Azərbaycan malları dünya bazarında, uğur yoxsa…?

Toğrul Vəliyev

Azərbaycanın dünya bazarında uğurları haqqında danışanda adətən qeyd edirlər ki, dünya bazarına çıxmış Azərbaycan mallarının əksəriyyəti öz istehlakçılarını tapıblar. Həmçinin nəzərə alsaq ki, bu söhbət neft haqqında deyil, məhz qeyri-neft sektorunun malları haqqında: pambıq, balıq, şirələr və s. Amma belədirmi? Biz buna görə qeyri-neft sektorunun mallarının dünya bazarında vəziyyəti haqqında təhlil aparmağa qərar verdik.

Keçmiş vaxtlarda Azərbaycan iqtisadiyyatının ənənəvi sahələrindən biri pambıqçılıq idi. Bu sahənin malları həm Azərbaycanda, həm də Azərbaycandan kənarda öz istehlakçısını tapırdı. Amma indiki vəziyyət necədir? Məlum oldu ki, axırıncı 2 il ərzində pambıqçılıq çox böyük sürətlə azalır. Məsələn, 2010-cu ildə, dünya bazarında Özbəkistanın rekordlar vurduğu dövrdə, pambığın Azərbaycandan ixracı 78,5% azaldı, eyni zamanda istehsalı isə 40% azalmış oldu. Bu tendensiya 2011-ci ildə də davam etdi. Yalnız bu il bu sahədə artım qeyd edildi – 80%.

Eyni zamanda, əvvəlki azalmanı nəzərə alsaq, bu artım o qədər də çox görsənməz. Çünki belə halda biz müqayisəni qeyri-uğursuz 2011-ci il ilə aparırıq. Eyniliklə pambığın ixracı 2011-ci ildəki 0,02%-dən 2012-ci ildə 0,05%-ə artdı. Amma bu faktda pambığın artması “günahkar” deyil, sadəcə neft ixracatı ildən-ilə azalır və nəticə olaraq başqa malların rolu artır. Beləliklə, Azərbaycanın pambığının çox aşağı qiymətlərinə baxmayaraq, o özünə dünya bazarında istehlakçı tapmır. Dünya pambıq bazarında isə qiymətlər yeni-yeni rekordlar vururlar…

İxracatı xüsusən təşviq edilən Azərbaycan mallarından biri də şirədir. Xüsusən də nar şirəsidir. Məlum oldu ki, Azərbaycanda istehsal edilən nar şirəsinin demək olar ki, 100%-i ixracata gedir. Məsələn, Rusiyada 14 ən böyük nar şirəsi istehsal edən müəssisələrdən doqquzu Azərbaycanın, biri isə Ermənistanındır. Bununla bərabər Azpromo şirkəti bu şirələrin MDB-dən qırağa ixracını da təşkil etmək niyyətində olsalar da, hələ də bu sahədə böyük müvəffəqiyyətlərə nail ola bilməyiblər. ABŞ, Kanada, Avstraliya və başqa bazarlarda Azərbaycan məhsulları var, amma o qədər də çox deyil. Bizim şirələr üçün əsas bazar hələ də Rusiya olaraq qalır.

Azərbaycan məhsulları ilə bağlı başqa maraqlı faktlar da var. Məlum oldu ki, Azərbaycandan ixracatı artan məhsullardan biri alkoqol içkilərdir. Azərbaycandan çaxır və arağın ixracı ildən-ilə artır və bir neçə yerdə hətta Azərbaycan üçün ənənəvi olan sahələri də ötür. Eyni zamanda bu sahənin ən böyük artımı məhz böhran illərdində özünü göstərdi. Belə ki, 2009-cu və 2010-cu illərdə ixracın artımı 100% təşkil edirdi, 2011-ci ildə 35%, 2012-ci ildə isə artıq 42% təşkil etdi. Həmçinin burada maraqlı bir tendensiya görmək olar: Əgər qabaqlar alkoqol içkilər arasında əsas hissəni çaxır təşkil edirdirsə, indi onun yerinin başqa içkilər tutmağa başlayıblar. Məsələn, Avropada Ermənistanla birlikdə tut arağının ixracı ilə məşğul olan ikinci ölkə Azərbaycandır, Gürcüstana pivə ixrac edirik və s. Başqa sahələrdə müvəfəqiyyət qazana bilməsəkdə, itirdiklərimizi alkoqollu içkilər sayəsində qazanmağa çalışırıq.

Bunlarla bir sırada Azərbaycandan ixrac edilən başqa məhsulları da qeyd edə bilərik. Bunların çoxu kənd təsərrüfat mallarıdır. Məsələn, qarpız, kartof, pomidor və s. Amma onların ümumi ixracatda payı ildən-ilə azalır, təkcə 2012-ci ildə 8% azalma müşahidə olunub. Azərbaycan artıq öz istehlakını təmin etmək üçün idxal etmək məcburiyyəti qarşısında dayanıb.

Eyni zamanda bütün qeyri-neft sektorunun istehlakçısını əsasən MDB ölkələri təşkil edir, onların arasında xüsusən fərqlənən Rusiyadır. Bu ixracın əsasları hələ Sovet dövründə qazanılan məşhurluğa əsaslanır. Məsələn, Azərbaycanın çaxırının, pambığının, nar şirəsinin məşhurluğunun təməli hələ 40 il bundan əvvəl qoyulmuşdu. Yəni ki, yeni münasibətlər axırıncı 20 il ərzində hələ də qurulmayıb…

Eyni zamanda, Azərbaycana taksi-keblərin ixracı ilə də məşğul olan şirkətin iflas etdiyini elan etdilər. Bir dəfə artıq Azərbaycan ona kömək etmişdi, lakin indi hətta Azərbaycan da kömək edə bilmədi…

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq