar qiymətləri qaldıraraq, qonşumuzun nəqliyyatına pul sərmayə edirdilər. Əgər 2012-ci ildə Azərbaycanda 163,9 mln. manat sərmayə edilmişdirsə, Gürcüstanın nəqliyyatında bu 151,5 mln. manat idi. Görünür ki, “ADY” üçün Gürcüstanın yolları Azərbaycanın yollarından daha vacibdir..

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq